AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Korrupsiyaya görə tutulmuş məmurların məhkəməsi başlayır

  12

Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov, onlarla birlikdə mühakimə olunanlar - Cəfər Əkbərov, Babək Zalıyev, Seymur İsmayılzadə, Emin Süleymanov, Novruz Əliyev, Tural Ağaməmmədov və Şamil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokratikmusavat.com teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 1-nə təyin edilib.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb.

Bununla əlaqədar keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

Həmçinin, istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Murad Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu 20 iyun 2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.

Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İstintaq araşdırması zamanı Cəfər Əkbərov, Babək Zalıyev, Seymur İsmayılzadə, Emin Süleymanov, Novruz Əliyev, Tural Ağaməmmədov və Şamil Xəlilovun barəsində də cinayət işi açılıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: Zərurət yarananda qətiyyətli, sərt insan təsiri bağışlayın

Premyer Liqada ikihakimiyyətlilik yarandı YENİLƏNİB

Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK

Savaşa ciddi hazırlıq gedir: yazda baş verəcək...

"Futbolçular həm məşqdə, həm iclaslarda çox çalışırlar" - Sənan Qurbanov

Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev

"Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir"

Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət ediblər

ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir

NATO Baş katibi Zelenski ilə danışdı

Qarabağın bərpasında Pakistan şirkətləri də iştirak edə bilər - FOTO

Yaz gəlir - Sağlamlığınız üçün vacib xəbərdarlıq

""Liverpul"dan ayrıl, "Barselona"ya keç"

"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib - FOTO

İranda daha 94 nəfər koronavirusdan öldü

Bu ölkədə saxta adla profil açanlar cəzalandırılacaq

Türkiyəli həkimlər 3 gündə 150-dən çox qazimizi müayinə ediblər

Temperatur yüksəlib - FAKTİKİ HAVA

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Xocalı soyqırımı qurbanlarının qisası alındı

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - VİDEO

Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır

1915-ci il hadisələri və Xocalı soyqırımını anlamaq - Gerçək tarixin müzakirəsi

BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır

Gəncədə qarı təmizləyirlər - FOTO

Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır - VİDEO

Bayden "Greencard"la bağlı məhdudiyyətləri aradan qaldırdı

Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb

Ermənistanda koronavirusa yoluxma artır

Bu kəndlərə yüksək sürəti internet verildi

Srebrenitsa anaları Azərbaycanda...

Bank Respublika 2019 - 2020-ci illərdə keçirdiyi layihələr üzrə "Ən fəal bank" mükafatını qazandı!

Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib - FOTO

Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib - FOTO

Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

Xəzərdə ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu

Lisey direktoru bu əməllərinə görə həbs edilib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Lisey direktoru tələbələrdən rüşvət aldığı üçün saxlanılıb

Niyə bəzi yerlərdə qaz yoxdur?

Türkiyə II Qarabağ müharibəsinin taktikasını təkrarlayacaq? - General danışdı - ÖZƏL

"Facebook" və "Instagram"da problemlər yaranıb

"Ermənistan Bakını da raketlə vurmaq istəyib"

Bakının ən təhlükəli döngəsi - Bu yolda hər həftə bir avtomobil qəzaya düşür - VİDEO - FOTO

Ən çox qar bu rayona yağdı - VİDEO

İsveçrə azərbaycanlıları Cenevrə parlamentinin üzvlərinə müraciət ediblər

“Bu, futbol intiharıdır” - Baş məşqçi fikirləri

Dünyanın ən bahalı futbolçuları - ADLAR

Tarixin “11-liyi” - Messi ilə Ronaldu da var

Olimpiya çempionu kasıbla evlənməyəcəyini açıqladı - FOTOSESSİYA

Yaponiyada yanğın 77 hektar meşə zolağını məhv etdi

Avropanın ən fəal vulkanlarından birinin püskürməsinin kosmosdan görüntüsü - FOTO

İrəvanda etirazçılar əsas yolları bağladılar

Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət - SİYAHI

Dibala Barselonaya getdi

"Qarabağ" "Səbail"ə, "Neftçi" "Zirə"yə qarşı

Bayden Trampın daha bir fərmanını ləğv edib

İranda Qarabağa dair konfrans keçiriləcək

İndoneziyada torpaq sürüşməsi: 5 nəfər ölüb, 70 nəfər itkin düşüb

Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib

Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb

Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib

Kolumbiya mətbuatında Azərbaycanın inkişaf yolu barədə məqalə dərc olunub