AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur"

  20

"Biz hamımız 44 günlük Vətən müharibəsi dövründə Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına hər gün müsahibələr verdiyinin, Azərbaycanın haqlı mövqeyini dünyaya necə böyük məharətlə qəbul etdirdiyinin şahidi olduq. Həmin müsahibələrdə Azərbaycan Prezidenti hətta qərəzli, bəzən isə açıq-aşkar düşmən mövqelərdən çıxış edən jurnalistlərə qarşı peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbr, qətiyyət, soyuqqanlılıq nümayiş etdirərək, onlara tarix, beynəlxalq hüquq dərsi keçirdi. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında isə dünya Azərbaycan həqiqətlərini artıq birbaşa qalib ölkənin Birinci şəxsinin dilindən eşitmiş oldu. 4 saat ərzində, 4 xarici dildə təxminən 50 sualı tutarlı dəlillərlə, əsaslı şəkildə cavablandıran Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq aləmdə mövqeylərini daha da gücləndirdi."

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili bildirib ki, əslində bu mətbuat konfransı həm də Ermənistanın hələ də revanşist xülyalara dalan bəzi dairələrinə və onların dünyada olan havadarlarına ünvanlanmış ciddi xəbərdarlıq oldu. Digər tərəfdən isə AHİK sədrinin sözlərinə görə, xarici jurnalistlər tərəfindən verilən sualların həm qoyuluşunda, həm də mahiyyətində artıq dünya ictimaiyyətinin Azərbaycanı bir qalib ölkə və dünya siyasətinə təsir edə biləcək gücə sahib olan bir dövlət kimi qəbul etdiyini təsdiqləyən aşkar notlar yer almışdı: "Prezident İlham Əliyevin keçirdiyi bu mətbuat konfransı da Azərbaycan liderinin jurnalistlərlə keçirdiyi bütün digər görüşləri kimi dolğunluğu, əhatəliliyi və məzmun dərinliyi ilə yadda qaldı. Təbii ki, verilən suallar arasında Qarabağ mövzusu, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf perspektivlərinə dair suallar üstünlük təşkil edirdi. Məlumdur ki, Ermənistan hazırda dərin iqtisadi və siyasi böhran içərisindədir. Bəzi revanşist qüvvələr vəziyyətdən yararlanaraq hakimiyyətə gəlməyə calışırlar. Təbii ki, onların arasında öz məqsədləri naminə erməni xalqınım heysiyyatı ilə oynayaraq Qarabağı yenidən Ermənistana birləşdirmək kimi absurd və gülünc vədlər verənlər də var. Lakin reallıqlara bu baxış prizması, belə yanaşma tərzi erməni xalqına yeni bədbəxtliklərdən başqa heç nə gətirə bilməz. Reallıq isə budur ki, Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü təmin etdi. Bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Hətta bu gün Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanatın icrasında hər hansı əskiklik olarsa, Ermənistan daha da ağır duruma düşəcək. Azərbaycan Prezidenti mətbuat konfransının gedişində ona verilən sualları cavablandırarkən bu məqama tam aydınlıq gətirməklə ölkəmizin mövqeylərini daha da möhkəmləndirmiş və artıq hər kəsin Azərbaycanı qalib ölkə olaraq qəbul etmək məcburiyyətində olduğunu vurğulamışdır. Yeri gəlmişkən, bir çox xarici jurnalistlərin öz suallarını səsləndirməkdən öncə Prezident İlham Əliyevə etdikləri müraciətlərində ifadə olunan fikirlər onların və təmsil etdikləri qurumların Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirdiklərindən və olduğu kimi qəbul etdiklərindən xəbər verirdi."

Daha sonra Səttar Möhbalıyev keçirilən mətbuat konfransının Azərbaycan həqiqətlərinin və xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladı: "Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi bu mətbuat konfransının məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə baş tutması da təsadüfi deyildi. Giriş sözü ilə iştirakçılara müraciət edən Prezident İlham Əliyev erməni faşizminin bariz təzahürü olan bu qətliam haqqında bir daha ətraflı məlumat verdi. Vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar olunmaması üçün zəruri şərtlərdən biridir. Ölkə Prezidentinin dediyi kimi, bu gün artıq Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır."

