AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi

  25

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında xüsusi vurğulanan məqamlardan biri də Ermənimstanın silahlandırılması məsələsi idi.

Müharibə bitib, region dövlətləri bölgədə üzunmüddətli və davamlı sülh, əminamanlıq yaratmaq üçün ciddi cəhdlər göstərirlər. Azərbaycanla yanaşı, Rusiya və Türkiyə də bu məsələdə olduqca ciddidir. Belə olan təqdirdə, Ermənistan niyə yenidən silahlanmaq istəyir və ya onu silahlandırmaqda maraqlı qüvvələr var?!

Təəssüf ki, müharibədəki ağır məğlubiyyətdən sonra bu ölkənin üzləşdiyi ağır problemdən revanşizm siyasəti ilə çıxmağın mümkün olacağını hələ də düşünənlər var.

Belə adamların əlinə təhlükəli silah vermək olarmı?

Məhz bu məsələ ilə bağlı Prezident İlham Əliyev mətbuat konfransında konkret iradə ortaya qoydu. Ermənistanın müdafiə nazirinin dediklərini xatırladaraq bildirdi ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək.

"Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın" - deyə, dövlət başçısı vurğuladı.

Bəli, Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi ərəfəsində Ermənistan Ordusunu tamamilə darmadağın etdi. Onların hərbi texnikaları, silah və sursatları məhv edildi və böyük bir qismi də hərbi qənimət kimi götürüldü. Azərbaycan Prezidentinin də bir neçə dəfə vurğuladığı kimi - biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik. Nəticədə, bu gün Ermənistan əliyalın qalıb, üzə çıxarası bir hərbi texnikası belə yoxdur. Elə bu səbəbdən də bu günlərdə - fevralın 21-25-də Əbu-Dabidə keçirilən "İDEX-2021" beynəlxalq hərb sənayesi sərgisində Ermənistanın stendi boş qaldı. Hər nə qədər bunu karqo gecikməsi ilə əlaqələndirsələr də ermənilərin əsl mahiyyəti bir daha buradan bütün dünyaya əyan oldu.

Ermənistan üçün səmərəli təkliflər

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də sözügedən mətbuat konfransında bu məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, Əbu-Dabidə IDEX sərgisində Ermənistan stendi heç vaxt olmadığı dərəcədə tərtəmiz idi, orada bir dənə də eksponat yox idi: "Bir tərəfdən onlar orada nə sərgiləyə bilərdilər, axı, onların hərbi sənayesi yoxdur. Lakin digər tərəfdən, onların orada stendi olması üçün, necə deyərlər, təlxəklik etmək və kiminsə dalınca qaçmaq nəyə lazım idi. Bütün dünya qarşısında biabır oldular. Deməli, hamı öz məhsulunu gətirib, Ermənistan stendində isə hansısa kitabçalar var. Axı, bu, biabırçılıqdır. Daha sonra bəyanat vermək ki, "İsgəndər" buraxılıb. Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir. Onlar "Skad", "Toçka U" raketlərini yaşayış məntəqələrinə tuşlayırdılar, özü də məqsədyönlü şəkildə, gecə vaxtı yatmış Gəncə şəhərinə. Bütün bunlar izlənilib...".

Beləliklə, bir daha aydın olur ki, Ermənistanın bugünkü hərbi sənayesi demək olar ki, yoxdur. Təbii ki, bunun fonunda bu ölkədə siyasi, sosial və iqtisadi böhran yaşanmaqdadır. Region dövlətləri bölgədəki sülh və sabitlik naminə məhz bu vəziyyətdən çıxması üçün Ermənistana çox səmərəli təkliflər irəli sürüblər: ərazi iddialarından əl çək, regionun kommunikasiya layihələrinə qoşul və öz iqtisadiyyatını özün bərpa et. Ermənistan nə edir? Gələcəyə baxmaq əvəzinə, hələ də keçmişin rüsvayçılıqları ilə əlləşir. Kütləvi surətdə olmasa da ölkədə hələ də revanşist fikirlərə düşən qüvvələr var. Bu qüvvələrə isə Azərbaycanın cavabı konkretdir...

Revanşist addımlara dərhal ciddi cavab veriləcək

Odur ki, məsələ ilə bağlı Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət edək: "Bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi. Ancaq biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada - Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək".

Beləcə, Ermənistanın bundan sonrakı müqəddəratı məhz özünə bağlıdır. Onun-bunun ətəyindən yapışıb silah-sursat dilənməkdənsə, yenidən ordu qurmaq kimi xülyalara düşməkdənsə, region dövlətlərinə, xüsusən də Azərbaycana beyət etmək Ermənistan üçün ən doğru seçimdir. Ermənistanın 10 noyabr kapitulyasi aktını məcburən imzaladığı kimi, bu realıqla da barışacağı şübhəsizdir.

