AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı"

  13

26 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi" haqqında saziş - tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş sənəd imzalanıb.Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı, iqtisadi böhrandan da çıxarılması üçün öz ideyalarını həyata keçirməyə başladı.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, bu müqavilənin bağlanması ilə müstəqil dövlətimizin neft strategiyası və doktirinasının əsası qoyuldu:

"Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. 20 sentyabr günü eyni zamanda ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.

Müqavilənin hazırlanmasının ilk günlərindən o vaxtlar ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin üzvü İlham Əliyev danışıqlar prosesinə cəlb olundu, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Cənab İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur - "Bizim məqsədimiz təkcə neft hasil etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətin həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

Onun sözlərinə görə, "Əsrin müqaviləsi" nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı:

"Birinci növbədə, 1995-ci ildə ilkin neft hasilatı çərçivəsində Çıraq-1 özülü dünya standartlarına uyğun olaraq bərpa edildi. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1997-ci ildə simal istiqamətində Bakı-Novorossiysk neft kəməri bərpa və inşa edildi. 1999-cu ildə Qərb istiqamətində Bakı-Supsa neft boru kəməri istifadəyə verildi. 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açlış mərasimi keçirilmişdi. Bu kəmərin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin genişləndirilməsinə təkan vermiş, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə şərait yaratmışdır. Daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir.

Neft və qazdan əldə olunan gəlirlərin bir hissəsi nəqliyyat sektoruna yönəlmişdir. Bu da Azərbaycanın bu bölgədə, Avrasiya məkanında çox strateji nəqliyyat mərkəzinə çevirilməsinə şərait yaratdı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması əldə olunan uğurlardandır.

"Əsrin müqaviləsi" Azərbaycana aşağıda göstərilənləri əldə etməyə imkan yaratdı:

1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı.

Müqavilə uzunmüddətli yatrımlar tələb etdiyi üçün xarici şirkətlər və onların təmsil etdiyi dövlətlər stabil investisiya mühütinin qorunmasında maraqlı idilər.

Bütün aparıcı beynəlxalq sərmayədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi.

Bu müqavilə yenidən Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirdi.

Müqavilə maliyyə baxımından da Azərbaycan üçün sərfəlidir. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı.

Müqavilənin şərtləri imkan verir ki, Azərbaycan bu layihədə iştirak edən xarici şirkətlərdən daha çox gəlir əldə etsin. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər yerli kadrlara neft mühəndisliyi sahəsində son dərəcə yeni, təkmil, qabaqcıl biliklər və təcrübə verdi.

"Əsrin müqaviləsi" ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. "Əsrin müqaviləsi"nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdi: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş ölkələri, onların ən böyük şirkətləri arasında əlaqələr yaratdıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdıq".

R.Əliyev qeyd edib ki, bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək saziş imzalanmasına yol açdı:

"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nefr strategiyası uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır.

2017-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilmiş və yanidən tərtib olunmuş Sazişin imzalanma mərasimi keçirilmişdir.

"Əsrin müqaviləsi" nin müddəti 2050-ci ilə kimi uzadılmışdır. Bu çox böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycanın gələcək inkişafı üçün, maliyyə imkanlarının genişlənməsi nöqteyi-nəzərindən bu Sazişin çox böyük əhəmiyyəti vardır. Müqavilənin müddətinin uzadılması onu göstərir ki, xarici dövlətlər və şirkətlər Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu bir daha sübut edir ki Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür.

29 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə daha bir mühüm layihənin - "Cənub Qaz Dəhlizi"nin açılış mərasimi keçirilmişdir. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulmuşdur və qoyulacaqdır. "Əsrin müqaviləsi" Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, "Cənub Qaz Dəhlizi" XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizin beynəlxalq nüfuzunu artırır, ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirir. Bu layihələrin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihələrin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

"Əsrin müqaviləsi" nin 26 illiyi və 20 sentyabr Neftçilər Günü münasibəti ilə Azərbaycan neftçilərini təbrik edir, onlara çətin, eyni zamanda, çox şərəfli vəzifələrinin yerinə yetirilməsində yeni-yeni uğurlar arzu edirəm".

Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: riskli məşğuliyyət üçün deyil

Qubadlı şəhəri və Zəngilan, Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad olunub - Prezident İlham Əliyev açıqladı

Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!

Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək

Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz

Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!

Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir

Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil

Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib

Türkiyə Ordusunun arsenalına "P-72" hərbi təyyarələri daxil olur

Vladimir Yevseyevin "İsgəndər" raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə bir təhrikdir - Deputat

Prezident "Fox News"a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib - FOTO

Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi

Fransada koronavirusa gündəlik yoluxma sayı 45 min 422-yə çatıb

İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib

Uşaqları hərbi əməliyyatlara cəlb edən Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir

"Möhtəşəm oyun nümayiş etdirdik"

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Benzema 250-ə çatdı

ADA Universitetindən yeni təşəbbüs: "ADA Tarix Yazır"

Klopp "Liverpul"dan ayrılmağa hazırlaşır

Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu ötüb

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - VİDEO

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib

Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov

Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri - VİDEO

“Qarabağ” “Zirə” ilə bərabərə qaldı

Dağlıq Qarabağda erməni terrorçusu məhv edildi

"İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım" - Qurban Qurbanov

Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi - FOTO

Qırğızıstanda COVID-19-a daha 606 nəfər yoluxub

"Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir"

