Ordumuz sərhədi bərpa edir - Nikol təcili TŞ-ni topladı

 

Dünən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasın gündəliyi açıqlanmasa da, Zəngəzurda (Sünik) baş verənlərin - Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etmək məqsədilə Gorus istiqamətində 3 kilometrə qədər irəliləməsi məsələsinin müzakirə edildiyi şübhəsizdir.

Erməni mediası yerli mənbələrə istinadən Azərbaycan Ordusunun irəli çəkdiyi mövqelərdən geri çəkilmədiyini yazır. Danışıqlar nəticə verməyib, bu gün yenidən cəhd edəcəklər.

Ermənistan xarici işlər naziri vəzifələrini icra edən Ara Ayvazyan rusiyalı həmkarı Lavrovla danışıb və Azərbaycanın əvvəlki mövqeyə qaytarılmasını xahiş edib. Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqraşak Arutyunyan arasında telefon söhbəti olub. Rəsmi məlumata görə, tərəflər Qarabağdakı rus sülhməramlıların fəaliyyətini müzakirə ediblər. Lakin Laçın-Gorus sərhədində baş verənlərin müzakirə edildiyi də istisna deyil.

Mümkündür ki, Ermənistan telefon trafikində ruslardan istədikləri dəstəyi almayıblar. Çünki məsələ dövlət sərhədinin bərpasından gedir və bu məsələnin başa çatdırılması ilə bağlı Moskvanın vasitəçiliyi ilə şifahi razılaşmalar var. Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi də bununla bağlıdır və iclasda daha çox bu hadisədən sonra Zəngəzurda yarana biləcək gərginliyin qarşısını almaq məsələsi müzakirə oluna bilər. 

Asif Nərimanlı
Demokratikmusavat.com

0.15801119804382