Deputat ərəb mediasını Qarabağa dəstəyə çağırdı

 

İraqda beynəlxalq konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva Ərəb Liqasının baş katibinin köməkçisi, ərəb məsələləri və milli sektor üzrə idarə rəhbəri Xəlil İbrahim ət-Tavadi ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili Q.Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi, Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab verməməsi barədə danışıb.

Q.PaşayevaAzərbaycanın Ərəb Liqasından bu istiqamətdə dəstək gözlədiyini deyib:

“Bir çox müsəlman ölkələri hələ də işğalçı Ermənistanla geniş əməkdaşlıq etməsi böyük təəssüf doğurur. Öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən daha çox dəstək gözləyir”.

Deputat Bagdadda səfərdə olan bir sıra ərəb ölkələrinin televiziya kanallarının, Oman, Tunis, BƏƏ və Sudan jurnalistlər cəmiyyətinin rəsmiləriylə, həmçinin Çin və Hindistan mediasının İraq təmsilçiləriylə də görüşüb, onlara geniş müsahibələr verib.

Q.Paşayeva ərəb ölkələrinin media qurumlarını Azərbaycanın təbliğatına daha geniş yer verməyə, Qarabağ həqiqətlərinin ərəb ölkələrində yayılmasında daha fəal olmağa çağırıb.

O, bu məsələyə bir sıra ərəb ölkələrinin mətbuat və media qurumlarının diqqət ayırmamasından təəssüfləndiyini qeyd edib.

 

0.15403485298157