AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanlını öldürən dəniz quldurları haqda nə bilirik? - FOTO

  32

Neftin qiyməti düşəndən sonra dəniz quldurlarının "qara qızıl" a maraqları azalıb, indi əsasən, gəmi heyətini girov götürərək onların azadlığı üçün şirkətlərdən pul tələb etməyə üstünlük verirlər...
Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Liberiya bayrağı altında üzən "Mozart" gəmisinin türk ekipajını girov götürüb. Gəminin göyərtəsində 19 nəfər olub.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, gəmiyə hücum Nigeriyanın Sao Tome şəhərindən təqribən 160 km məsafədə baş verib. Hücum nəticəsində 15 heyət üzvü əsir götürülüb, bir nəfər azərbaycanlı isə öldürülüb.

illi.Az musavat.com-a istinadən bildirir ki, dəniz quldurları girovlarla birlikdə gəmini tərk etdikdən sonra göyərtədə qalan üç dənizçi gəmini təhlükəsiz limana aparıblar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gəmi komandiri ilə iki dəfə telefonla danışıb. TASS xəbər verir ki, dövlət başçısı prosesi yaxından izlədiyini, həmçinin gəminin qaçırılan heyətini xilas etmək üçün tədbirlər görüldüyünü deyib. Gəmi bu gün artıq Qabonun Gentil limanında lövbər salıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, gəmidə öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi və 3 heyət üzvü var. A.Karaismailoğlu gəmidə öldürülən azərbaycanlı mühəndislə bağlı Azərbaycan xalqına başsağlığı verib. Nazir deyib ki, dəniz quldurlarının girov götürdüyün 15 heyət üzvünün azad edilməsi üçün bütün imkanlar səfərbər edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-ya açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək: "Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır".

Ən təhlükəli dəniz quldurları - Qvineya körfəzi...

Atlantik okeanındakı Qvineya körfəzi sahilində Fil Dişi, Qana, Toqo, Benin, Nigeriya, Konqo Demokratik Respublikası və Kamerun ölkələri yerləşir.

Azərbaycanlı dənizçinin öldürüldüyü Nigeriyada dəniz quldurluğunun tarixi yenidir. Əvvəllər Nigeriyada işçi və neft şirkətləri üçün materiallar daşıyan kiçik gəmilər hücumlara məruz qalırdı. Amma zaman keçdikcə quldurlar daha aqressiv oldular, daha yaxşı silahlandılar və bununla bərabər iştahları da artdı. İndi onlar iri neft daşıyan tankerləri də çəkinmədən hədəf seçə bilirlər.

Amerikanın "Oceans Beyond Piracy" təşkilatının son hesabatına görə, indi Somali dəniz quldurları "liderliyini" itirib və onların yerini Nigeriyanın dəniz quldurları tutub. Neftin qiyməti düşəndən sonra Somalinin dəniz quldurlarının "qara qızıl" a maraqları azalıb, indi əsasən, gəmi heyətini girov götürərək onların azadlığı üçün şirkətlərdən pul tələb etməyə üstünlük verirlər.

Koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə dünyada dəniz gəmilərinə edilən hücumların sayı 2019-cu illə müqayisədə 20% artıb. Ümumilikdə, dənizdə 195 quldurluq və silahlı soyğun hadisəsi qeydə alınıb, bir il əvvəl isə bu cür faktların sayı 162 idi. Beynəlxalq Dəniz Bürosunun (IMO) dəniz quldurluqlarının sayının artmasını COVID-19-un dünyada yayılmasının nəticələri ilə əlaqələndirirlər. Söhbət yalnız insanları cinayətə sövq edən iqtisadi böhrandan getmir.

