AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

ICESCO-nun nümayəndə heyəti İçərişəhərlə tanış olub

  19

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də İçərişəhərlə tanış olub.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar saray kompleksi ilə başlanan tanışlıq zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Sonra qonaqlar 1895-ci ildə inşa olunan yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Bəylər məscidi ilə tanış olublar. Bildirilib ki, bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanıb. İçərişəhər ərazisində tikilən sonuncu məscid zalın böyüklüyü və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Məscidin inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.

Gəzinti zamanı qonaqlar Bakı Xan Sarayı Kompleksinin ərazisində salınmış və yeni istifadəyə verilmiş parkda olublar. 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıblar. Həmçinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olublar.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.

İçərişəhərlə tanışlıq ICESCO-nun nümayəndə heyətində zəngin təəssürat yaradıb.

Demokratikmusavat.com 

Xəbər Lenti

İşğaldan qurtulan, Gülöyşə narı ilə tanınan Şelli - VİDEO - FOTO

Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu

Bu gündən bərbərxanalar və gözəllik salonları açılır

Bakıda fərdi evdə yanğın olub

Türkiyə gəmisində quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub

Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

Erməni hərbi analitik Qarabağda ölən hərbçi sayını açıqladı

Bakıda beş avtomobil toqquşub - FOTO

Azərbaycanlını öldürən dəniz quldurları haqda nə bilirik? - FOTO

Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb

Almaniyada son sutkada 12 257 nəfər COVİD-19-a yoluxub, 349 nəfər ölüb

100 tələbənin təhsil haqqını ödədi

Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötüb

İraqda 340 nəfər edam olunacaq

Paşinyan bunu etmək əvəzinə beynəlxalq hüququ pozaraq... - Professor Furman

İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır

“Fənərbaxça”dan yeni transfer

Aİ sərhəd qaydalarını sərtləşdirəcək - Yeni virus mutasiyalarına görə

Makrona qarşı aksiya: minlərlə insan küçədə...

İranda son sutkada 5945 nəfər COVID-19-a yoluxub, 89 nəfər ölüb

Ukraynada son sutkada 4 minə yaxın insan koronavirusa yoluxub

Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib

İran Donald Trampdan intiqam almaq niyyətindədir

Bu tarixdə normal həyata qayıda bilərik - Doktor Fauçi

İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb

Oğlunun ölümünü ondan 40 gün gizlədilər - Xalq artisti haqqında maraqlı faktlar

Həbib Makreqoru bu paylaşımla ələ saldı - FOTO

Çinin sahil mühafizəsinə xarici gəmilərə atəş açmağa icazə verildi

Osloda sərt məhdudiyyətlər - Koronavirus...

Portuqaliyada prezident seçkiləri keçirilir

Məşhur modeldən ulduz futbolçu ilə bağlı ŞOK ETİRAFLAR

Çili sahillərində güclü zəlzələ olub

"Keşlə"də gözlənilməz istefa - Yunis Hüseynov getdi

Türk gəmisinə hücumla bağlı şok iddia

"Bavariya"nın ulduzu ən utancverici tato etdirdi, indi isə peşmandır - FOTO

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə DARMADAĞIN olacaq

Yeni Zelandiyada yenə zəlzələ baş verib

Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

Mövlud Çavuşoğlu Fərman İsmayılovun nəşinin Azərbaycana nə zaman göndəriləcəyini açıqladı

Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb

Sülhməramlılar azyaşlı qızları zorlayır, hamilə qoyur... - DƏHŞƏTLİ FAKTLAR - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb

Türkiyənin 2023 hədəfi: bu, namus məsələsidir - Ərdoğan

Koronavirusun ən təhlükəli mutasiyası HİV-lə müqayisə edildi

Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub

Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar

Ərdoğan dəniz quldurlarının qaçırdıqları gəminin kapitanı ilə danışdı

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar - Yeni kriminal müharibə?

Dünyada koronavirusa yoluxanların sayı 100 milyona çatır

Türkiyə Superliqası: “Trabzon” qələbə qazanıb, “Başakşəhər” isə xal itirib

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu ilə danışıb - Dəniz quldurlarının gəmiyə hücumu müzakirə edilib