Ermənilər Gürcüstanda təxribatlar törətməklə yanaşı oğurluğa da əl atırlar

 

2021-ci ilin fevralın 18-də Gürcüstanda ermənilərin növbəti təxribat xarakterli fəaliyyətinin qarşısı alınmışdır. Belə ki, ermənilər Ermənistanda ixrac etdikləri və Kaxetiya regionu ilə heç bir əlaqəsinin olmadığı halda “Kaxet” adlandırdıqları şərabı [1] Gürcüstanın ərazisindən Ukraynaya keçirməyə cəhd göstərən zaman onların qarşısı alınmışdır. Məlum olmuşdur ki, hələ 2020-ci ilin dekabrında da “Proşyan konyak fabriki”nin nümayəndələri “öz şərablarını” Gürcüstanın ərazisindən keçirməyə cəhd edərkən bu prosesin qarşısı alınmışdır. Həmçinin, yanvar ayında ermənilərin “Vanardi” şirkətinin şərabları Gürcüstan ərazisindən keçirilərkən bu prosesin qarşısı gürcülər tərəfindən müvəffəqiyyətlə alınmışdır. Ermənilərin bu cəhdlərinin qarşısının alınmasının səbəbi isə onların oğurluq etməsi ilə bağlıdır. Belə ki, Gürcüstan tərəfi haqlı olaraq [1] “Kaxet” adının məhz Kaxetiya bölgəsi ilə əlaqəli olduğunu qeyd etmiş, ona görə də ermənilərin ixrac etdikləri şərabı bu cür adlandırmaq üçün heç bir hüquqlarının olmadığını bildirmişdir.

 Ermənistanın üzümçülük və şərabçılıq fondunun direktoru Zara Muradyan öz müsahibəsində ermənilərin “Kaxet” adlandırdıqları şərabın guya erməni şərab çeşidi olduğunu qeyd etmişdir. Lakin qeyd etmək lazımdır ki, Zara Muradyanın fikri kökündən yalnışdır. Belə ki, tədqiqat zamanı bizə məlum olmuşdur ki, ermənilər əslində Gürcüstanın şərab markasını oğurlayaraq eynisini istehsal etməyə başlamışlar. Bu barədə «Novayaepoxa»  xəbər agentliyi məlumat vermişdir. Həmin xəbərdən məlum olur ki, həmin şərab etiketlərinin şəkilləri internetdə yayılmışdır. Etiketlərdə qeyd olunan - “Kaxeti” və “Saperavi” adları isə müştərilərə ermənilərə məxsusmuş kimi təqdim olunur. Belə ki, etiketlərə nəzər saldıqda - həm “Kaxet”, həm də ki, “Saperavi” şərab yazılarının üstündə “erməni şərabı” sözünün yazıldığı ortaya çıxır.

Göründüyü kimi, Gürcüstanın mədəni dəyərləri Ermənistan tərəfindən məqsədyönlü şəkildə oğurlanır və ermənilərin adlarına çıxarılır. Qeyd edək ki, tarix boyu ac-yalavac vəziyyətində olan ermənilər gürcülərin xeyirxahlığından, yardımlarından sui-istifadə etmiş və daha sonra Gürcüstanda özlərinə yer etdikdən sonra gürcü xalqının müxtəlif mədəni dəyərlərini oğurlamağa başlamışlar.

Gürcüstanın tarixinə nəzər saldıqda məlum olur ki, Gürcüstanın çarı I Aleksandrın nəinki gürcü xalqının qarşısında xidmətləri olmuş, həmçinin, erməni xalqının da aclıqdan xilas edilməsində əvəzsiz rolu olmuşdur. XV əsrin erməni tarixçisi Tovma Metsopetsi “Teymurləngin və onun nəslinin tarixi” adlı əsərində belə yazır: “1413-cü ildə ölkəmizdə dəhşətli aclıq başladı. Həm iman gətirənlər, həm də kafirlər arasında aclıq o dərəcəyə çatdı ki, onlar aclıqdan itləri, pişikləri, cəsədləri, atları, eşşəkləri və dəvələri yeməyə başladılar. Heç bir şey qalmayanda isə oğul və qızlarına sarı üz tutdular. İş o dərəcəyə çatdı ki, onlar min nəfəri açıq və gizli şəkildə yedilər. İman gətirənlər qışda Araratın Qavar bölgəsindən Gürcüstana yollandılar”. Qeyd edək ki, həmin vaxt ərzində təkcə Qavar bölgəsi yox, eləcə də ermənilərin yaşadğı bölgələr aclıq içində idi. O vaxt Gürcüstanın çarlığına birləşdirilən, Ermənistanın Taşir şəhərində də vəziyyət ağır idi. Əgər bu zaman məhz Gürcüstan xilaskar rolunu oynamasaydı, erməni xalqı tamamilə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaqdı.