Belə ki, dövlətlər tərəfindən qəbul edilən məhdudlaşdırıcı tədbirlər bir çox cinayətkar qrupları quruda fəaliyyətlərinin bir hissəsini azaltmağa və dəniz quldurluğuna keçməyə məcbur edib. Hücumların artmasına daha bir səbəb bəzi gəmiçilik ölkələrinin pandemiya fonunda tətbiq etdiyi məhdudiyyətlərdir. Yəni pandemiya ilə mübarizə üçün sərf edilən insan, maliyyə, maddi mənbələr gəmiçilikdə təhlükəsizlik sahəsində müəyyən boşluqlar yaradıb. Üstəlik, virusun yayılmaması üçün bir ölkədən başqa ölkə limanına keçən gəmilər karantinə alınırlar ki, onların dayanma nöqtələri heç də həmişə təhlükəsiz olmur və dəniz quldurlarının asan hədəfinə çevrilirlər.

Dəniz quldurlarının ənənəvi hədəfi neft tankerləri olmaqda davam edir. 2020-ci ildə Qərbi Afrikada neft tankerlərinə və insanların girov götürülməsi sayında rekord artım (135) qeydə alınıb. Onların demək olar ki, hamısı (130) Qana, Toqo, Nigeriya, Kamerun və Ekvatorial Qvineya kimi ölkələrin sahillərində - Qvineya körfəzində baş verib. Neft tankerlərinə tez-tez edilən hücumların səbəbi aydındır. Neftin qiymətinə baxmayaraq, həmişə alıcı tapmaq mümkündür. Qvineya körfəzindəki quldurlar neft daşıyan gəmilərə adətən 6-10-dan çox olmayan qruplar halında hücum edirlər.

Son aylar neft tankerlərinə limana 200 mil məsafədə də hücum halları baş verir. Beynəlxalq Dəniz Bürosu, Qvineya körfəzindən keçən gəmilərin sahildən ən azı 250 mil məsafədə qalmasını tövsiyə edir.

Ötən il gəmiçilər dəniz quldurlarının hücumuna ən çox Nigeriya sahillərində məruz qalıblar. 2021-ci ildə dəniz quldurlarının hücumlarının sayının artacağı gözlənilir. Karib sahillərindəki digər dövlətlərdə də dəniz quldurlarının fəaliyyətinin artacağı, bu da gəmiçiliyə və beynəlxalq neft şirkətlərinə ciddi maneələr yaradacağı deyilir.

Beynəlxalq Dəniz Bürosu dünyada dəniz quldurlarının texniki imkanlarının artmasına işarə edir və dövlətləri körfəzdə patrul nəzarətini artırmağa çağırır.

Demokratikmusavat.com

Xəbər Lenti

Qonşu ölkədə 4 nəfər edam edildi

Azərbaycan Beynəlxalq Bankından xanımlara hədiyyə

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3200 nəfərə çatıb

Tbilisidə nümayişçilərlə polis arasında qarşıdurma: 7 nəfər saxlanıldı

Güclü qar yağan Gədəbəydə son vəziyyət - VİDEO - FOTO

Azərbaycanda yoluxanların sayı artdı - GÜNÜN STATİSTİKASI

Gürcüstanda koronavirusdan daha 12 nəfər öldü

Rusiyada 60-a yaxın şagird zəhərləndi: vəziyyətləri ağırdır

Pentaqon Ukraynaya 250 milyon dollar yardım edəcək

Bəzi generallar Paşinyanın istefası tələbinə qoşulmayıb

YAP-ın indiki tərkibi... - SİYAHI

Şəhid Vüqar Zamanovun şərəfli döyüş yolu... VİDEO

3 metrllik quyuya düşən xəstə qadın möcüzəvi şəkildə sağ qaldı - FOTO

"Qarabağ" "Qəbələ"yə, "Səbail" "Keşlə"yə qarşı

Türkiyə sahillərində daha 23 qaçqın xilas edildi

Sabah milli parklara giriş pulsuz olacaq - FOTO

Anar Kərimov Çavuşoğlu ilə görüşdü

"Sergey şübhələnmədi ki..." - Həyat yoldaşından ad günü sürprizi

“Qəbirqazanlıqla” bitən karyera - ULDUZLAR - FOTO

Bir ayda “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib

Şarapova ən zəngin qadınlar siyahısında

Anar Kərimov Atatürkün məzarı başında - FOTO

İtkin düşən 6 yaşlı uşaqla bağlı dəhşət üzə çıxdı - Anası... - FOTO

"Qarabağda mədəni irslə bağlı mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi zəruridir" - Fransalı deputat

