AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Moskva görüşü regiona nə vəd edir? - Rəylər

  21

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli Moskva görüşü Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin siyasi müstəvidə daha da möhkəmləndirilməsi idi. Bu görüşün nəticəsi olaraq imzalanan 4 bənddən ibarət bəyanat 10 noyabrda imzalanan kapitulyasiya aktının icrası ilə bağlı mexanizmlərin hazrlanması və qısa müddət ərzində həyata keçirilməsini nəzərdə tuturdu.

Görüşün ən mühüm trəflərindən biri də o oldu ki, Qarabağın statusu haqqında heç bir söz deyilmədi. Bu da Prezident İlham Əliyevin diktə etdiyi əsas şərtlərdən biri idi. Ümumilikdə görüşü Azərbaycanın növbəti qələbəsi kimi xarakterizə etmək olar.

Moskva görüşünü şərh edən Milli Məclisin deputatı Afət Həsənova Trend-ə bildirib ki, 10 noyabrdan sonra belə bir görüşün keçirilməsi labüd idi çünki 10 noyabr razılaşmasının incrasının davam etdirilməsi üçün yeni mexanizmlərin yaradılmasına, bir sıra məsələlərin dəqiqləşdiilməsinə ehtiyac var idi və bu, Azərbaycan üçün vacib əhəmiyyət kəsb edirdi.

A.Həsənova vuğulayıb ki, bəyanatın digər vacib əhəmiyyəti onunla bağlıdır ki, bəyanatda Azərbaycanın dediyi kimi, status məsələsi haqda heç nə yoxdur: "Əsas diqqət nəqliyyat və kommunikasiya xəttlərinin açılmasına yönəldilir. Bəyanatda Azərbaycan Prezidentinin indiyə qədər səsləndirdiyi fikirlər əks olunub".

Deputat vurğulayıb ki, Paşinyanın "status"la, münaqişənin hələ bitməməsi haqda fikirləri isə sadəcə olaraq daxili auditoriyanı sakitləşdirməyə yönəlmişdi: "Reallıqda isə status barəsində heç nə yoxdur, əsas məsələ birgə bəyanatdır və orada da Paşinyanın yox, İlham Əliyevin dedikləri əks olunub".

Deputat bildirib ki, ermənilər artıq xəyallarla deyil reallıqlarla yaşamalıdırlar, onlar münaqişənin bitməsi ilə razılaşıb öz iddialarından əl çəkməlidirlər: "Ermənilər anlamalıdır ki, onlar haqlı deyillər, bütün beynəlxalq qanunlar Azərbaycanın tərəfindəndir, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində tanınan ərazi bütvlüyünü təmi edib və bu, ölkəmizin tam hüququdur. Ermənilər ilk öncə ölkə daxilindəki dərin böhran vəziyyətinə baxmalı və başa düşməlidirlər ki, onları bu vəziyyətə salan məhz elə işğalçılıq siyasətidir. Azərbaycan ərazilərini 30 ilə yaxn müddət ərzində işğalda saxlamaq Ermənistana heç bir fayda gətirmədi, əksinə Ermənistanı uçuruma sürüklədi. Artıq münaqişə bitib, müzəffər Azərbaycan ordusu torpaqlarımızı azad edib və bir daha kimsəyə imkan verməz ki, torpaqlarımızı zəpt etsin".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, üçtərəfli Moskva görüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır və bu bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir:

"Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq.

Həmçinin, Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək".

Deputat Azər Badamov isə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü Azərbaycanın milli maraqlarına cavab verir və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın dəqiqliklə həyata keçirilməsinə hesablanıb.

Deputat bildirib ki, düzdür, 10 noyabr bəyanatında çoxlu məsələlər öz əksini tapmışdı, amma bəyanatın bütün bəndlərinin tam icrası üçün 11 yanvarda keçirilmiş üçtərəfli görüşün və 4 bənddən ibarət imzalanmış növbəti üçtərəfli bəyanatın böyük tarixi əhəmiyyəti var:

"Əvvəlcə onu qeyd edim ki, dünənki görüş və üçtərəfli növbəti bəyanatın imzalanması onu göstərir ki, tərəflər 10 noyabrda imzalanmış sənədin icrasına və regionda davamlı sülhün bərqərar olunmasına hazırdır. Çünki davamlı sülh əldə olunmadan heç bir iqtisadi əməkdaşlıqdan danışmaq olmaz. Ona görə də keçirilmiş üçtərəfli görüş ilk növbədə regionda ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına, davamlı sülhün əldə olunmasına və nəticədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə hesablanıb. Görüşdəki çıxışında Prezident İlham Əliyev dedi: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələsini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".

