AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

NURƏDDİN MUSTAFAYEV 4 GÜN DİNDİRİLİB - Hələ vəzifə başında olarkən...

  119

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev rəsmən vəzifəsindən azad edilməzdən əvvəl 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib.

Məlumatlı mənbə “AzPolitika.info"-ya xəbər verir ki, general korrupsiya faktlarına dair sorğu-sual edilib. Buna səbəb Nurəddin Mustafayevin rəhbərlik etdiyi sahədə geniş korrupsiya mexanizmi yaratmasına dair Korrupsiya İdarəsinə ciddi siqnalların daxil olması göstərilir.

Xatırladaq ki, Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Ədliyyə Nazirliyi  generalın işdən çıxarılmasını belə şərh edib: “Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.

Ancaq Ədliyyə Nazirliyinin şərhində təxminən 4 il əvvəl Baş icra məmuru vəzifəsinə təyinat alan Mustafayevin niyə ayrılıqda “islahatların qurbanına” çevrildiyi açıqlanmadığından, generalın vəzifəsindən uzaqlaşdırılmasının səbəbi qaranlıq qalırdı.

Buna ilk olaraq tanınmış vəkil Adəm Məmmədovun öz “facebook” səhifəsindən paylaşdığı məlumatdan sonra nisbətən aydınlıq gəldi.

 

Adəm Məmmədov

 

Adəm Məmmədov bildirirdi ki, Nurəddin Mustafayev vəkil İsmayıl Kəngərlinin vasitəsilə 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb və hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.

Adəm Məmmədov bildirib ki, vəkil İsmayıl Kəngərli ilə general arasında Hafiz Məmmədovun tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələr olub. Həmin müzakirədə Baş idarə rəisi sənədin icrası ilə əlaqədar 100 min manat pul alıb. Amma nə qətnaməni icra edib, nə də pulu geri qaytarıb.

“Generalla danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürülərək şikayət ərizəsi ilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub”, – Adəm Məmmədov qeyd edib.

Düzdür, vəkil İsmayıl Kəngərli öz "Facebook" səhifəsində Adəm Məmmədovun ittihamlarını təkzib edib.

İsmayıl Kəngərli yazıb ki, Adəm Məmmədov onun adından həqiqətə uyğun olmayan məlumatları yayaraq şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə vurub.

Vəkil Kəngərli həmkarı barəsində Vəkillər Kollegiyası tərəfindən tədbir görülməsini istəyib:“Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm, hazırkı statusumu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatını başlayasınız”.

Qeyd edək ki, Adəm Məmmədov sonradan öz "Facebook" səhifəsindən generalla bağlı yazdığı fikirləri silib. İzah olaraq isə yazıb ki, statusu silməsinin səbəbi həmkarlarının çoxsaylı xahişləridir.

Yəni, Adəm Məmmədov dediklərini təkzib etməyib, qeyd olunan hadisənin baş verçəsi ilə bağlı fikirlərinin üzərində dayanıb.

Vəkilin iddiasından belə məlum olub ki, general Mustafayev, 100 min manat rüşvət aldığını sübut edən səs yazısı Prezident Administrasiyasına çatan kimi, istintaqa cəlb olunub və ardınca işdən azad olunub.

Əlbəttə, əgər həqiqətdirsə, təkcə bu fakt Mustafayevi nəinki işdən uzaqlaşdırmağa, eyni zamanda məsuliyyətə cəlb etməyə də əsas verirdi... 

Ancaq məlumatlı mənbə “AzPolitika.info”-ya bildirir ki, müvafiq qurumlarda N.Mustafayevin korrupsiya fəaliyyətinə dair daha geniş məlumatlar var.

 

Nurəddin Mustafayev

 

Məhz bu məlumatların araşdırılması məqsədilə N.Mustafayevin rəsmən vəzifəsindən azad edilməzdən əvvəl 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirildiyi, korrupsiya faktlarına dair sorğu-sual edildiyi bildirilir. 

Məsələn, məlum olur ki, N.Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dolayısıyla ona məxsus olduğu bildirilən "Hidayətoğlu" hərrac şirkəti vasitəsilə hər il milyonlarla manat qazanc əldə edib. Belə ki, bütün İcra Şöbələri hərrac əməliyyatlarını məhz bu şirkətə yönəltməklə, Baş İdarə rəisinin külli miqdarda qazanc əldə etməsini təmin ediblər. 

