SENSASİON GƏLİŞMƏ: Pakistan Türkiyəyə dünyanı dəhşətə gətirəcək BOMBA VERİR

 

Türkiyə və Pakistan Ankaraya raket-nüvə texnologiyalarının verilməsi haqqında danışıqlar aparır.

Bu xəbəri Hindistanın “Nyus İndia” qəzeti yayıb.

Məlumatda nüvə mövzusunun dekabrın sonunda Ankarada Türkiyə-Pakistan ali səviyyəli hərbi dialoq qrupunun iclasında müzakirə edildiyi bildirilib. Türkiyə nümayəndə heyətinə danışıqlarda Baş Qərargah rəisinin müavini general Səlcuq Bayraqdaroğlunun, Pakistan tərəfinə isə müdafiə məsələləri üzrə dövlət katibi general Mian Məhəmməd Hilan Hüseynin rəhbərlik etdiyi vurğulanıb.

Bununla bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi Kamar Cavad Bacvdan nüvə silahı istehsalı və hazırlığı texnologiyalarını Ankara ilə bölüşmələrini şəxsən xahiş etdiyi bildirilib. Ankaranın bu istəyinə Pakistanın hərbi rəhbərliyi razılıq verib.

Qəzet, həmçinin guya Pakistan alimlərinin hazırda Türkiyəyə raket istehsalının gücünün artırılması ilə bağlı yardım etdiyini yazıb.

0.16568398475647