AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“TÜRKLƏR RUSİYANI DAYANDIRMAĞIN YOLUNU TAPIBLAR” – “Sülh yoluyla həll edilmirsə, güc yoluyla həll etmək olar...”

  23

Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi səfərbərlik barəsində bəyanatı bir çoxları tərəfindən ölkənin mümkün müharibəyə hərtərəfli qaydada hazırlaşması kimi dəyərləndirilir. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra Ukrayna cəmiyyəti 5 il bundan əvvəlki ilə indiki vəziyyəti müqayisə edərək, belə qənaətə gəlib ki, onlar Donbas bölgəsini geri qaytara bilərlər. 

Kiyevin Türkiyənin “Bayraktar” dronlarıyla bağlı planları, Ankara ilə imzaladığı müqavilələr də hazırlığın bir hissəsi kimi dəyərləndirilir. Artıq hiss olunur ki, Ukrayna Rusiya təhlükəsinə qarşı dayanmaq üçün arxasında böyük güc durmasını istəyir və düşünülür ki, Türkiyə bu rolun öhdəsindən məharətlə gəlmək iqtidarındadır.

Son zamanlar Ukrayna mətbuatı Türkiyənin ehtimal edilən bu roluna və həmçinin də Ankaranın Ukraynayla bağlı geosiyasi məqsədlərinə xüsusi diqqət ayırır. Ukraynanın “Qlavred” analitik internet nəşri “Türkiyə Ukraynaya Donbas probleminin güc yoluyla həllinə işarə vurur” başlıqlı məqaləsində sözügedən mövzuya toxunulur.

Həmin məqalənin tərcüməsini təqdim edirik: “Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın onun ölkəsinə hücum edəcəyi təqdirdə Ukraynada ümumi səfərbərlik elan ediləcək. O, həmçinin əlavə edib ki, hadisələrin bu cür inkişaf ssenarisi üzrə gedişi qətiyyən arzuolunmazdır. Bu sayaq bəyanatların səslənməsi Kiyevin Rusiya tərəfindən gələ biləcək təhlükələrdən ehtiyat etdiyini və çəkindiyini göstərmir. Ən azından indiki halda. Ancaq digər tərəfdən, rəsmi Kiyev belə bir hadisənin baş verməsinin mümkünlüyünü də qəbul edir.

 

 

Bəs, hadisələrin bu cür inkişafı nələrə gətirib çıxara bilər?

Türkiyənin Qarabağdakı son uğurları fonunda Kiyevlə Ankara arasında qurulmuş münasibətlərdə Ukraynanın “böyük logistik dövlət” kimi vacib yer tutacağı türklər üçün xüsusi önəm daşıyır. Belə ki, Avropaya gedən yolda Ukraynanın böyük tranzit dəhliz kimi ələ keçirilməsi və bu dəhlizin Rusiya üçün bağlanması (açılması da həmçinin, ancaq türklərin şərtlərilə) həmin “logistik dövlət“ konsepsiyasına tam uyğun gəlir.

Türkiyənin buradakı başlıca məqsədi Çin ilə Avropa arasındakı geniş makro regionu birləşdirən bütün istiqamətlər üzərində nəzarət imkanı qazanmaqdır. Bundan sonra isə belə bir geniş təhlükəsizlik dəhlizində Türkiyə rahat ticarət apara bilər.

Türkiyənin Donbasın qaytarılması üçün Kiyevə təqdim edəcəyi kömək 2015-ci ildə Minskdə imzalanmış müqavilənin şərtlərinə əsasən həyata keçirilməyəcək. Çünki türklər özlərinin Suriyada, Liviyada və xüsusən də Qarabağdakı yardımlarına bənzər təkliflər irəli sürə bilərlər.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, sözügedən həmin bu üç məkanda Kreml ya ağır məğlubiyyətə düçar olub, ya da öncədən planladığı nəticəni əldə edə bilməyib. Bütün bunlar yalnız bir məna daşıyır: türklər siyasi təzyiqlər də daxil olmaqla, Rusiya hərb maşınının neytrallaşdırılması yolunu tapıblar. Deməli, çətin ki, Kiyev bu cür məhsuldar nəticəni hesaba almasın.

Əlbəttə ki, "DNR" və "LNR"-in Qarabağdakı kimi hərbi yolla ortadan qaldırılması riskli məşğuliyyətdir. Düzdür, əgər biz məsələyə Kremlin yanaşma tərzilə baxsaq, onda onlar bunu Ukraynanın daxili işi kimi izah edəcəklər. Amma Moskvanın bu bölgəyə qoşun yeritməsi və 2014-cü ilin yayı və 2015-ci ilin qışındakı ssenarini təkrarlamağa cəhd göstərməsi təhlükəsi çox böyükdür. Ona görə də Zelenski deyib ki, belə hərəkət Ukraynaya qarşı geniş miqyaslı müharibə hesab ediləcək və bunun da müvafiq cavabı olacaq.

Vladimir Zelenski səfərbərlikdən başqa həmçinin bildirib ki, şəxsən o, Minsk müqaviləsindən imtina edərdi, amma həmin müqavilə ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətə görə bunu hələlik edə bilmir (Burada söhbət əlbəttə ki, Avropa qarşısında götürülmüş öhdəliklərdən gedir).