Məlumata görə, təkcə bu hərrac əməliyyatları üzərindən Müstafayev illik 3-4 milyon manat gəlir əldə edib...

 

Əli Həsənov

 Onu da qeyd edək ki, Nurəddin Mustafayevlə Prezident Administrasiyasının keçmiş şöbə müdiri və Prezidentin sabiq köməkçisi Əli Həsənovun çox yaxın qohumluq münasibətləri var. 

Qeyd olunur ki, onun indiyə qədərki karyera yüksəlişində bu qohumluq əhəmiyyətli rol oynayıb. Həmçinin istisna deyil ki, bu qohumluq münasibətlərinin həm də N.Mustafayevin vurulmasında da payı var...

AzPolitika.info

Xəbər Lenti

İşğaldan qurtulan, Gülöyşə narı ilə tanınan Şelli - VİDEO - FOTO

Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu

Bu gündən bərbərxanalar və gözəllik salonları açılır

Bakıda fərdi evdə yanğın olub

Türkiyə gəmisində quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub

Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

Erməni hərbi analitik Qarabağda ölən hərbçi sayını açıqladı

Bakıda beş avtomobil toqquşub - FOTO

Azərbaycanlını öldürən dəniz quldurları haqda nə bilirik? - FOTO

Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb

Almaniyada son sutkada 12 257 nəfər COVİD-19-a yoluxub, 349 nəfər ölüb

100 tələbənin təhsil haqqını ödədi

Rusiyada koronavirusdan ölənlərin sayı 69 mini ötüb

İraqda 340 nəfər edam olunacaq

Paşinyan bunu etmək əvəzinə beynəlxalq hüququ pozaraq... - Professor Furman

İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır

“Fənərbaxça”dan yeni transfer

Aİ sərhəd qaydalarını sərtləşdirəcək - Yeni virus mutasiyalarına görə

Makrona qarşı aksiya: minlərlə insan küçədə...

İranda son sutkada 5945 nəfər COVID-19-a yoluxub, 89 nəfər ölüb

Ukraynada son sutkada 4 minə yaxın insan koronavirusa yoluxub

Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib

İran Donald Trampdan intiqam almaq niyyətindədir

Bu tarixdə normal həyata qayıda bilərik - Doktor Fauçi

İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb

Oğlunun ölümünü ondan 40 gün gizlədilər - Xalq artisti haqqında maraqlı faktlar

Həbib Makreqoru bu paylaşımla ələ saldı - FOTO

Çinin sahil mühafizəsinə xarici gəmilərə atəş açmağa icazə verildi

Osloda sərt məhdudiyyətlər - Koronavirus...

Portuqaliyada prezident seçkiləri keçirilir

Məşhur modeldən ulduz futbolçu ilə bağlı ŞOK ETİRAFLAR

Çili sahillərində güclü zəlzələ olub

"Keşlə"də gözlənilməz istefa - Yunis Hüseynov getdi

Türk gəmisinə hücumla bağlı şok iddia

"Bavariya"nın ulduzu ən utancverici tato etdirdi, indi isə peşmandır - FOTO

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə DARMADAĞIN olacaq

Yeni Zelandiyada yenə zəlzələ baş verib

Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

Mövlud Çavuşoğlu Fərman İsmayılovun nəşinin Azərbaycana nə zaman göndəriləcəyini açıqladı

Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb

Sülhməramlılar azyaşlı qızları zorlayır, hamilə qoyur... - DƏHŞƏTLİ FAKTLAR - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb

Türkiyənin 2023 hədəfi: bu, namus məsələsidir - Ərdoğan

Koronavirusun ən təhlükəli mutasiyası HİV-lə müqayisə edildi

Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub

Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar

Ərdoğan dəniz quldurlarının qaçırdıqları gəminin kapitanı ilə danışdı

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar - Yeni kriminal müharibə?

Dünyada koronavirusa yoluxanların sayı 100 milyona çatır

Türkiyə Superliqası: “Trabzon” qələbə qazanıb, “Başakşəhər” isə xal itirib

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu ilə danışıb - Dəniz quldurlarının gəmiyə hücumu müzakirə edilib