Sonda Səttar Möhbalıyev Rusiyanın "Bolşaya Aziya" mediaholdinqinin təmsilçisi tərəfindən verilən sualı xatırladaraq Azərbaycanın ədalətli mövqeyinin burada da öz yüksək qiymətini aldığını vurğuladı: "Rusiya Silahlı Qüvvələrinin "Zvezda" mediaholdinqini və "Bolşaya Aziya" mediaholdinqini təmsil edən jurnalistin sualı mənim diqqətimi xüsusi olaraq cəlb etdi. O, dedi: "Cənab Prezident, Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi..." Etiraf olunmalıdır ki, Rusiya tarixən Ermənistana dəstək verən, onu himayə edən, hətta daha dəqiq desək bu dövləti vaxtilə quran və bu günədək yaşadan ölkədir. Düşünürəm ki, bütün bu münasibətlərə rəğmən Rusiyalı hərbi jurnalistin Azərbaycan Prezidentinə xitabən ifadə etdiyi sözlər əsil etiraf kimi qəbul edilməlidir. Azərbaycanın təkcə hərbi deyil, həm də mənəvi qələbəsinin etirafı kimi.

Bəli, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son 17 ildə bir deyil, sonsuz sayda presedentlər yaradıb, möhtəşəm ilklərə imza atıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər də bu günədək xalqımızın, dövlətimizin tarixində yer almış ən möhtəşəm qələbə kimi daha bir ilk oldu. Bundan sonra da Azərbaycanın yeni qələbələrinin, tarixi nailiyyətlərinin davamı gələcək və ölkəmiz dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutacaq."

Demokratikmusavat.com

Xəbər Lenti

Arutyunyan Moskvada ev almağa hazırlaşır

UEFA-nın prezidenti öz maaşını artırıb - Qurumun gəlirləri azalsa da

Ronaldonun İngiltərə arzusu - Hətta maaşının azaldılmasına da razıdır

Zəngəzura açılan qapılar - VİDEO

Getsinlər, öz cinayətlərinə baxsınlar - Məşhur türk şərhçi Milli.Az-a danışdı

Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Rusiyada son sutkada COVID-19-dan 398 nəfər ölüb

Bu ölkədə oksigen BÖHRANI yaşanır

“O, hörmətli adam idi, gərək belə etməyəydi" - Rəşid Mahmudov da Mirələmovu qınadı

Almaniyanın Azərbaycana qarşı növbəti qərəzi - "Bu, ən böyük riyakarlıqdır" - ŞƏRH

Maska taxmayan şəxs polisi döyüb qaçdı - VİDEO

Tom Kruzun yeni EŞQ MACƏRASI - FOTO

Əfqanıstanda qəza: 14 ÖLÜ

Sorosun “pulunu ver, xoruzu banlat” missionerlərinin içüzü

Dmitri Medvedyev ABŞ-ın yeni taktika seçdiyini bildirib

Ağadadaş Ağayevin durumu necədir? - Aybəniz Haşımova danışdı

Gürcüstanda son sutkada koronavirusa 1 271 yoluxma qeydə alınıb

ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtondadır

Rusiya Ermənistana barmaq SİLKƏLƏDİ: Revanş haqqında düşünməyin

Ermənistanda COVID-19-a yoluxanların sayı 212 mini ötüb

Koronadan sağalan aparıcı Səhiyyə Nazirliyini tənqid etdi

"Co Bayden qondarma "erməni soyqrımı"nı tanıya bilər" - Türkiyəli ekspert - ÖZƏL

Sevil və Sevinc bacıları ittiham olundular - VİDEO

Televiziyalar tənqid olundu - Rəsmi dövlət qəzeti tərəfindən

"Hadrutda məskunlaşma daha tez zamanda mümkün ola bilər" - VİDEO

Erməni porno ulduz FOTOları ilə gündəm oldu

İçməli su təchizatı yaxşılaşdırılır - VİDEO

Milli Məclisin növbəti plenar iclası başladı

Aktrisa bu rəqsi ilə hamını heyrətə saldı - VİDEO

Məşhur balerina tanınmaz hala düşdü - Şpaqat FOTOları ilə gündəm oldu

Azad ruhun doğum günü - VİDEO

21-ci əsrin ən yaxşı kino ulduzları - Adlar açıqlandı

İki futbolçu millidən kənarlaşdırıldı - İntim videosuna görə

Cəlilabadda müğənnini öldürüb kanala atan məmurlar həbs edildi

Məşhur model gizlətdiyi eşqini açıqladı - FOTO

Hərbi Dəniz Qüvvələrinin şəhid matrosu - VİDEO

Aralıq dənizində dəhşət: 100 miqrant həyatını itirdi

“Milan” İbrahimoviçlə müqaviləni uzatdı

Yol patrul xidməti görünməyən yerdə dayana bilərmi? - VIDEO

“Nikah şəhadətnaməsiz otellərə giriş əxlaqsızlığa yol açır”

UEFA gözünü Bakıya dikib?

