AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqladı

  15

Hələ bir müddət əvvəl McKinsey şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanmışdır və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək.

Demokratikmusavat.com bildirir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev rəsmi mətbuata açıqlamasında deyib.

R.Abdullayevin sözlərinə görə, strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq-enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur:

"Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir.

"2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir. Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaq. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək, biznesimizin dayanıqlılığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik.

Respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir. Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq. İnanırıq ki, "SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası" bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Azərbaycanın qlobal brendi olan SOCAR artıq aparıcı enerji şirkətləri ilə bir sırada dayanır. Odur ki, Sənaye 4.0 çağırışları istiqamətində aparılan islahatların davam etdirilməsi və intensivləşdirilməsi zərurəti bu gün daha aktualdır. Rəqəmsal texnologiyalar iri müəssisələrdə fəaliyyətin optimallaşması üçün imkanları genişləndirir, iqtisadi səmərəliliyi, ekoloji effektivliyi və əməyin təhlükəsizliyini dəfələrlə artırır. Son illər ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində SOCAR-ın əldə etdiyi nailiyyətlər ilk növbədə onunla əlaqədardır ki, biz enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edərək zamanla ayaqlaşmağa çalışmış və buna nail olmağı bacarmışıq. Qarşıda duran vəzifələrin icrası istiqamətində fəaliyyətini məhz bu kriteriyalar əsasında həyata keçirən SOCAR nəzərəçarpacaq irəliləyişlərə imza atıb və uğurlu strateji həmlələrini davam etdirir. Türkiyədəki ən mühüm aktivlərimizdən olan "PETKİM" holdinqi dünyanın aparıcı rəqəmsal şirkətlər arasında özünə layiqli yer tutaraq, rəqəmsal sistemin tətbiqli vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) "Global Lighthouse Network"una seçildi. "PETKİM" 2018-ci ildə təsis edilən və "gələcəyin fabrikləri" kimi qəbul olunan 44 üzvdən ibarət "Global Lighthouse Network"ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.

Son illərdə istismara başlamış yeni tipli müəssisəslərimizdə - "SOCAR-Polymer" kompleksinin polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən yüksək texnologiyalı zavodlarında, Türkiyədə "STAR" neft emalı zavodunda, Sumqayıt kimya-sənaye parkı layihəsi çərçivəsində istifadəyə verilmiş Karbamid zavodunda ən qabaqcıl texnologiyalardan, xüsusilə də rəqəmsal texnologiyalardan istifadə olunur.

Bu gün SOCAR planauyğun şəkildə yataqların kəşfiyyatından, karbohidrogenlərin nəqlindən tutmuş son emal prosesinə qədər bütün fəaliyyət sahələrində rəqəmsallaşdırma proqramını uğurla həyata keçirir. Xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr bu uğurların qazanılmasında mühüm rol oynamışdır. Əməkdaşlıq fəaliyyətlərimiz boyunca qiymətli təcrübə əldə edərək, qabaqcıl praktikanın mənimsənilməsi üzrə uzun bir yol keçmişik. SOCAR bu gün SAP UFAM əsasında "Rəqəmsal yataq" layihəsinə start verərək, neft və qazçıxarma əməliyyatlarını təkmilləşdirir. Bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək, müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək. Qeyd edək ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, Caspian Innovation Center (Xəzər İnnovasiya Mərkəzi), SAP Digital Business Services və OIS əməkdaşları tərəfindən mərhələli olaraq həyata keçirilir. İlk növbədə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub. Rəqəmsal platforma itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına, qərarvermənin dəstəklənməsinə, statik və dinamik məhdudiyyətlərin hesablanması üçün daimi fəaliyyətdə olan aktiv modelin yaradılmasına, bütün biznes obyektlərinin (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektləri və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunmasına və onların pasportlarının, son və cari iş parametrlərinin tərtib edilməsinə imkan verir".

Demokratikmusavat.com

Xəbər Lenti

Qubadlı şəhəri və Zəngilan, Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad olunub - Prezident İlham Əliyev açıqladı

Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!

Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək

Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz

Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!

Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir

Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil

Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib

Türkiyə Ordusunun arsenalına "P-72" hərbi təyyarələri daxil olur

Vladimir Yevseyevin "İsgəndər" raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə bir təhrikdir - Deputat

Prezident "Fox News"a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib - FOTO

Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi

Fransada koronavirusa gündəlik yoluxma sayı 45 min 422-yə çatıb

İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib

Uşaqları hərbi əməliyyatlara cəlb edən Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir

"Möhtəşəm oyun nümayiş etdirdik"

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Benzema 250-ə çatdı

ADA Universitetindən yeni təşəbbüs: "ADA Tarix Yazır"

Klopp "Liverpul"dan ayrılmağa hazırlaşır

Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu ötüb

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - VİDEO

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib

Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov

Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri - VİDEO

“Qarabağ” “Zirə” ilə bərabərə qaldı

Dağlıq Qarabağda erməni terrorçusu məhv edildi

"İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım" - Qurban Qurbanov

Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi - FOTO

Qırğızıstanda COVID-19-a daha 606 nəfər yoluxub

"Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir"

Prezident İlham Əliyev Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb

Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv etdi

Türkiyə Yazıçılar Birliyi: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"

"Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır"

Düşmənin atəş nöqtələri məhv edilir - Müdafiə Nazirliyindən daha bir VİDEO

Türkiyədə konsert ver Mətanət İskəndərlini biabır etdilər - FOTO

"Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur"

