AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Ermənilər Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər"

  14

Prezident İlham Əliyevin Ağdamın işğaldan azad olunması münasibətilə xalqa etdiyi müraciət çox vacib məqamları özündə ehtiva edirdi. Cənab Prezident həmişə olduğu kimi konseptual və ardıcıl nitq söyləməklə gündəmin əsas maddələrini bir-bir geniş şəkildə təhlil etdi, həm Azərbaycan xalqını maraqlandıran məsələlərə aydınlıq gətirdi, həm də ənənəvi olaraq düşmənin mənfur əməllərini və niyyətlərini ifşa edərək dünya ictimaiyyətinə vacib mesajlar ötürdü.

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışının ana xətlərindən biri işğaldan azad edilmiş ərazilərdə yaxın gələcəkdə planlı şəkildə görüləcək işlər və bu xüsusda, köçkünlərimizin öz dədə-baba torpaqlarına qayıtması, viran qalmış, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məntəqələrimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi və s. bu kimi məsələləri əhatə edirdi:

"Cənab Prezident bu gün azad olunan Ağdam rayonunun timsalında bildirdi ki, tezliklə bütün işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdacaq, biz o rayonları yenidən dirçəldəcəyik. Düşmən elə zənn edirdi ki, Azərbaycan xalqı dağıtılardan sonra bu torpaqlara qayıtma istəməyəcək, amma yanıldılar. Onlar Azərbaycan xalqının və onun liderinin iradəsini, əzmini, qətiyyətini hesaba qatmadılar. Cənab Prezidentin də dediyi kimi, "Azərbaycan xalqının qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar".

Cənab Prezident İlham Əliyev bir daha tutarlı faktlarla əsaslandırdı ki, torpaqlarımızın işğaldan azad edilməsi hərbi qələbələrimiz nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. İlk növbədə, ona görə ki, işğal altındakı ərazilərimizdə istehkamların qurulmasına böyük vəsait xərclənmişdi. Bu istehkamları yaratmaqla o məqsədi güdürdülər ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər. Nəticədə döyüş meydanlarında qazandığımız hərbi qələbələri siyasi müstəvidə daha da möhkəmləndirdik. 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat bunu əyani şəkildə təsdiq etdi. Ermənistan diz çökərək kapitulyasiya aktına qol çəkməyə məcbur edildi".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan dövlətinin qazandığı şanlı zəfərlər fonunda düşmən ölkədə cərəyan edən hadisələrin real təhlilini ortaya qoydu: "Danılmaz həqiqətdir ki, bu gün Ermənistanda çox dərin siyasi xaos yaşanmaqdadır. Müharibədə rüsvayçı məğlubiyyətə düçar olduğuna görə xalqın qəzəbinə tuş gələn baş nazir Nikol Paşinyan öz kreslosunu qoruyub saxlamaq üçün bütün imkanlarını səfərbər edib. Demək olar, hər gün Ermənistanda bir müxalifət lideri həbs olunur, ağzını açıb Paşinyanı tənqid edən istənilən müxalif ictimai fəal dərhal hakimiyyətin təqiblərinə, repressiyasına məruz qalır. Mətbuat və söz azadlığı tamamilə məhdudlaşdırılıb. Hər kəsin gözü önündə baş verən bütün bu hallara baxmayaraq, cənab Prezidentin də vurğuladığı kimi, Qərb dövlətləri, xüsusən insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər.

Cənab Prezident çox haqlı olaraq Avropa Şurasının adını çəkərək Azərbaycana qarşı həmişə qərəz nümayiş etdirən bu qurumu fakt qarşısında qoyur. Azərbaycana xor gözlə baxan, hər fürsətdə bizi qaralamağa çalışan Avropa Şurasının Ermənistan iqtidarının repressiv fəaliyyəti qarşısında səsini çıxarmaması bu qurumun insan hüquqlarından bir siyasi vasitə olaraq istifadə etməsini bir daha sübuta yetirir. Başqa vaxt, müsəlman ölkələrində ən xırda hadisələri şişirdərək ciddi hüquq pozuntusu kimi qələmə verən "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlar nədənsə Ermənistanda baş verən hadisələrə heç bir reaksiya vermirlər. Bu, ikiüzlülük, riyakarlıq və selektiv yanaşmadan başqa bir şey deyil. Adı çəkilən təsisatlar əgər beynəlxalq etimad qazanmaq istəyirlərsə, mütləq Ermənistan iqtidarının əməllərinə dərhal qiymət verməlidirlər. Əks halda, onlara olan inam və etimad getdikcə tamamilə tükənəcək.

