BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsi ilə bağlı çağırış etdi

 

BMT-nin baş katibi Antoniu Quterrreş dinc sakinləri qorumaq məqsədi ilə Fələstin və İsrail arasındakı münaqişənin deeskalasiyasına nail olmağa çağırıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bunları baş katib Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfrasında deyib.

A.Quterreş bildirib: "Biz indi tamamilə qəbuledilməz şəraitdə ölən dinc sakinlərin həyatlarını qorumaq üçün münaqişənin deeskalasiyasına nail olmalıyıq".

BMT-nin baş katibi S.Lavrovla Suriya, Liviya, Əfqanıstan və Yəməndəki vəziyyət, o cümlədən Fələstin-İsrail münaqişəsinin eskalasiyası da daxil olmaqla regional və beynalxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

Demokratikmusavat.com 

0.34240102767944