AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

18 yaşlı oğlunu qətlə yetirib yandırdılar, özünü isə evində boğub öldürdülər - Atasının verdiyi sərvət bəstəkarın həyatını kabusa çevirdi

  14

Demokratikmusavat.com kulis.az-a istinadla məşhur bəstəkar Tamella Məmmədzadə haqqında maraqlı faktları təqdim edir.

Tamella Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Səkkiz yaşı olanda atası repressiyaya məruz qalır və Sibirə, ordan isə İrana sürgün olunur. İranda Məmmədağa ikinci dəfə bir fars qadını ilə ailə qurur. Bu evlilikdən onun üç övladı doğulur. Ancaq Tamella xanımın anası Sara xanım ikinci dəfə ailə qurmur və özünü qızının tərbiyəsinə həsr edir. O, həyat yoldaşını heç vaxt bağışlamır, ömrünün sonuna qədər onunla danışmır.

***

Tamella Məmmədzadə "Ağarma, saçım!", "Ana", "Arzuya bax, sevgilim!", "Bənövşələr qoxuyanda", "Bir xəbər ver, külək!", "Dostlar olmasa", "Həsrətim mənim", "Neçin gəlməz?", "Yaşa, ürəyim!" kimi məşhur mahnıların bəstəkarı olub. Ömrünün son illərində Cavad xana həsr olunmuş "Türk oğlu" baletini yazıb bitirsə də səhnəyə qoyulması arzusunu reallaşdıra bilməyib.

***

Tamella xanım çox erkən, 18 yaşında bir idmançı ilə ailə həyatı qurur. 8 yaşında atasından uzaq düşən bəstəkar toyu günü atasına qovuşur. Artıq Avstriyada böyük iş adamı, böyük qızıl mağazalarının sahibi olan atası on ildən sonra ilk dəfə Bakıya qızının toyuna gəlir.

***

Tamella xanımın gənc yaşda qurduğu ailənin ömrü uzun çəkmir. Oğlu Çingiz doğulandan bir müddət sonra həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək üçün suya atılanda boğularaq dünyasını dəyişir.

***

1981-ci ildə evə gec və sərxoş gələn 18 yaşlı Çingiz dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar.

Polis işçiləri hadisə yerinə çatanda tonqalın üstünə uzadılan cəsədin böyük hissəsi tanınmaz hala düşmüşdü. Yalnız ayaqların topuq hissəsi, şalvarın balaqları və ayaqqabılar salamat qalmışdı.

***

Çingizin ölümünə səbəb Avstriyada qızıl dükanlarının sahibi olan, vaxtilə Sibirə sürgün edilən babası Məmmədağanın qırx ildən sonra Bakıya gəlməsi və qızı Tamellaya ad günü münasibəti ilə bağışladığı çox qiymətli brilliant dəsti imiş.

***

Xüsusi zövqlə işlənmiş bu bəzək əşyasının qiyməti inanılmaz dərəcədə yüksək idi. Məhz bu hədiyyə ailəyə böyük bədbəxtlik gətirir. Çingizin dostu Alik onu özü ilə Mərdəkandakı bağlarına qonaq aparır, onlar gedib bağ evinə çatdıqdan bir qədər sonra başqa iki nəfər tanışları da "təsadüfən" gəlib ora çıxır. Sən demə, onlar bu işi əvvəlcədən planlaşdırıblarmış. Xeyli yeyib-içdikdən sonra Alik ondan babasının gətirdiyi brilyantların yerini soruşur və bu saat həmin komplekti onlara çatdırmasını tələb edir. Ancaq nə qədər qorxutsalar da, onun inadını sındıra bilmirlər. Məqsədlərinə çata bilməyəcəklərini görəndə elə bağ evindəcə qətlə yetirirlər.

***

Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.

Tamella Məmmədzadə oğlunun ölümündən bir müddət sonra ikinci dəfə ailə həyatı qurur, lakin yeni övlad istəmir, hətta iki dəfə hamilə qalsa da, hər iki hamiləliyini dayandırır. Bir müddət sonra o, həyatının maraqsız olduğunu hiss edir və əri ilə qərara alırlar ki, övladlığa uşaq götürsünlər. Uşaqlardan biri ər tərəfin qohumlarından yeni doğulmuş oğlan uşağı, digəri isə Tamella xanımın öz qohumlarından dörd yaşlı qız olur. Bu əhvalatdan altı ay keçir, Tamella xanımın ikinci həyat yoldaşı da dünyasını dəyişir.

***

İki uşaqla tək qalan bəstəkarın həyatı rahat olmur. Dörd yaşlı qızcığazı ailəsinə qaytarmalı olur. Oğlan uşağını saxlayır. Lakin hər dəfə oğlanın qohumları uşağı onun evindən oğurlayır, ondan küllü miqdarda pul tələb edib sonra geri qaytarırlar. Axırda bəstəkar polisə müraciət edir və uzun mübarizədən sonra uşağı geri qaytarır. Rəsmi şəkildə onun anası olmaqdan imtina etsə də bütün var-dövlətini uşağın adına keçirdiyi sənədə toxunmur və bu haqda heç kimə heç nə demir.

***

60 illik yubileyində istəyir ya Amerikaya, ya da Fransaya getsin. Sonradan bu fikirdən vaz keçir. Ömrünün son illərində çox ağlayır, özünü bədbəxt hiss edirmiş.