Xəzərin şor suyunun Kürə qarışması ciddi problem yaradır -

Adına etibarnamə olmayan şəxs qəza törətdi, məhkəmədə qalib gəldi - VIDEO

Məşhur aktrisa ekranlara qayıdır

Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri

Bu gün 17679 şagird buraxılış imtahanı verəcək

Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır

Almaniyada aksiyada 29 polis yaralanıb, 231 nəfər saxlanılıb

Messidən dubl, "Barselona"dan qələbə

Mucize doktor”un aktyoru yeni serialda

Daha bir avtobus "BakıKart"a keçdi

Məşhur aparıcının həbsi tələb olunur

Xəstəxanada yanğın: 13 koronaviruslu xəstə öldü

Ərəb koalisiyası husilərin iki minalanmış dronlarını dəf edib

Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb

Yay fəslinin yaxınlaşması bağ evlərinin qiymətini artırıb

Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü

ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb

Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bayraktar Akıncı TİHA PUA-sı ilk atəş sınaqlarını uğurla tamamladı

"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb

Günün qoroskopu: Fiziki əməkdən boyun qaçırmayın

İrəvanda etirazlar: 14 nəfər saxlanılıb

Bakının Ermənistandan təzminat tələb etmək hüququ var - Rusiyalı politoloq

Baloğlan Əşrəfov: "Efirə çıxanda mənə dedilər ki, maskanı çıxart, mən də koronavirusa yoluxdum"

Zabrat yolundakı iki piyada keçidində işıqfor quraşdırılıb

AZAL London istiqamətində xüsusi reyslərin icrasına başlayır

Hadisə Ebruya görə "O səs Türkiyə"dən getdi

Gəncədə gördüklərimiz müharibə cinayətidir - Fransalı vəkil

Ata 5 yaşlı qızını öldürüb, həyətdə basdırdı - Səbəb dəhşətə gətirir - FOTO

"Dua etməklə iş bitmir, pul lazımdır"

"İşlər yaxşı getmir, baş-ayaq olduq"

İran PUA-sı ABŞ təyyarə daşıyanının üstündən uçdu - VİDEO

Türkiyədə istirahət edən idmançı xanımdan əsrarəngiz FOTOLAR

Biz istərdik ki, erməni vəhşiliyi beynəlxalq səviyyədə təqdim edilsin - Fransalı hüquqşünas

Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu

"Ayıldım ki, sən yoxsan" - Müğənni Gülay Zeynallıdan kövrək paylaşım

Yük maşınında parçalanmış insan cəsədləri tapıldı

Fransalı hüquqşünaslar Gəncədə - FOTO

Göyərtəsində 38 nəfər olan gəmi yandı

Aygün Kazımova FOTOları ilə gündəmdə

Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoydu - FOTOlar

Azərbaycanın Ermənistan planları - Bu proses mütləq həyata keçirilməlidir

Rusiya Qara dənizdə genişmiqyaslı təlimlərə başlayıb

Sünikdə Paşinyana etirazlardan sonra saxlanılanlar var

Qızının yarı-çılpaq FOTOlarını çəkib yaydı

Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla

Cenniferin ayrılıq səbəbi bilindi

Müğənninin 2 milyonluq çılpaq FOTOsu

Yeni subartezian quyuları qazılır - VİDEO

Azərbaycanda yeni dönəm - Bütün proseslər vahid mərkəzdən idarə olunacaq

Samir Abasova barmaq silkələdilər - Bir də bizi söymə!

Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq

İranda koronavirusdan gündəlik ölüm sayı sürətlə artır

Rəqsanədən replika: "Moskva da bizimdir”

DİN-dən vətəndaşlara çağırış

“Özümü Avropa çempionu olmuş kimi hiss edirəm”

Baş Şirvan kollektoru qanunsuz balıq torlarından təmizlənib - FOTO

İşğaldan azad edilmiş ərazilərdə istiqamət və məsafə lövhələri quraşdırılır - VİDEO

Reza Zerrab-Ebru qalmaqalı böyüyür - Günel Zeynalovanın da adı hallandı

Arutyunyan Rusiyaya gizli səfər etdi

Azərbaycan Rusiya ilə birgə avtomobil istehsal edəcək - Müəssisə işə başladı

Çantasındakı smartfon partladı, gənc alovlara büründü - VİDEO

Ermənistanda COVID-19-a yoluxanların sayı 211 mini ötüb

"Real" Zidanla bağlı qərarını açıqladı

Gürcüstanda koronavirusa yoluxanların sayı 300 mini ötüb

Vətəndaşın üstündən çıxanlar polisi şoka saldı

Sual kitabçasının şəklini yayan 4 nəfər haqqında araşdırma aparılır

Elmar Qasımov İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO

Kamran türk serialına dəvət aldı

Qarabağa qayıdış planı - VİDEO

Ermənistanın hərbi cinayətləri davam edir - Səttar Möhbalıyev