AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanla Türk Şurası arasında əməkdaşlıq müzakirə olunub - FOTO

  180

Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Demokratikmusavat.com-a verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən, təşkilat çərçivəsində iştirakçı ölkələrin sayının artımından, təşkilatın sonuncu zirvə görüşünün Bakıda uğurla həyata keçirilməsi və əldə olunmuş nəticələrdən, eləcə də Azərbaycanın Türk Şurası ilə əməkdaşlığından məmnunluqla danışıb. Türk Şurasının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı və beynəlxalq platformalarda təşkilatın statusu məsələsi qeyd olunub.

Nazir Türk Şurasının Azərbaycanın təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri, başda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, digər beynəlxalq təşkilatların qərarlarına əsaslanan prinsipial mövqeyini vurğulayaraq, bu xüsusda Baş katibə təşəkkürünü bildirib.

Bağdad Amreyev Azərbaycanın Türk Şurasında iştirakını və rolunu yüksək qiymətləndirib. Sonuncu Bakı Zirvə görüşünün təşkilatın fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olduğunu qeyd edən Baş katib, hazırda təşkilat çərçivəsində geniş spektrli məsələlər üzrə daha sıx əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsi istiqamətində addımların atıldığını bildirib. Azərbaycanı Türk Şurasına uğurlu sədrliyi ilə təbrik edən, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və pandemiya ilə mübarizəyə həsr olunan video-görüş formatlı zirvə görüşü, eləcə də digər istiqamətlər üzrə həyata keçirilən video görüşlərdən məmnunluqla bəhs edən Bağdad Amreyev, Azərbaycanın növbəti sədrliyədək təşkilata rəhbərliyi müvəffəqiyyətlə davam etdirəcəyindən əminlik ifadə edib.

Türk Şurasının Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman dəstəklədiyi qeyd olunub.

Görüş zamanı tərəflər, habelə Türk Şurası çərçivəsində geniş sahələr üzrə həyata keçirilən əməkdaşlıq gündəliyi üzrə, növbəti zirvə görüşünün təşkilinə dair, eləcə də təşkilatın gələcək inkişafı yolları ətrafında fikir mübadiləsi aparıblar.

Demokratikmusavat.com

Xəbər Lenti

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

Bağça müəllimi intiqam almaq üçün 25 uşağı zəhərlədi - FOTO

Gürcüstanda abortlar qadağan oluna bilər

"Hər iki komanda eyni potensiala sahibdir" - "Legiya"nın baş məşqçisi

“Şalke”nin yeni baş məşqçisi müəyyənləşib

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrini Tbilisidə qəbul etməyə hazırdır

Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır

Oktyabrın 1-də manatın dollara qarşı məzənnəsi

Kuman Messiyə təşəkkür etdi

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

Birinci kurs tələbələri üçün oktaybrın 1-dən ali məktəblərlə tanışlıq sessiyaları keçirilə bilər

Hazard zədələndi

İranda ötən sutkada 3,6 minə yaxın şəxs koronavirusa yoluxub

Bu yayın ən bahalı transferləri

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

Flikin istədiyi futbolçu “Atletiko”da

"Legiya"da itkilər var

Mingəçevir Dövlət Universitetinin təqaüdə ayrılmış müəllimi Gümayev Mirzə Həsən oğlu vəfat edib

Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası

AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi

Roma papası Pompeo ilə görüşdən imtina edib

Ruben Dias rəsmən "Mançester Siti"də

Baş Prokurorluq: Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb

Bakıda gənclər əhaliyə bayraq payladı - FOTO

Təhsil naziri: Valideynlərdə koronavirus aşkarlandığı halda, onlar öz uşaqlarını məktəbə göndərirlər

Emin Əmrullayev: Xüsusi təhsil siniflərində artıq əyani təhsilə qayıdılıb

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Azərbaycanda 420 məktəb öz fəalyyətini müvəqqəti məhdudlaşdırıb

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Ermənistan daha da cəsarətlənir

Hərbi xidmətə çağırılan vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə gəlirlər - Səfərbərlik Xidməti

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir

Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bəyanat

"Azərbaycan öz halal torpaqlarından imtina etməyəcək"

“Al Jazeera” cəbhə xəttindən daha bir reportaj yayımladı - VİDEO

İƏT Parlament İttifaqı Azərbaycanı dəstəklləyir