Alpər Ziya

Trend

Xəbər Lenti

"Fəlakət" Mirələmovu parodiya etdi - VİDEO

Dünyada su qıtlığı olacaq, gücümüzü birləşdirməsək... - Dalay Lamadan müraciət

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var

Kiprdə epidemiyanın başlanğıcından ən sərt karantin rejimi tətbiq edilir

Norveçdə dövlətin rəqəmsal valyutasının tətbiqi üçün texniki imkanlar öyrənilir

Kamal Sunal adına muzey açılacaq

Yunanıstan may ayından etibarən koronavirusla bağlı məhdudiyyətləri tədricən ləğv edəcək

Güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Avropa İttifaqının üç əsas qurumu "iqlim qanunu" layihəsini razılaşdırıb

Bakı limanı özəl idarəetməyə verilə bilər

Özbəkistanda peyvənd olunanların sayı 500 mini ötüb

Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş edib

İran koronavirusun dörd mutasiyasını aşkar edən test yaratdı

İranla sərhəddə su bəndlərinin şimalının təhlükəsizliyi Azərbaycana həvalə edilib

Məktəblilər ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə - VİDEO - FOTO

İranda daha 380 nəfər koronavirusdan öldü

Rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - FOTO

Cazibədar xokkeyçi pərəstişkarlarını valeh etdi - FOTOSESSİYA

Tanınmışların bugünkü Instagram paylaşımları - FOTO

Azərbaycan daha 3 erməni hərbçinin meyitinin qalıqlarını təhvil verib

Rusların Məryəm Üzərli sevgisi - VİDEO - FOTO

Nişanlısından ayrılıb keçmiş əri ilə görüşdü

"O qədər tənhayam ki, hər gecə ölürəm"

UEFA 12 klubla bağlı qərarını açıqladı

185 kilo arıqlayan sənətçi - "Arvadımın sayəsində bana nail oldum"

Rassel Krou Zevs obrazında - “Tor” filminin yeni hissəsi

ADA Universiteti təhsil haqqına güzəşt əldə edən tələbələrin sayını açıqladı

Olimpiya çempionu fanatlarını bu FOTOları ilə həyəcanlandırdı

Dos. İlham Əhmədov (təhsil eksperti):Distant təhsil pandemiyanın nəticəsi deyil

Nəsrin sevgilisindən ayrıldı?

Jurnalistlərin növbəti qrupunun peyvəndlənəcəyi vaxt açıqlandı

Daha bir həkim rüşvətə görə həbs edildi

"Sənətdən geri çəkildim, amma, istəyənlərimin haqqına girdim"

Yaponiyada fövqəladə vəziyyət elan olundu

Superliqadan çıxan klublar problemlə üz-üzə

Miqrasiya Xidmətindən Azərbaycanda müvəqqəti yaşayanlara xəbərdarlıq

Elgiz Mənzurəni görün necə ələ saldı - VİDEO

"Kişi olan yerdə qadın danışmamalıdır" - Sevda Sanəliyeva

Yaşar Nurinin xanımı DİN rəhbərinə müraciət edəcək - Çox səhlənkarlıq edirlər

Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis olunub

Şəmkirdə toy yarımçıq qaldı, 6 nəfər cərimələndi - FOTO

Bakıda daha bir küçə təmir edilib - FOTO

“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi - FOTO

Şuşada yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

Ərdoğan Gürcüstana səfər edəcək

Məşhur müğənnidən açıq-saçıq FOTOlar

Ağadadaş Ağayevin səhhəti necədir? - Oğlundan açıqlama

Palçıq Vulkanları Turizm Kompleksinə mediatur taşkil edilib

Bu sahədə Hindistan-ABŞ tərəfdaşlığı elan edildi

Hüseynbala Mirələmov YAP-dan xaric edildi

Peyvənd vuran həkimlərə əlavə pul veriləcək? - RƏSMİ

Məleykə Əsədova ən böyük arzusunu açıqladı - FOTO

Bakıda köşkdən 2 min manatlıq oğurluq oldu

Müğənni həmkarını məhkəməyə verdi - 5 qəpik təzminat tələb edir

60-dan çox avtomobil hərraca çıxarılacaq

"Survivor"dan uzaqlaşdırıldı - FOTO

Erməni nazir ad günündə istefa verdi

Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib

“Rüşvət alarkən kimin himayəsində olublar, pulu kimlə bölüblər?”

