AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq

  19

Kəlbəcər- Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir:

"Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Habelə, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Erməni işğalçıları tərəfindən istismar edilən bu yataqlar sözügedən ölkənin dırnaqarası "keyfiyyətli mineral ehtiyatlar" ixrac edən ölkəsinə çevirmişdir.

Belə ki, Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan torpağına aid Ermənistan ərazisində də mineral ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edir. Söz yox ki, istismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq, Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu. Çünki Avropa Birliyinin qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və bu kimi hallar aşkarlandığı müddətdə ticarət sanksiyaları tətbiq edilir. Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib. Bu yataqların işlənməsində iştirak edən Sterlite Gold Ltd, Sirkap Armenian, Base Metals, Manex and Valex və Armenian Copper Program kimi onlarla şirkətin əksəriyyəti xaricdəki erməni diasporası tərəfindən idarə edilib.

Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır".

N.Hacızadə əlavə edib ki, nəticə etibarı ilə ölkəmizin mədən, tikinti sənayesi və turizm potensialı üçün əlverişli iqtisadi mühitə malik Zəngilan rayonunda istismar edilən təbii sərvətlər ölkəmizin resurslarına qarşı faşist siyasətin nümunəsidir:

"Son 27 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində istifadəsi mümkün olmayan təbii sərvətlər, Ermənistanın kriminal fərdləri tərəfindən çıxarılaraq digər ölkələrə ixrac edilmişdir. Erməni cəmiyyətinə məlum olmalıdır ki, işğal altında olan torpaqlarda istismar olunan sərvətlərdən gələn gəlirlər, heç zaman monoetnik erməni milləti arasında bölüşdürülməyib. Yalnız öz şəxsi mənafeyinə xidmət edən fərdlərin qanunsuz şəxsi yığım, satış və sərvət toplaması hüquqi cəhətdən cinayət predmetidir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynacaqdır. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur. Belə ki, qızıl ixracı həyata keçirən dövlət şirkətinin ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaqdır".

Demokratikmusavat.com

Xəbər Lenti

45 yaşlı qadını koronavirusdan müalicə etdilər - Diabetdən öldü

ÜST Çinə gedir - COVID-19-un yaranma izlərini axtarmaq üçün

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - professordan AÇIQLAMA

Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil

Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı - Kinomuzun Əhmədinin faciəvi həyatı - FOTO

Fransa Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - XİN

"Ruhun şad olsun, ana, sən gedə bilməsən də biz Kəlbəcərə gedirik" - FOTO

İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin VİDEOgörüntüsü - FOTO

Rəsmi Pekin Hindistanın Çinə məxsus mobil tətbiqləri bloklamasından narahatdır

Əsgərin sevdiyi qızın anasına müraciəti - VİDEO

Finlandiyanın Baş naziri bu ölkədə koronavirusla bağlı vəziyyətin ciddi olduğunu bildirib

Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə - VİDEO

La Liqanın lideri David Silvanı itirdi

"27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi" - Cavid Qurbanov

Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib

Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək

Braziliyada ağır qəza: 32 nəfər öldü

"Bəyaz market"də, "SAZZ internet"in ofisində, "Avtoservis"də və digər obyektlərdə...

"Mançester Yunayted"də iki ciddi itki

"Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil" - Deputat

"AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasət nəticəsində azad edildi" - Deputat

2000 manatlıq sitrus meyvələri oğurlayan şəxslər saxlanıldılar

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsinin ilk buraxılışı Kəlbəcər aşıqlarına həsr olunub

Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq

“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib - FOTO

Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb

"Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi"

BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək

FİFA "The Best" mükafatına namizədləri açıqladı

Xilaskar Prezident

İbrahimoviç ən yaxşı futbolçu seçildi

Rektor etiraz etdi, İrəvanda keçiriləcək iclas və seçki ləğv olundu

Seyfdən tapança tapıldı - FOTO

SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqladı

Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb

Səfər Mehdiyev İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Türkiyə COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci sıradadır

Türkiyə klubu Prosineçkini istefaya göndərdi

Britaniyada daha 608 nəfər koronavirusdan öldü

İtaliyada rekord ölüm qeydə alındı

Məşhur rusiyalı aktyor koronavirusa yoluxub

Naxçıvanın statistik göstəriciləri açıqlandı

"Qarabağ" "Sivasspor"la oyuna ciddi itkilərlə yollandı

Ronaldu Messinin rekorduna şərik oldu

"Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq" - Xidmət rəisi

"Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq" - Deputat

Azərbaycan tibb elminə ağır itki üz verib

Ermənistana bir gündə İKİ GÖZ DAĞI: "O dünyada səni Monte qarşılayacaq və soruşacaq ki, sən erməni tarixinin sonuncu səhifəsini çevirən həmin eşşəksən?"

