Məktəblər nazirliyin qərarına əməl etmir - Ekspert

 

Təmayülləşmənin tərəfdarıyam, hətta aşağı siniflərdən bu proses həyata keçirilməlidir. Təhsil Nazirliyinin bu barədə atdığı addım təqdirəlayiqdir. Amma böyük problem var ki, o da məktəblərimizdə bu qərarın icra edilməməsidir.

Bu sözləri Axar.az-a məktəblərdə təmayülləşmənin icra edilməməsi haqqında danışan təhsil eksperti Şəmil Sadiq deyib. O bildirib ki, bəzi məktəblər bu qərarı tam dərk və icra etmirlər:

“Bu gün məktəblərdə təmayülləşmə tam getmir. Təmayülləşmə prosesinə məktəb müəllimləri də, direktorları da, valideynlər də kömək etmirlər. Tutaq ki, eyni sinifdə oxuyan iki qardaşın biri humanitar fənnlər üzrə, digəri isə dəqiq elmlər üzrə oxumağa meyillidir. Bu şagirdləri təmayülləşmə üçün ayıran zaman problemlər olur. Ona görə bu prosesin icrasına ciddi nəzarət edilməlidir. Təmayülləşmə konkret olaraq, məcburi olmalıdır. Təhsil Nazirliyi məktəblərdə təmayülləşmə prosesində problem olduğundan xəbərdardır”.

 

0.46433210372925