AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“5- ci Kolon”nun Kəmaləddin Heydərovu və Aynur Camalqızı müəmması – İkinci yazı

  40
Ötən yazımızda Kəmaləddin Heydərovun keçmişi ilə bağlı apardığımız araşdırmaların bir hissəsini diqqətinizə çatdırmışdıq. (https://realliq.tv/k%c9%99mal%c9%99ddin-heyd%c9%99rovun-media-imperiyasi-v%c9%99-erm%c9%99ni-sevgisi-birinci-yazi/) Fövqəladə Hallar nazirinin 1991 – ci ildə Rusiyada həbsi, erməni cinayətkar şəbəkəsi ilə şərikli biznes əlaqələri və hazırda formalaşdırdığı “media imperiyası” haqqında araşdırmalarımız davam etdiyindən həmin yazıları ardıcıl, fasilələrlə diqqətinizə təqdim edirik.

Realliq.TV – nin araşdırmalarında ortaya çıxan faktlarda adı keçən şəxslərin də münasibətini işıqlandırmağa hazırıq.

Kəmaləddin Heydərovun “MEDİA İMPERİYASI”
Realliq.tv – nin apardığı araşdırmalar zamanı məlum olub ki, Fövqəladə Hallar naziri illərdir ki, Azərbaycanda özünə “Media imperiyası” formalaşdırıb. Böyük pullar hesabına əmələ gələn şəbəkənin bir neçə holdinqdə fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Ən maraqlı və təhlükəli məqam isə Heydərovun media imperiyasına Aynur Camalın rəhbərlik etməsidir. İndiki hakimiyyətə nifrəti ilə seçilən Aynur Camalqızı fövqəl nazirlə qurduğu, bizə məlum olan və olmayan münasibətlərin arxasında dövlətə xəyanət kimi faktları görməmək mümkün deyil. İllərdir dövlət müəssisəsinin milyonlarını mənimsəyən Kamalın sevimli Aynuru dəfələrlə hansı qüvvələrə xidmət etdiyini sübuta yetirib. Mediada çoxları varkən Heydərovun seçimi niyə məhz Aynur Camalqızi?

Aynur Camalqızı kimdir?

1975 – ci ildə Tərtər rayonunda bir ailədə qaranlıq dünyadan işıqlı dünyaya “istehsal” olunub. Qəribə və ağlasığmaz tarixçəsi olan Aynur 2001 – 2005 –ci illərdə Yeni Müsavat qəzetinin müxbiri kimi çalışıb. Həmdə qatı müxalifətçi olan Camalqızı qəzetdə qərc olunmuş yazılarında indiki hakimiyyətin rəhbərliyində təmsil olunanları təhqir etməkdə birincilik qazanmışdı. O dövrdə Ulu Öndər Heydər Əliyevin ünvanına biz tərəfimizdən yazılması mümkünsüz olan ifadələr işlədən Aynur Camalqızı daha sonralar Prezident İlham Əliyev haqqında da öxşar təhqirlərin yer aldığı yazıların müəllifi olub. Müsavat partiyasının keçmiş sədri İsa Qəmbərin yaxın çevrəsindən sayılan Camalqızı hər gün partiyanın yerləşdiyi binanın qapısı ağzında növbə tutarmış. Səbəb isə çox sadədir – İsa bəylə əl – ələ görüşmək. Bu arzusuna çatdığı gün hamıya İsa bəyin ona güya xüsusi tapşırıq verdiyini dilə gətirərək həvəslə təhqir dolu yazılarını yazmağa başlayarmış.

2005 – ci ildə Aynur Camalqızı heç kimin gözləmədiyi halda siyasi baxışlarında dəyişikliyə məruz qalır və indiki iqtidara “sadiq” olacağına and içməklə fəaliyyətinin istiqamətini dəyişir. Realliq.Tv – nin araşdırmaları zamanı məlum olur ki, Aynuru “sevimli bəy”indən ayıran səbəb onun Kəmaləddin Heydərov tərəfindən himayəyə alınması olub. Fövqəl nazir bir yerdə durmayan və hamının bostanına “daş” atmaqda olan Camalqızını sakitləşdirə bilir və o partiya sıralarından istefa verərək yeni sahibinin yanında fəaliyyətə başlayır. Biz, Aynur Camalqızının şəxsi münasibətlərini görməzlikdən gələrək onun qısa zamanda gözlənilməz uğuruna aydınlıq gətirək.