Deputat Müşfiq Cəfərli isə bildirib ki, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdə regionun perspektivliyi və inkişafı baxımdan vacib olan qarşılıqlı anlaşma əldə olunub:

"Ümumiyyətlə görüşün əsas məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişi, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın qaydaya salınmasına dair məsələlərin müzakirəsi olub. Bu görüş Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Əsas məsələ regionda kommunikasiyaların açılması idi və hər bir tərəfin bu məsələdə öz maraqları var.

Düşünürəm ki, ölkəmiz üçün vacib məqamlardan biri də odur ki, həm Naxçıvanla əlaqələr bərpa ediləcək, həm də Türkiyə - Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq. Yəni açılacaq kommunikasiya xətləri "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq.

Qeyd edim ki, Ermənistanın tarixi şansı məhz bu müharibədəki məğlubiyyəti oldu, iqtisadi və logistik blokadadan çıxmağına şərait yarandı. Ermənistanın dünyaya açılmağının yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycanla olan qonşuluq münasibətlərindən asılıdır. Artıq bütün problemləri arxada qoyub reallığı qəbul etmək erməni xalqının tək xilas yoludur. Regionun əsas güc dövləti olan Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir. Azərbaycan bu görüşdə də öz milli maraqlarını sonacan qorudu, 10 noyabr razılaşmasına zidd heç bir şərti qəbul etmədi".

Demokratikmusavat.com

Xəbər Lenti

İşğaldan qurtulan, Gülöyşə narı ilə tanınan Şelli - VİDEO - FOTO

Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu

Bu gündən bərbərxanalar və gözəllik salonları açılır

Bakıda fərdi evdə yanğın olub

Türkiyə gəmisində quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub

Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

Erməni hərbi analitik Qarabağda ölən hərbçi sayını açıqladı

Bakıda beş avtomobil toqquşub - FOTO

Azərbaycanlını öldürən dəniz quldurları haqda nə bilirik? - FOTO

Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb

Almaniyada son sutkada 12 257 nəfər COVİD-19-a yoluxub, 349 nəfər ölüb

100 tələbənin təhsil haqqını ödədi

Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötüb

İraqda 340 nəfər edam olunacaq

Paşinyan bunu etmək əvəzinə beynəlxalq hüququ pozaraq... - Professor Furman

İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır

“Fənərbaxça”dan yeni transfer

Aİ sərhəd qaydalarını sərtləşdirəcək - Yeni virus mutasiyalarına görə

Makrona qarşı aksiya: minlərlə insan küçədə...

İranda son sutkada 5945 nəfər COVID-19-a yoluxub, 89 nəfər ölüb

Ukraynada son sutkada 4 minə yaxın insan koronavirusa yoluxub

Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib

İran Donald Trampdan intiqam almaq niyyətindədir

Bu tarixdə normal həyata qayıda bilərik - Doktor Fauçi

İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb

Oğlunun ölümünü ondan 40 gün gizlədilər - Xalq artisti haqqında maraqlı faktlar

Həbib Makreqoru bu paylaşımla ələ saldı - FOTO

Çinin sahil mühafizəsinə xarici gəmilərə atəş açmağa icazə verildi

Osloda sərt məhdudiyyətlər - Koronavirus...

Portuqaliyada prezident seçkiləri keçirilir

Məşhur modeldən ulduz futbolçu ilə bağlı ŞOK ETİRAFLAR

Çili sahillərində güclü zəlzələ olub

"Keşlə"də gözlənilməz istefa - Yunis Hüseynov getdi

Türk gəmisinə hücumla bağlı şok iddia

"Bavariya"nın ulduzu ən utancverici tato etdirdi, indi isə peşmandır - FOTO

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə DARMADAĞIN olacaq

Yeni Zelandiyada yenə zəlzələ baş verib

Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

Mövlud Çavuşoğlu Fərman İsmayılovun nəşinin Azərbaycana nə zaman göndəriləcəyini açıqladı

Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb

Sülhməramlılar azyaşlı qızları zorlayır, hamilə qoyur... - DƏHŞƏTLİ FAKTLAR - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb

Türkiyənin 2023 hədəfi: bu, namus məsələsidir - Ərdoğan

Koronavirusun ən təhlükəli mutasiyası HİV-lə müqayisə edildi

Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub

Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar

Ərdoğan dəniz quldurlarının qaçırdıqları gəminin kapitanı ilə danışdı

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar - Yeni kriminal müharibə?

Dünyada koronavirusa yoluxanların sayı 100 milyona çatır

Türkiyə Superliqası: “Trabzon” qələbə qazanıb, “Başakşəhər” isə xal itirib

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu ilə danışıb - Dəniz quldurlarının gəmiyə hücumu müzakirə edilib