"Ən təhlükəli yerlərə getdik" - VİDEO - FOTO

Rusiyada təyyarə qəzaya uğradı - 2 nəfər öldü

Məşhur iş adamı əvvəl qızını öldürdü, sonra intihar etdi

Arutyunyan Moskvada ev almağa hazırlaşır

UEFA-nın prezidenti öz maaşını artırıb - Qurumun gəlirləri azalsa da

Ronaldonun İngiltərə arzusu - Hətta maaşının azaldılmasına da razıdır

Zəngəzura açılan qapılar - VİDEO

Getsinlər, öz cinayətlərinə baxsınlar - Məşhur türk şərhçi Milli.Az-a danışdı

Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Rusiyada son sutkada COVID-19-dan 398 nəfər ölüb

Bu ölkədə oksigen BÖHRANI yaşanır

“O, hörmətli adam idi, gərək belə etməyəydi" - Rəşid Mahmudov da Mirələmovu qınadı

Almaniyanın Azərbaycana qarşı növbəti qərəzi - "Bu, ən böyük riyakarlıqdır" - ŞƏRH

Maska taxmayan şəxs polisi döyüb qaçdı - VİDEO

Tom Kruzun yeni EŞQ MACƏRASI - FOTO

Əfqanıstanda qəza: 14 ÖLÜ

Sorosun “pulunu ver, xoruzu banlat” missionerlərinin içüzü

Dmitri Medvedyev ABŞ-ın yeni taktika seçdiyini bildirib

Ağadadaş Ağayevin durumu necədir? - Aybəniz Haşımova danışdı

Gürcüstanda son sutkada koronavirusa 1 271 yoluxma qeydə alınıb

ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtondadır

Rusiya Ermənistana barmaq SİLKƏLƏDİ: Revanş haqqında düşünməyin

Ermənistanda COVID-19-a yoluxanların sayı 212 mini ötüb

Koronadan sağalan aparıcı Səhiyyə Nazirliyini tənqid etdi

"Co Bayden qondarma "erməni soyqrımı"nı tanıya bilər" - Türkiyəli ekspert - ÖZƏL

Sevil və Sevinc bacıları ittiham olundular - VİDEO

Televiziyalar tənqid olundu - Rəsmi dövlət qəzeti tərəfindən

"Hadrutda məskunlaşma daha tez zamanda mümkün ola bilər" - VİDEO

Erməni porno ulduz FOTOları ilə gündəm oldu

İçməli su təchizatı yaxşılaşdırılır - VİDEO

Milli Məclisin növbəti plenar iclası başladı

Aktrisa bu rəqsi ilə hamını heyrətə saldı - VİDEO

Məşhur balerina tanınmaz hala düşdü - Şpaqat FOTOları ilə gündəm oldu

Azad ruhun doğum günü - VİDEO

21-ci əsrin ən yaxşı kino ulduzları - Adlar açıqlandı

İki futbolçu millidən kənarlaşdırıldı - İntim videosuna görə

Cəlilabadda müğənnini öldürüb kanala atan məmurlar həbs edildi

Məşhur model gizlətdiyi eşqini açıqladı - FOTO

Hərbi Dəniz Qüvvələrinin şəhid matrosu - VİDEO

Aralıq dənizində dəhşət: 100 miqrant həyatını itirdi

“Milan” İbrahimoviçlə müqaviləni uzatdı

Yol patrul xidməti görünməyən yerdə dayana bilərmi? - VIDEO

“Nikah şəhadətnaməsiz otellərə giriş əxlaqsızlığa yol açır”

UEFA gözünü Bakıya dikib?

Xəzərin şor suyunun Kürə qarışması ciddi problem yaradır -

Adına etibarnamə olmayan şəxs qəza törətdi, məhkəmədə qalib gəldi - VIDEO

Məşhur aktrisa ekranlara qayıdır

Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri

Bu gün 17679 şagird buraxılış imtahanı verəcək

Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır

Almaniyada aksiyada 29 polis yaralanıb, 231 nəfər saxlanılıb

Messidən dubl, "Barselona"dan qələbə

Mucize doktor”un aktyoru yeni serialda

Daha bir avtobus "BakıKart"a keçdi

Məşhur aparıcının həbsi tələb olunur

Xəstəxanada yanğın: 13 koronaviruslu xəstə öldü

Ərəb koalisiyası husilərin iki minalanmış dronlarını dəf edib

Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb

Yay fəslinin yaxınlaşması bağ evlərinin qiymətini artırıb

Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü

ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb

Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bayraktar Akıncı TİHA PUA-sı ilk atəş sınaqlarını uğurla tamamladı

"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb

Günün qoroskopu: Fiziki əməkdən boyun qaçırmayın

İrəvanda etirazlar: 14 nəfər saxlanılıb