2005 – ci il noyabr ayının 6 –da Tərtər rayonundan deputat “təyin olunan” Aynura Fövqəl nazirinin böyük dəstəyini qeyd etməliyik. Kəmaləddin Heydərovun sevimli Aynuruna o vaxt Tərtər rayonunda yaşayan keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun qardaşı Sərdar Həmidov da dəstək verir. Heydərovun tapşırığı və maddi dəstəyi ilə Milli məclisdə kreslolardan birinə sahib çıxan Aynur qısa zamanda ölkənin varlı təbəqəsinin sıralarında görünməyə başlayır. Fövqəl nazirin hər cür dəstəyini alan Camalqızı mandatını təhvil verəndən sonra böyük “Media İmperatorluğu”nun “Teleqraf” Media Qrupunun başına gətirilir. Realliq.TV – yə verilən məlumata görə hər ay yüz minlərlə vəsait yardım alan media holdinqdə bir neçə sayt və internet televiziya fəaliyyət göstərir. Ən maraqlı məqam isə, Aynur Camalqızının yaxın çevrəsinə ölkədə yaradılan biznes şəbəkəsidir. Belə ki, Kəmaləddin Heydərovun tapşırığı ilə Camalqızının rəsmi həyat yoldaşı olan İlqar Əliyev Dövlət Gömrüyündə qanunsuz idxal-ixrac işlərinə cəlb olunur. Onun və həyat yoldaşı haqqında mediada faktları ictimailəşdirən jurnalistlər dəfələrlə ölümlə hədələnib ki, bu da Camalqızının fəaliyyətindəki əsas məqmların ört-basdır edilməsinə xidmət edib.

İlqar Əliyevin qanunsuz və özbaşına əməlləri ilə bağlı mediada dəfələrlə məlumatlar dərc olunub. Bir neçə il oncə mediada gedən məlumatların birində yazılırdı ki, gənc yazar Kəramət Böyükçöl “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının həyat yoldaşı İlqar Əliyev tərəfindən döydürülüb. Saytlar xəbər verirdi ki, hadisə haqqında Kəramət Böyükçöl və onunla bir yerdə olan dostu Dəyanət Babayev feysbuk sosial şəbəkəsində yazaraq məlumat veriblər.

Kəramət Böyükçöl iddia edir ki, Aynur Camalqızının əri İlqar Əliyev onu təhqir edib: “Aynur Camalqızının əri İlqar mənə təhqir mesajları, söyüşlər yazdı, sonra isə Hüseyn Cavid parkına razborkaya çağırdı. Gəldi, məni söhbət eləyə-eləyə kamera olmayan bir yerə apardı, orda məni təhqir etdi. Mən isə onun təhqirinə cavab verərkən bir də gördüm ki, üstümə İlqar və üç cip qoçu cumdu. Guya kişinin oğlu məni təkbətəkə görüşə çağırmışdı. Və mən məcbur olub yüyürüb Bakı Dövlət Universitetinin darvazasından özümü içəri atdım. İlahi, məni niyə bu insanların əlində qoymusan? Niyə mənə yolpulu qismət eləmirsən ki, başımı götürüb bu xarabadan çıxım gedim? Bircə Allahdan istəyirəm ki, Aynur və əri bu statusa etiraz eləsin, görün, ortaya necə faktlar qoyuram”.

Həmişə bu kimi əməlləri ilə gündəmdə olan Aynur – İlqar cütlüyü hazırda cəzasız qalmaqdadır.