1385-1403-cü illərdə Teymurləngin basqınlarından sonra Gürcüstan öz müstəqilliyini qorusa da, Səmərqənd əmirinin meydana çıxmasından sonra əvvəlki Gürcüstan ilə eyni deyildi. Bu zaman məhv olunan şeylərin miqyasını sözlə demək mümkün deyildi. Bir sözlə, Gürcüstan da ermənilər yaşayan ərazi  kimi dağıntılara məruz qalmışdı. Lakin belə bir çətin vəziyyətdə olmalarına baxmayaraq gürcülər ermənilərə köməklik etdilər. Belə ki, məhz [3] çar Aleksandrın əmri ilə ermənilərə sığınacaq verildi, qida ilə təmin edildilər və münbit torpaqlarda yerləşdirildilər. Gürcü əhalisinin əhəmiyyətli bir hissəsinin Teymurlənglə olan döyüşlərdə məhv olmasına görə bir çox kənd və qəsəbələr tərk edilmişdi. Məhz bu ərazilərdə gürcü çarı rəhm edərək, aclıqdan qaçan erməniləri məskunlaşdırmışdı. Nəticədə isə ermənilər yaranmış vəziyyətdən sui-istifadə edərək öz yerlərini bərkitməyə, getdikcə Tbilisidə, Qoridə, Uplitsxidə, Samşvildedə və s. yerlərdə məskunlaşmağa başladılar.

Gürcülər hər zaman azərbaycanlılar kimi qonşularına qarşı xeyirxah və mərhəmətli olmuşlar. Bunu finlandiyalı pedaqoq və sosioloq Xans Yoran Xokstent də təsdiq edir: “Mən burada başqalarına qarşı nifrət və həsəd haqqında heç bir şey eşitməmişəm. Gürcüstanın tarixi - qaçqınlara qarşı bir xeyirxahlıq, sevgi və mərhəmət hekayəsidir”.

Qeyd etmək lazımdır ki, ermənilər bu gün özlərinə haqq qazandırmaq üçün mediada dezinformasiyalardan fəal şəkildə istifadə edirlər. Lakin onların bu cür əməlləri artıq gürcülərin də diqqətindən kənarda qalmır. Buna sübut olaraq, Gürcüstanda fəaliyyət göstərən Demokratik Araşdırmalar İnstitutu tərəfindən bu yaxında növbəti erməni təxribatının ifşa olunmasını göstərmək olar. Həmin məsələ barəsində mediaya tədqiqatçı Ketevan Murqulia məlumat vermişdir: “Fevralın əvvəlində institutumuzun media üçün monitorinq hesabatı açıqlanmışdır. Orada qeyd olunur ki, son aylar «Telegram», Facebook və digər sosial şəbəkələrdə yayılan bir çox saxta xəbərlər aşkarlanmış və ifşa olunmuşdur. Qeyd etmək lazımdır ki, bu xəbərlər Ermənistan tərəfindən ikinci Qarabağ müharibəsi zamanı yayılmışdır”.

Məlum məsələdir ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən sonra Ermənistan rüsvayçı məğlubiyyətini ört-basdır etməyə, eləcə də müxtəlif təxribatlar törədərək öz məkrli planlarını həyata keçirməyə çalışır. Lakin onların bu cəhdləri həmişə olduğu kimi uğursuzluğa düçar olur.

Qeyd etmək lazımdır ki, Ermənistan nəinki sosial şəbəkələrdə dezinformasiyalar yayırlar, bununla yanaşı, Gürcüstanın KİV-lərinə də müxtəlif üsullarla təzyiqlər edərək gürcü xalqını aldatmağa cəhd göstərirlər. Buna sübut olaraq ermənilərin 2020-ci ilin oktyabrın 1-də Gürcüstanın “Mtavari arxi” telekanalının qarşısında keçirdikləri etiraz aksiyasını göstərmək olar. Buna səbəb isə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair postunun “Mtavari arxi” kanalının baş direktoru Niki Qvaramiyanın tərəfindən təkrar paylaşılması olmuşdur. Bununla yannaşı, qeyd etmək lazımdır ki, ermənilər öz məqsədlərindən ötrü kiber cinayətə belə əl atmaqdan çəkinmirlər. Belə ki, tədqiqat zamanı bizə məlum olan, 2019-cu ilin sentyabrın 13-də  Gürcüstanın Birinci kanalına olunan xaker hücumunu göstərmək olar. Həmin vaxt xaker məhz Gürcüstanın Birinci kanalının kompyuter sisteminə daxil olaraq kanalın vacib fayllarını silmişdir. Buna oxşar başqa bir hadisə isə avqustun 13-də müşahidə olunmuşdur. Belə ki, həmin vaxt Gürcüstanın “Pirveli” kanalı xaker hücumuna məruz qalmış, kanalın mərkəzi sistemi virusa yoluxdurulmuş və nəticədə kanalın işi tamamilə iflic vəziyyətinə düşmüşdür. Heç sübhəsiz ki, Gürcüstanın hər iki kanalına olunan kiber hücum erməni xakerləri tərəfindən həyata keçirilmişdir. Çünki apardığımız araşdırmalardan da aydın şəkildə görünür ki, adətən ermənilər bir qayda olaraq öz məqsədlərindən ötrü Gürcüstanın telekanallarının qarşısında vaxtaşırı olaraq etiraz aksiyaları keçirir, təxribatlar törədir, dezinformasiyalar yayır və beləliklə də, həqiqətə uyğun olmayan yalanlarını dünyaya sırımağa çalışırlar. Bu baxımdan təzyiq vasitəsi kimi Gürcüstan teli kanallarına xaker hücumunun olunması da bizə məhz ermənilərin əməllərindən xəbər verir.

 Kamal Salayev AMEA–nın
Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin
Mütəxəssisi

0.17056012153625