Dağ Yəhudiləri Azərbaycan xalqı ilə bağlı çağırış etdilər

Qarabağda sülhməramlıların sayı artırılıb? - Rəsmi cavab

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Koronavirusla bağlı doğru proqnoz verən ekstrasens virusun bitəcəyi tarixi açıqladı

Vətənin keşiyində olan topçu hərbçinin qızı dünyaya gəlib - VİDEO - FOTO

Özünüməşğulluq proqramı Kəlbəcərdə - FOTO

"Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib" - Səfir

Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü - VİDEO - FOTO

"İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi" - Deputat

Bonk vəfat etdi

"Borussiya"nın forvardı ÇL-də yeni rekorda imza atdı

“Qafqazda yeni bir dövr başlayır” - Ərdoğanın sözçüsü

Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL

Çavuşoğludan "Qardaş Ermənistan" ifadəsini səsləndirən deputata SƏRT CAVAB

Bakıda velosiped yolları və tramvay xətti ilə bağlı RƏSİ AÇIQLAMA

"Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı" - Kəlbəcər sakini - VİDEO

Yağış və qar yağacaq - HAVA PROQNOZU

Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir - FOTO

Xalq artisti Şabranda dəfn olunacaq

Xanım nazir uşaqların GÜDAZINA GETDİ

Bakı üzrə parklanma ilə bağlı baş plan hazırlanacaq

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Azərbaycan Prezidenti: "Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb, indi Şuşada su yoxdur"

Əsir hərbçilərimizlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edildi

Türkiyənin ilk yerli peyvəndi buraxıldı

Bayden administrasiya heyətinin bir qismini açıqladı

Bakıda gənc oğlan bibisini evində öldürdü - İş məhkəməyə göndərilib

Prezident İlham Əliyev: "Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi"

Vilyam Hacıyev koronavirusa yoluxdu

İtaliya ilə enerji sektorunda investisiya imkanları müzakirə olunub - FOTO

Onlarla vəkil koronavirusa yoluxub - Kollegiya sədri açıqladı

Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon

Postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edildi

"Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu" - Spiker

“O, məni həyata qaytardı” - General Hikmət Həsənov

"Brent" neftinin qiyməti 48 dolları ötüb

Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı

Karantin ilə bağlı vətəndaşlara saxta arayış verən şirkət rəhbərinin məhkəməsi başlayır

Bakıda Uşaq Musiqi Məktəbinin direktoru yarım milyon manatlıq İTTİHAM

“Liverpul” “Atalanta”ya, “Real” “İnter”ə qarşı

Kəlbəcərin təhsil statistikası açıqlandı

Təbii qaz yenidən ucuzlaşıb

Ukrayna hökuməti ölkədə təcridetmə tətbiq edə bilər

Ordumuz Kəlbəcərə bu 2 istiqamətdən daxil olub - FOTO

Gürcüstan da onlayn təhsilə keçir

Avropa Komissiyası koronavirusa qarşı peyvənd sifarişi üzrə altıncı müqavilə imzalayıb

Hər kəsin narahat olduğu əsgər sağ tapıldı - VİDEO

Qazaxıstanda koronavirusa daha 720 nəfər yoluxub

Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs alan ilk namizəddir

Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq

Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı

"Fransa Senatı erməni lobbisinin əlində oyuncağa çevrilib"

Cəsur əsgərimizin Şuşadan sizə salamı var - VİDEO - FOTO

Bakıda evdə yanğın olub

"Gürcüstanda koronavirusun yayılmasının pik həddi yaşanır"

İtaliya Avropada Milad bayramı günlərində xizək tətilinin qadağan olunmasını istəyir

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb

COVID-19: Fransada su samuru fermasında koronavirus aşkarlanıb

Avstraliya ordusunun 9 hərbçisi İNTİHAR ETDİ

Pandemiya latviyalıların 44 faizinin və bütün Aİ ölkələrinin əhalisinin isə 39 faizinin gəlirlərinə təsir edib

"Sevilya", "Çelsi", "Barselona" və "Yuventus" 1/8 finalda! - ÇEMPİONLAR LİQASI

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

150-ə yaxın erməni əsgər və zabitini məhv edən Şəhriyar Quliyev kimdir? - VİDEO

Cənubi Koreya paytaxtında karantin rejimi yenidən sərtləşdirilib

Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir

Günün qoroskopu: yarımçıq işi tamamlayın