Bu tarixə qədər pandemiyadan yaxa qurtara bilərik - Professor AÇIQLADI

Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq

“Pandemiya insanın təbiətə müdaxiləsinin nə dərəcədə təhlükəli olduğunu göstərdi”

Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq

Yaponiyada "Britaniya" ştammı yayılıb

Bundesliqa təmsilçisi baş məşqçisini qovdu

Gəncədə qadın bıçaq xəsarəti alıb

Dünyada son 7 həftədə ilk dəfə koronavirus infeksiyasında artım qeydə alınıb

Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb

Bakıda yanğın: 4 nəfər xilas edilib

“Krotone” baş məşqçisi ilə vidalaşıb

Kuman gedir, Arteta gəlir?

Düşmən ya ağlını başına yığacaq, ya da Azərbaycan Ordusu...

Günün qoroskopu: Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər

Murov dağında şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman - FOTO

Şəhid anası: Onlar elə bir zirvədədirlər ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq - VİDEO - FOTO

2010-cu ilə qədər bu universitetə qəbul olanların diplomu tanınmır - RƏSMİ

Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub

Ərzaq sürətlə bahalaşır: əziyyət çəkəcək ölkələr...

Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb - FOTO

Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib - FOTO

"Barselona" Qrizmannı hansı məbləğə satır?

Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb

İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ

Xosep Bartomeunun saxlanılmasın şərh etdi - Joan Laporta

Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat

BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb

ÜST dünya əhalisinin 10 faizində koronavirusa qarşı antikorların olduğunu elan etdi

Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub

"YAŞAT" Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib - FOTO

Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi

21 müəssisədə qayda pozuntusu aşkarlandı

Heyvanların identifikasiyası aparılır

Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? - Reytinq

Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib - FOTO

Zakir Həsənov Andrey Ravkov ilə görüşüb

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Afrikada koronavirusdan ölənlərin sayı 104 minə yaxınlaşır

“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər

Serialdan uzaqlaşdırıldığı üçün xəstəxanaya düşüb

"Barselona"nın keçmiş prezidenti saxlanıldı

İbrahimoviç bu oyunu buraxa bilər

Bakıda 22 yaşlı oğlan qətlə yetirilib

İranda koronavirusdan gündəlik ölüm sayı artıb

"Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur"

Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim

Meymunlar avtomobil yolunu bağladılar - VİDEO

Linqardın satış qiyməti müəyyənləşdi

NASA astronavtları kosmos gəzintisinə çıxdılar -VİDEO

Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası - FOTO

"Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur"

Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb

Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev

Çinin hazırkı çempionu fəaliyyətini dayandırdı

"Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm"

Soyqırım günahkarları mühakimə edilənə xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı

Sevgilisi ulduz futbolçunu tərk etdi - Kompüter oyununa görə

""Real" kritik anlarda necə qalib gələcəyini bilir"

Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı

Alkoqollu vəkil polisi döydü -VİDEO

Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...

Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi

Minaatan batareyalarımız döyüş atışlı təlimdə - VİDEO

"Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi" - Deputat

İstanbulda fabrikdə partlayış: yaralılar var - VİDEO

Döyüşərək aldığı düşmən postuna qazi kimi döndü -VİDEO

Rusiyada yanğın: 3 nəfər öldü

Qarabağda döyüşlər yenidən başlaya bilər? - Sabiq briqada komandiri danışdı

Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə

Kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq - VİDEO

Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı

Müəllim rəfiqəsi ilə birlikdə oğlan şagirdini zorlayıb - FOTO

"Kameranı evin içinə salıb, vanna otağına qədər göstərirlər"