Prezident İlham Əliyev çıxışı zamanı həm də Ermənistanın uğursuz dövlət ("failed state") olduğunu da çox dəqiqliklə əsaslandırdı. Tarixən belə ölkələr çox olub. Əsasən inkluziv siyasi-iqtisadi institutların olmamasına görə bəzi dövlətlər həmişə uğursuzluq sindromundan əziyyət çəkiblər. Dövlətləri uğursuz edən əsas amillərdən biri də regional və qlobal inteqrasiya layihələrində iştirak edə bilməmələridir. Konkret olaraq bu tezisə Ermənistan nümunəsindən yanaşsaq, görərik ki, məhz Azərbaycan torpaqlarının işğalı faktı Ermənistanı regionda və dünyada gedən inkişaf tendensiyalarından tamamilə uzaq salıb.

Bu ölkənin sərhədlərinin böyük hissəsi məhz Azərbaycan ərazilərinin işğalına görə qapalıdır. Regionda düçar olduğu siyasi-iqtisadi təcrid vəziyyəti Ermənistanı kənar qüvvələrdən tamamilə asılı vəziyyətə salıb və beləliklə, Ermənistan öz müstəqilliyindən məhrum olub. Ermənistan ötən 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Cənab Prezident bütün bu reallıqları nəzərə alaraq bildirdi: "Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, "məğlub edilmiş ölkə" damğası ilə yaşayacaqlar".

Cənubi Qafqazda tam və dərin inteqrasiya proseslərinin getməsi üçün Ermənistan dövləti regionda qonşu dövlətlərə qarşı ədəvətinə son qoymalıdır. Cənab Prezidentin də ifadə etdiyi kimi, Ermənistan Qafqaz bədəninda yad cisim kimi qalmamalıdır. Bundan ötrü işğalçılıq əməllərinə birdəfəlik son qoyub bölgədəki işgüzar münasibətlərə qoşulmalıdır. Əksə halda, Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, hər kəs bilsin ki, biz erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyik. Özümüzü öz vətəndaşlarımızı müdafiə etmək üçün bütün lazımı addımları atacağıq və heç kim bizi saxlaya bilməz".

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin

Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb

Azyaşlı bağlı qapı arxasında qalıb

Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib

Baxışovlar ailəsi 27 illik həsrətdən sonra Kəlbəcərin azad edilməsinin sevincini yaşayır - FOTO

Avstriyanın dağ-xizək mərkəzlərində qış mövsümü epidemioloji vəziyyətin icazə verdiyi vaxtda start götürəcək

Dünyanın ümidlə gözlədiyi vaksindən PİS XƏBƏR: "Xəta etdik"

Böyük Britaniyada dekabrdan etibarən koronavirusla mübarizədə yeni mərhələ başlayacaq

Xalq artistinin qardaşı özünü maşının altına atıb - FOTO

Ermənistan itkilərini açıqladı - DƏHŞƏTLİ RƏQƏMLƏR

Volqoqradda erməni qadın saxlanıldı - SƏBƏB

Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb

Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb

Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb

Yaddaş şamı

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib

“Qalatasaray”da prezident seçkiləri təxirə salındı

Türkiyə əsgərlərinin Qarabağa gələcəyi tarixlə bağlı VACİB AÇIQLAMA

Gürcü nazir: Məhdudiyyətlər və qadağalar iqtisadi artım proqnozlarına mənfi təsir göstərəcək

AFFA rəsmisi “Atletiko” - “Bavariya” oyununa təyinat aldı

Azərbaycanda problemli kreditlərin həcmi azalıb

"Müharibə işimizə təsir etdi" - De Byazi

“Zibil vaxtında toplanmır deyə itlərin məskəninə çevrilib” - FOTO

"LC Waikiki geyim mağazası"nda, "AMEX" MMC-nin ofisində və digər obyektlərdə...