"Klub və futbolçular məni istəməsə, razılığa gəlmək olar"

Kopenhagendə Gəncə terroruna etiraz - FOTO

"Əvvəl onu millidən də silmişdilər, ancaq indi..." - Ayxan Abbasov

Ermənistanın Gəncə terroru - VİDEOREPORTAJ

Ronaldunun koronavirus testi yenə müsbət çıxdı

946 yeni yoluxma, 7 nəfər vəfat edib

Aynur Dadaşova bacısını itirdi

"Real" Poçettino ilə danışıqlar aparır

Tarixi 17-ci əsrə dayanan qorxunc xəstəlik - Dəridən sallanan rəngli liflərin sirri - FOTO

“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu

"Makkabi"nin futbolçusu "Qarabağ"la oyundan danışdı

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin

Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır - FOTO

Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib

"İti qovan" söz birləşməsi necə yarandı?

İranda daha 296 nəfər koronavirusdan öldü

Bakıda 554 küçə dezinfeksiya edildi - FOTO

"Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb" - Ekspert

Azərbaycan Ordusu tarix yazmaqda davam edir - VİDEO

Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır - FOTO - VİDEO

Məşhur aktyordan Azərbaycana dəstək

Qətərin “Əl-Meera” marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina edib

Azərbaycanla Baltikyanı ölkələr arasında vaxt fərqi iki saat oldu

"Mançester Yunayted" 48 il sonra antirekordunu yenilədi

Qalmaqallı “Anderson” kafesinin adı “Xankəndi kafesi" kimi dəyişdirildi - FOTO

"Bavariya"da ciddi itki - 2 ay oynamayacaq

Qubadlı rayonunun işğaldan azad olunan kəndləri - VİDEO

Ermənistanın döyüşə uşaqları cəlb etməsi ilə bağlı UNİCEF-ə müraciət

"Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır" - Hikmət Hacıyev

Ermənistan Goranboyun Meşəli kəndini hədəfə alıb

Xərçəng xəstəsi olan uşaqlara dəstək üçün oturacaqlara 15 min oyuncaq düzüldü - FOTO

ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir

Levandovskidən Bundesliqa rekordu

Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdilər - FOTO

Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur

“Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım...” - FOTO

"Real" 3 il sonra ilk dəfə...

Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR

""Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

İranlı general: "Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə sevinirik"

Xarici muzdlular erməni işğalçılarla yan-yana - FOTO

Koreyada quş qripi aşkarlandı

Təhsil mərkəzində terror: 30 ölü, 60 yaralı

Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb

Kliçko koronavirusa yoluxdu

Ankaradan Qahirəyə sərt reaksiya: "Misirin vəzifəsi terrora xidmət etmək deyil"

Rusiyada 16 mindən çox yeni yoluxma, koronavirusdan ölənlərin sayı 26 mini ötüb

Həftənin ilk iş günü hava necə olacaq? - Proqnoz

Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir - FOTO

13 yaşlı Arturla vida mərasimi keçirilir - FOTO

"13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür"

Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Ermənistanda daha 2314 nəfər yoluxdu

Baş Prokurorluq ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq etdi - VİDEO

“Sumqayıt” “Sabah”a, “Qarabağ” “Zirə”yə qarşı

ABŞ vitse-prezidentinin müşaviri koronavirusa yoluxdu

Kaliforniyada Gəncə terroruna etiraz - FOTO

“Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO

Prezident İlham Əliyev: "Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur"

"Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır" - Hikmət Hacıyev

Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı

Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub

Kolumbiyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: "Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq"

İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yaydı

Azərbaycan Prezidenti: "İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu"

“Bayrağımız bütün işğal olunmuş torpaqlarda dalğalanacaq” - Müdafiə Nazirliyindən yeni VİDEO

Bakıda COVID-19-a ən çox yoluxma bu rayondadır

Makqreqor Həbibi təbrik etdi - FOTO

Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olundu - FOTO

Slovakiya Parlamentinin spikeri yol qəzasına düşdü, ağır yaralandı

MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! - FOTO

Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTO

Rusiyada məşhur deputat güllələndi

Şimali Kiprdə Qarabağa dəstək mitinqi - FOTO

"Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir" - Yalçın Topçu

Samsung-un sədri vəfat edib

Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb

Moskvada koronavirusdan daha 68 nəfər ölüb

ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib

Ermənistanın ehtiyatdan çağırılmış hərbi vəzifəliləri MƏHV EDİLDİ

"Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib

Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI

Qoşunlarımız müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib

Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini bildirib

Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib

Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu

Fati El-klasiko-da yeni rekorda imza atdı

Levandovskidən Bundesliqada yeni rekord

Avropa İttifaqında dövlət borcu ən az olan ölkə

"Borussiya" 3, "Bavariya" 5 cavabsız qola sevindi

"Qələbə gününün yaxınlaşmasına koronavirusla mübarizə ilə də töhfə verə bilərik"

Çempiondan darmadağın, "Qalatasaray"dan çətin qələbə

Bəzi inkişaf etməkdə olan ölkələrdə qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam edir

"Ayaks"dan tarixi qələbə - 13:0

BMT-nin Baş katibi pandemiyanın təhsil sahəsi üçün fəsadları barədə xəbərdarlıq edib

"Real"dan inamlı qələbə - El-Klasiko-da

Günün qoroskopu: gəlir vəd edən işlərə başlayın