Kəmaləddin Heydərov və Camalqızı
Yarımbaşlıq çoxlarını çaşdıra bilər və bizim fikrimiz heç də vaxtilə bu iki şəxsi bağlayan naməlum səbəblərin hamısını ifşa etmək deyil. Böyük vəsaitlər hesabına formalaşan media holdinqin rəhbəri olan Aynur Camalqızı hazırda “axar.az”, “teleqraf.com”, “publika.az” və daha bir neçə sayt və internet televiziyaya rəhbərlik edir. Bir çoxlarını düşündürən suallara aydınlıq gətirən Realliq.tv-nin araşdırmaları göstərir ki, Aynurun tabeçiliyində olan media orqanlarında 50 – yə yaxın əməkdaş çalışır və onların çoxu 600 – 1000 manat civarında əmək haqqı alır. Lakin bu pulların Aynura necə və hansı yollarla verildiyinə rəsmi açıqlama olmadığı üçün araşdırmalarımızı bu istiqamətdə aparmalı olduq. Məlum oldu ki, Aynur işçilərin bir çoxu ilə rəsmi müqavilə bağlamayıb və bəziləri qanunsuz olaraq vəsait alırlar. Əmək müqaviləsi bağlanmış şəxslərin əmək haqqları isə kiçildilmiş rəqəmlərlə sənədlərdə qeyd olunur. Belə olan halda dövlət vergisindən yayınan təşkilatın illərlə mənimsədiyi vəsait milyonlarla olsada vaxtilə Kəmaləddin Heydərovun qoruyuculuq funksiyası Aynuru ədalət mühakiməsindən saxlayıb.


Aynur Camalqızı yeni şəbəkədə
Son ilə qədər Kəmaləddin Heydərovun himayəsində olan Aynur Camalqızı ilə bağlı apardığımız araşdırmalar bir fakta da aydınlıq gətirdi. 2018 – ci ildə Prezidentin keçmiş köməkçisi Əli Həsənovla yaxın münasibətlər qura bilən Aynur Camalqızı yeni “day -dayısı”nın himayəsinə keçməklə Fövqəl nazirə ağır zərbə vurmuş oldu. Lakin, Əli Həsənovun himayəçiliyi uzun çəkmədi və onun vəzifədən azad edilməsi yeni maliyyə mənbəyi tapan Camalqızını çətin durumda buraxmışdı. İsa Qəmbərə xəyanət edib Kəmaləddin Heydərova sığınan, daha sonra ona xəyanət edib Əli Həsənova arxalanan Aynurun bir il ərzində nə qədər gəlir əldə etdiyini növbəti araşdırmalarda diqqətinizə çatdıracağıq. Etibarlı mənbədən aldığımız məlumatda qeyd olunur ki, Aynur Camalqızı rəqibi olan APA Holdinqin qısa müddətə bağlanmasında da önəmli rol oynayıb. Məhz buna görə xüsusi mükafatlandırılan Camalqızı hazırda yeni şəbəkədən maliyyələşir və onu bu şəbəkəyə bağlayan şəxs Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğludur. Bu barədə növbəti yazılarda.


Heydərovun Aynuru qovma səbəbi
İllərlə Aynur Camalqızını himayə edən Kəmaləddin Heydərovun onu qovmasının səbəblərini araşdıran Realliq.tv maraqlı faktlar əldə edib. Kəmaləddin Heydərova məlum olur ki, Camalqızı onun zəifləməkdə olan mövqeyindən narahat olmuş və rəqibləri ilə danışığa getmişdir. Həmişə xəyanətə meyilli olan Aynurun bu dəfə ölkə başçısının əsas köməkçisi olan Əli Həsənovla yaxınlığı fövqəl naziri hövsələdən çıxarıb və ona qapını göstərməyə vadar edib. Hazırda tanışları ilə söhbəti zamanı Kəmaləddin Heydərovun ünvanına aşağılayıcı ifadələr işlədən Aynurun qovulduğu qapılar çoxalsada, sahib çıxanları da az deyil və hər zaman tapılır. Maraqlı digər məqam isə, bu yaxında Aynur Camaqızının sifarişi ilə dərc olunan yazıdır. Belə ki, Aynurun sifarişi ilə yazılan yazıda qeyd edilir ki, güya keçmiş köməkçi Əli Həsənov onu təhdid edibmiş. Bu yolla hazırda barəsində cinayət işi açılmış Əli Həsənovla eyni şəbəkədən olduğunu və ondan qanunsuz maliyyə aldığını təkzib edən Aynurun sabah Kəmaləddin Heydərov haqqında nələr deyə biləcəyini düşünmək belə ağırdır.


