ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd olunub.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, ÜST-nin Baş direktoru bu barədə özünün "Twitter" səhifəsində bildirib.

Qebreyesus insanları vaksinasiya prosesində iştirak etməyə çağırıb. O bildirib ki, peyvəndlər insanların həyatlarını xilas edir:

"Mənim kimi peyvəndlərin mövcud olduğu bir ölkədə yaşayırsınızsa, xahiş edirəm növbəniz gələndə peyvənd olunun".

Demokratikmusavat.com

0.23525404930115