***

Ahıl yaşında həyat yoldaşını itirmiş ailə dostu Məcid adlı bir kişi ilə ailə qurmaq istəsə də bu fikirdən vaz keçir.

Günlərin birində bəstəkarın qızı kimi saxladığı, toy edib köməklik göstərdiyi qulluqçu əri ilə bərabər axşam vaxtı onlara gəlir. Deyir, oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır. Hamıya qohumu kimi təqdim etdiyi qulluqçusunu əri ilə evə buraxan bəstəkar qonaqlara çay gətirmək üçün mətbəxə keçir. Bu zaman Məcid müəllim zəng vurur. Ona hər gün serialın başlandığını deyir. Söhbət əsnasında Məcid kişi bilir ki, qulluqçusu əri ilə onlara gəlib. Ancaq qonaqların bu zəngdən xəbəri olmur.

***

Mətbəxdən əlində çayla qayıdan bəstəkarı arxadan qulluqçunun əri kəmərlə boğur və qızıllarının yerini soruşur. Bəstəkar qızılların yerini deyir. Ancaq xahiş edir ki, onu öldürməsinlər. Qulluqçunun əri razılaşsa da, qadın razılaşmır. Deyir, o, oğlunu öldürən adamı həbs etdirdi, bizi də etdirəcək, öldür. Beləliklə, bəstəkar Tamella Məmmədzadə 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir.

***

Üç gün morqda qalan bəstəkarın nəşini nəhayət dördüncü gün qohumlarına verirlər. Çox sakit keçən yas mərasiminə vaxtilə çiyin-çiyinə çalışdığı sənət dostlarından heç kim gəlmir. O, öz səsi ilə oxuduğu musiqi sədaları ilə dəfn olunur.

Demokratikmusavat.com

Xəbər Lenti

Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Günün qoroskopu: harada olmağınıza rəğmən özünüzü rahat hiss edin

Qazla bağlı problemi olanların NƏZƏRİNƏ

Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu - FOTO

Nazirlər Kabineti Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar qərar verdi

Ukraynada qocalar evində yanğın baş verib, 15 nəfər ölüb

14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Şvartsenegger maşında vaksin vurdurdu

ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub

"Komaya belə düşdüm" - Xəstəliyindən danışıb ağladı

Bu saytlardan Şuraya şikayət olundu

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub

"Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir"

Çinarə ilə Səidənin birgə rəqsi tənqid olundu - VİDEO

“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir

20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı

Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prossesinə başlandı - FOTO

"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır"

Azərbaycanla münasibətlərimiz ardıcıl olaraq inkişaf edir - Türkmənistan Prezidenti

“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib - FOTO

Buzlu yolda qızını qorumaq üçün yıxılmamağa çalışdı - VİDEO

Bayden yalnız bu məşhuru izləyir - FOTO

Zidan “Real”dan ayrılacaq?

Türk ordusu daha 3 terrorçunu zərərsizləşdirdi

Qoca Səmədovun məhkəməsi təxirə salındı

Rusiya MN-dən Qarabağda itkin düşənlərlə bağlı açıqlama

ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var

BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb

1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTO

Qırğızıstan hökuməti istefaya getdi

Sumqayıt Dövlət Dram Teatrının şəhidlərinin xatirəsinə xitabən hazırladığı VİDEO

“Azərbaycanı dəstəkləyirəm, haqlı olduğunuzu bilirəm” - Dodo

BTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib - FOTO

Bu şirkət pandemiyada 7 milyard dollar itirib

Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötüb

Karantini pozan kafenin sahibi və müştərilər cərimələndi

Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib

"Bavariya" və "Leyptsiq"dən qələbə

Qaxda narkotik alverçisi silahla yaxalandı

"Moskva revanşist qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil"

Premyer Liqamızda qış fasiləsi başa çatır

"Azadlıqda yaşamağımın səbəbkarı Afətdir" - Manaf Ağayev

Azərbaycanda ölüm hallarının sayı açıqlanıb

Spirtli içkilər və siqaret vaksinin effektivliyinə təsiri edirmi? - AÇIQLAMA

Mariya Şarapovanın 683 minlik nişan üzüyü - FOTO

2020-ci ildə doğulan körpələrin sayı AÇIQLANDI

Kapital Bank 2020-ci ilin nəticələrini elan edib

Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

Peruda güclü zəlzələ baş verdi

“Eliş” ləqəbli narkotacir ələ keçdi - 300 min manatlıq narkotiklə - FOTO

Neft yenidən ucuzlaşıb

Şagirdlərin yarımillik nəticələri belə qiymətləndiriləcək - VİDEO

Ronaldu daha bir rekorda imza atdı

Bu şəxslər koronavirusa qarşı peyvənd olunmayacaq - VİDEO

Qar rayonlarda fəsadlara səbəb oldu - VİDEO

Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib

ABŞ dolları yığanlara pis xəbər - Dollar ucuzlaşacaq

Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri

Təqaüdçülər üçün ən yaxşı ölkələr açıqlandı

Portuqaliyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Bu məhsullar üzrə ticarət dövriyyəsi artıb - Statistika

İsraildə koronavirusa yoluxanların sayı 574 min nəfəri ötüb

Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıb

"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu

Britaniyada bir sutkada koronavirusdan 1 820 nəfər ölüb

Bayden Den Smiti ABŞ dövlət katibi təyin edib