Ardı var.

Realliq.TV Araşdırma Mərkəzi
 

Xəbər Lenti

Günün qoroskopu: Zərurət yarananda qətiyyətli, sərt insan təsiri bağışlayın

Premyer Liqada ikihakimiyyətlilik yarandı YENİLƏNİB

Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK

Savaşa ciddi hazırlıq gedir: yazda baş verəcək...

"Futbolçular həm məşqdə, həm iclaslarda çox çalışırlar" - Sənan Qurbanov

Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev

"Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir"

Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət ediblər

ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir

NATO Baş katibi Zelenski ilə danışdı

Qarabağın bərpasında Pakistan şirkətləri də iştirak edə bilər - FOTO

Yaz gəlir - Sağlamlığınız üçün vacib xəbərdarlıq

""Liverpul"dan ayrıl, "Barselona"ya keç"

"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib - FOTO

İranda daha 94 nəfər koronavirusdan öldü

Bu ölkədə saxta adla profil açanlar cəzalandırılacaq

Türkiyəli həkimlər 3 gündə 150-dən çox qazimizi müayinə ediblər

Temperatur yüksəlib - FAKTİKİ HAVA

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Xocalı soyqırımı qurbanlarının qisası alındı

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - VİDEO

Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır

1915-ci il hadisələri və Xocalı soyqırımını anlamaq - Gerçək tarixin müzakirəsi

BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır

Gəncədə qarı təmizləyirlər - FOTO

Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır - VİDEO

Bayden "Greencard"la bağlı məhdudiyyətləri aradan qaldırdı

Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb

Ermənistanda koronavirusa yoluxma artır

Bu kəndlərə yüksək sürəti internet verildi

Srebrenitsa anaları Azərbaycanda...

Bank Respublika 2019 - 2020-ci illərdə keçirdiyi layihələr üzrə "Ən fəal bank" mükafatını qazandı!

Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib - FOTO

Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib - FOTO

Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

Xəzərdə ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu

Lisey direktoru bu əməllərinə görə həbs edilib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Lisey direktoru tələbələrdən rüşvət aldığı üçün saxlanılıb

Niyə bəzi yerlərdə qaz yoxdur?

Türkiyə II Qarabağ müharibəsinin taktikasını təkrarlayacaq? - General danışdı - ÖZƏL

"Facebook" və "Instagram"da problemlər yaranıb

"Ermənistan Bakını da raketlə vurmaq istəyib"

Bakının ən təhlükəli döngəsi - Bu yolda hər həftə bir avtomobil qəzaya düşür - VİDEO - FOTO

Ən çox qar bu rayona yağdı - VİDEO

İsveçrə azərbaycanlıları Cenevrə parlamentinin üzvlərinə müraciət ediblər

“Bu, futbol intiharıdır” - Baş məşqçi fikirləri

Dünyanın ən bahalı futbolçuları - ADLAR

Tarixin “11-liyi” - Messi ilə Ronaldu da var

Olimpiya çempionu kasıbla evlənməyəcəyini açıqladı - FOTOSESSİYA

Yaponiyada yanğın 77 hektar meşə zolağını məhv etdi

Avropanın ən fəal vulkanlarından birinin püskürməsinin kosmosdan görüntüsü - FOTO

İrəvanda etirazçılar əsas yolları bağladılar

Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət - SİYAHI

Dibala Barselonaya getdi

"Qarabağ" "Səbail"ə, "Neftçi" "Zirə"yə qarşı

Bayden Trampın daha bir fərmanını ləğv edib

İranda Qarabağa dair konfrans keçiriləcək

İndoneziyada torpaq sürüşməsi: 5 nəfər ölüb, 70 nəfər itkin düşüb

Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib

Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb

Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib

Kolumbiya mətbuatında Azərbaycanın inkişaf yolu barədə məqalə dərc olunub