700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib

"Onları gördükcə elə bilirdim qolumu kəsirlər"

De Byazi "The Best" mükafatında kimə səs verəcəyini açıqladı

Maradonanın nəşi ilə fotosuna görə işdən qovuldu

Maradonanın ölümü ilə əlaqədar istintaq başladıldı

28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub

Koronavirusa yoluxan türkiyəli məşqçi reanimasiyadadır

Azərbaycanda sərnişin daşımaları xeyli azalıb

“Yuventus” Dibala ilə danışıqları dondurdu

İnfantino: “Tarixin ən yaxşı dünya çempionatı olacaq”

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi

Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq

Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur

Fransa Türkiyəyə qarşı sanksiya tətbiqinə çalışır

İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator

40-dan çox dövlət obyekti hərraca çıxarılır

"Fransa Senatının qərəzli qətnaməsi Qarabağ münaqişəsinin 30 il uzanmasının bəzi qaranlıq məqamlarına aydınlıq gətirir"

Almaniyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

“Sivasspor”un prezidenti “Qarabağ”a təşəkkür etdi

İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib

"Laçın vaxtlarım" - Səidə arxiv FOTOsunu yayımlayıb

Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman

"Ürəyim partlayır, infarkt ola bilərəm" - Xatirə

Asiya İnkişaf Bankı Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə layihə icra edəcək

Ermənistanda koronavirusdan daha 22 nəfər öldü

Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd

OPEC+ sazişinə görə 3 yataq 2 illik konservasiyaya qoyulub

Belarus Ukraynaya nota verdi

Bakıya yağış yağacaq

Ermənistanda hökuməti nağıl danışmaqda ittiham elədi, nazir təyin olundu

Səfərbərliklə orduya çağırılan şəxslər nə vaxt evlərinə qayıdacaq? - AÇIQLAMA

Gürcüstanın dövlət qulluqçularının 80 faizi məsafədən iş rejimində çalışacaqlar

Anar Kərimovdan beynəlxalq təşkilatlara çağırış

""Sivasspor"dan daha baxımlı qollar vurduq" - Uroş Matiç

"Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır" - Deputat

Özbəkistan rəsmisinin terrorçularla görüşü müzakirəyə səbəb oldu

Birgə döyüşüb, birgə yaralanan ata-anasız qardaşlar - VİDEO

Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı - FOTO

“Qarabağ” uduzdu, Azərbaycan UEFA reytinqində mövqeyində qaldı

Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair Tədbirlər planı qəbul edildi - FOTO

Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında - VİDEO

Düşməni məhv edəcək firəng tamahı - Ermənilər yenə alət oldular

Tağıyevin kötükcəsi Qarabağa gələcək

Bank VTB (Azərbaycan) ASC-nin Azərbaycan Respublikasının ərazisində kuryer xidmətlərin təqdim edilməsi ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Teymur Rəcəbov mübarizəni dayandırdı

Paşinyan itkin düşən hərbçilərin valideynləri ilə görüşmədi - VİDEO

Bakı sakini küçədə qətlə yetirildi

"İstəyimiz qələbə qazanmaq idi, amma alınmadı"

Ermənistanın mədəniyyət xadimləri etiraz aksiyası keçirəcək

Erməni işğalından azad edilən İstisu - VİDEO

Paşinyan 1 saatda 2 dəfə Putinə zəng edib

“Ermənistanda hakimiyyət yoxdur” - Saqatelyan

"Komandamla qürur duyuram" - Rıza Çalımbay

"Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir"

Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

"Barselona"nın stadionuna Messinin adı verilə bilər

Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı

"Müalicənin, testlərin və vaksinlərin hər kəsə əlçatan olması..."

Kanadada atışma baş verib, ölən və yaralananlar var

Bakıda və regionlarda kreditləşmə artıb

Böyük Britaniyadan işsizlərin sayı 2,6 milyona çatıb

Mənsum İbrahimov: İnsanlar yenidən oraya qayıdacaq və muğam səsləri Qarabağın mədəniyyətini özünə qaytaracaq - VİDEO

Çinin rəqəmsal iqtisadiyyatı 5,45 trilyon dollara çatıb

Hindistanda beynəlxalq uçuşlara qoyulan qadağa ilin sonunadək uzadılıb

"Banu" Günel - Ürəyim partlayır, havalanmasam yaxşıdır

Səxavətin qəbrini ziyarət etdim, dəhşətə gəldim - Müğənninin qardaşı - VİDEO

Türkiyə istehsalı olan ilk COVID-19 peyvəndinin aprel ayında istifadəyə verilməsi planlaşdırılır

Cəbhədən qayıdan həkim: "Həyat yoldaşım mənimlə fəxr edir" - FOTO