Prezident İlham Əliyev Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb

Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv etdi

Türkiyə Yazıçılar Birliyi: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"

"Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır"

Düşmənin atəş nöqtələri məhv edilir - Müdafiə Nazirliyindən daha bir VİDEO

Türkiyədə konsert ver Mətanət İskəndərlini biabır etdilər - FOTO

"Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur"

"Klub və futbolçular məni istəməsə, razılığa gəlmək olar"

Kopenhagendə Gəncə terroruna etiraz - FOTO

"Əvvəl onu millidən də silmişdilər, ancaq indi..." - Ayxan Abbasov

Ermənistanın Gəncə terroru - VİDEOREPORTAJ

Ronaldunun koronavirus testi yenə müsbət çıxdı

946 yeni yoluxma, 7 nəfər vəfat edib

Aynur Dadaşova bacısını itirdi

"Real" Poçettino ilə danışıqlar aparır

Tarixi 17-ci əsrə dayanan qorxunc xəstəlik - Dəridən sallanan rəngli liflərin sirri - FOTO

“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu

"Makkabi"nin futbolçusu "Qarabağ"la oyundan danışdı

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin

Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır - FOTO

Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib

"İti qovan" söz birləşməsi necə yarandı?

İranda daha 296 nəfər koronavirusdan öldü

Bakıda 554 küçə dezinfeksiya edildi - FOTO

"Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb" - Ekspert

Azərbaycan Ordusu tarix yazmaqda davam edir - VİDEO

Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır - FOTO - VİDEO

Məşhur aktyordan Azərbaycana dəstək

Qətərin “Əl-Meera” marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina edib

Azərbaycanla Baltikyanı ölkələr arasında vaxt fərqi iki saat oldu

"Mançester Yunayted" 48 il sonra antirekordunu yenilədi

Qalmaqallı “Anderson” kafesinin adı “Xankəndi kafesi" kimi dəyişdirildi - FOTO

"Bavariya"da ciddi itki - 2 ay oynamayacaq

Qubadlı rayonunun işğaldan azad olunan kəndləri - VİDEO

Ermənistanın döyüşə uşaqları cəlb etməsi ilə bağlı UNİCEF-ə müraciət

"Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır" - Hikmət Hacıyev

Ermənistan Goranboyun Meşəli kəndini hədəfə alıb

Xərçəng xəstəsi olan uşaqlara dəstək üçün oturacaqlara 15 min oyuncaq düzüldü - FOTO

ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir

Levandovskidən Bundesliqa rekordu

Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdilər - FOTO

Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur

“Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım...” - FOTO

"Real" 3 il sonra ilk dəfə...

Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR

""Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

İranlı general: "Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə sevinirik"

Xarici muzdlular erməni işğalçılarla yan-yana - FOTO

Koreyada quş qripi aşkarlandı

Təhsil mərkəzində terror: 30 ölü, 60 yaralı

Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb

Kliçko koronavirusa yoluxdu

Ankaradan Qahirəyə sərt reaksiya: "Misirin vəzifəsi terrora xidmət etmək deyil"

Rusiyada 16 mindən çox yeni yoluxma, koronavirusdan ölənlərin sayı 26 mini ötüb

Həftənin ilk iş günü hava necə olacaq? - Proqnoz

Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir - FOTO

13 yaşlı Arturla vida mərasimi keçirilir - FOTO

"13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür"

Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Ermənistanda daha 2314 nəfər yoluxdu

Baş Prokurorluq ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq etdi - VİDEO

“Sumqayıt” “Sabah”a, “Qarabağ” “Zirə”yə qarşı

ABŞ vitse-prezidentinin müşaviri koronavirusa yoluxdu

Kaliforniyada Gəncə terroruna etiraz - FOTO

“Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO

Prezident İlham Əliyev: "Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur"

"Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır" - Hikmət Hacıyev

Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı

Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub

Kolumbiyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: "Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq"

İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yaydı

Azərbaycan Prezidenti: "İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu"

“Bayrağımız bütün işğal olunmuş torpaqlarda dalğalanacaq” - Müdafiə Nazirliyindən yeni VİDEO

Bakıda COVID-19-a ən çox yoluxma bu rayondadır

Makqreqor Həbibi təbrik etdi - FOTO

Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olundu - FOTO

Slovakiya Parlamentinin spikeri yol qəzasına düşdü, ağır yaralandı

MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! - FOTO

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTO

Rusiyada məşhur deputat güllələndi

Şimali Kiprdə Qarabağa dəstək mitinqi - FOTO

"Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir" - Yalçın Topçu

Samsung-un sədri vəfat edib

Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb

Moskvada koronavirusdan daha 68 nəfər ölüb

ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib

Ermənistanın ehtiyatdan çağırılmış hərbi vəzifəliləri MƏHV EDİLDİ

"Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib

Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI

Qoşunlarımız müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib

Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini bildirib

Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib

Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu

Fati El-klasiko-da yeni rekorda imza atdı

Levandovskidən Bundesliqada yeni rekord

Avropa İttifaqında dövlət borcu ən az olan ölkə

"Borussiya" 3, "Bavariya" 5 cavabsız qola sevindi

"Qələbə gününün yaxınlaşmasına koronavirusla mübarizə ilə də töhfə verə bilərik"

Çempiondan darmadağın, "Qalatasaray"dan çətin qələbə

Bəzi inkişaf etməkdə olan ölkələrdə qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam edir

"Ayaks"dan tarixi qələbə - 13:0