Ancaq iş ondadır ki, müharibə bütün öncəki müqavilələri silir. Əgər döyüşlər başlayarsa, onda bütün öhdəliklər sadəcə sıfırlanacaq. Kiyev özü üçün əlverişli şərait yaratmalıdır. Elə buna görə ya rəqibi hücuma təhrik edilməli, ya da gərginliyin dinamikliyi artırılmalıdır. Bundan sonra isə müharibənin ilk olaraq kim tərəfindən başladılmasının əhəmiyyəti qalmır. Azərbaycan məhz vəziyyətin kəskinləşməsi və gərginləşməsi nəticəsində Qarabağ əməliyyatına başladı.

İstənilən halda, Donbas ətrafındakı hadisələrin kəskinləşməsinin mümkünlüyü siqnalını tez-tez eşidirik. Hadisələrin inkişafının hansı məcrada gedəcəyi hələ ki, bəlli deyil. Amma problemin hərbi yolla həll edilməsi ehtimalı artıb. Həm də ki, xüsusilə Qarabağ müharibəsindən sonra çoxdan bəlli olan məsələ bir daha aydınlıq qazandı: əgər hansısa ziddiyyətli münaqişə sülh yolu ilə həll edilmirsə, onu güc yoluyla həll etmək mümkündür”.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

 

Xəbər Lenti

Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Günün qoroskopu: harada olmağınıza rəğmən özünüzü rahat hiss edin

Qazla bağlı problemi olanların NƏZƏRİNƏ

Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu - FOTO

Nazirlər Kabineti Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar qərar verdi

Ukraynada qocalar evində yanğın baş verib, 15 nəfər ölüb

14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Şvartsenegger maşında vaksin vurdurdu

ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub

"Komaya belə düşdüm" - Xəstəliyindən danışıb ağladı

Bu saytlardan Şuraya şikayət olundu

20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub

"Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir"

Çinarə ilə Səidənin birgə rəqsi tənqid olundu - VİDEO

“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir

20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı

Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prossesinə başlandı - FOTO

"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır"

Azərbaycanla münasibətlərimiz ardıcıl olaraq inkişaf edir - Türkmənistan Prezidenti

“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib - FOTO

Buzlu yolda qızını qorumaq üçün yıxılmamağa çalışdı - VİDEO

Bayden yalnız bu məşhuru izləyir - FOTO

Zidan “Real”dan ayrılacaq?

Türk ordusu daha 3 terrorçunu zərərsizləşdirdi

Qoca Səmədovun məhkəməsi təxirə salındı

Rusiya MN-dən Qarabağda itkin düşənlərlə bağlı açıqlama

ABŞ-da etiraz aksiyalara başlayıb, saxlanılanlar var

BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb

1 saylı Körpələr Evində nöqsanlar aşkarlanıb - FOTO

Qırğızıstan hökuməti istefaya getdi

Sumqayıt Dövlət Dram Teatrının şəhidlərinin xatirəsinə xitabən hazırladığı VİDEO

“Azərbaycanı dəstəkləyirəm, haqlı olduğunuzu bilirəm” - Dodo

BTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib - FOTO

Bu şirkət pandemiyada 7 milyard dollar itirib

Gürcüstanda koronavirusa yoluxanların sayı 250 mini ötüb

Karantini pozan kafenin sahibi və müştərilər cərimələndi

Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib

"Bavariya" və "Leyptsiq"dən qələbə

Qaxda narkotik alverçisi silahla yaxalandı

"Moskva revanşist qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil"

Premyer Liqamızda qış fasiləsi başa çatır

"Azadlıqda yaşamağımın səbəbkarı Afətdir" - Manaf Ağayev

Azərbaycanda ölüm hallarının sayı açıqlanıb

Spirtli içkilər və siqaret vaksinin effektivliyinə təsiri edirmi? - AÇIQLAMA

Mariya Şarapovanın 683 minlik nişan üzüyü - FOTO

2020-ci ildə doğulan körpələrin sayı AÇIQLANDI

Kapital Bank 2020-ci ilin nəticələrini elan edib

Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

Peruda güclü zəlzələ baş verdi

“Eliş” ləqəbli narkotacir ələ keçdi - 300 min manatlıq narkotiklə - FOTO

Neft yenidən ucuzlaşıb

Şagirdlərin yarımillik nəticələri belə qiymətləndiriləcək - VİDEO

Ronaldu daha bir rekorda imza atdı

Bu şəxslər koronavirusa qarşı peyvənd olunmayacaq - VİDEO

Qar rayonlarda fəsadlara səbəb oldu - VİDEO

Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib

ABŞ dolları yığanlara pis xəbər - Dollar ucuzlaşacaq

Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri

Təqaüdçülər üçün ən yaxşı ölkələr açıqlandı

Portuqaliyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Bu məhsullar üzrə ticarət dövriyyəsi artıb - Statistika

İsraildə koronavirusa yoluxanların sayı 574 min nəfəri ötüb

Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıb

"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu

Britaniyada bir sutkada koronavirusdan 1 820 nəfər ölüb

Bayden Den Smiti ABŞ dövlət katibi təyin edib