"Barselona"nın kapitanı Lionel Messi İspaniya Superkubokunun yarımfinal oyununu buraxa bilər.
Demokratikmusavat.com apasport.az-a istinadla bildirir ki, buna səbəb argentinalı superulduzun yüngül zədəsinin olmasıdır.
33 yaşlı ön xətt oyunçusu son məşqdə iştirak etməyib. O, La Liqanın ötən turunda "Qranada" ilə matçda (4:0) əzələlərində narahatlıq hiss etdiyi üçün əvəzlənmişdi.
Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinal mərhələsinin ilk matçında "Barselona" bu gün "Real Sosyedad"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Demokratikmusavat.com