Rusiya-Azərbaycan münasibətləri, Ceyhun Bayramovun Moskvaya rəsmi səfərinin detalları "Hədəf"də təhlil edilib - FOTO

 

https://az.trend.az/azerbaijan/society/3289976.html

CƏMİYYƏT
26 Avqust 2020 22:51 (UTC+04:00)
Rusiya-Azərbaycan münasibətləri, Ceyhun Bayramovun Moskvaya rəsmi səfərinin detalları "Hədəf"də təhlil edilib (FOTO)
Bakı. Trend:

Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Azərbaycan-Rusiya münasibətləri, iki ölkənin yüksək vəzifəli şəxslərinin görüşü, aparılan danışıqlar müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, proqrama telefon vasitəsilə qoşulan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri və orada keçirdiyi görüşlər, müzakirə olunan məsələlər barədə məlumat verib. L.Abdullayeva deyib ki, nazir səfər çərçivəsində ilk növbədə Moskvadakı Naməlum Əsgər abidəsini ziyarət edib, abidəyə əklil qoyub, daha sonra rusiyalı həmkarı Sergey Lavrovla görüşüb: "Görüş ilk əvvəl protokola uyğun olaraq təkbətək, sonra hər iki tərəfdən nümayəndə heyətinin iştirakı ilə baş tutub. Görüşdən dərhal sonra nazirlər mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar". XİN rəsmisi bildirib ki, nazirlər ölkələr arasında strateji əhəmiyyət daşıyan bir sıra məsələləri müzakirə ediblər: "Təbii ki, nazirlərin görüşündə əsas müzakirə mövzularından biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub. Cənab nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də iki ölkə sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatını xüsusi qeyd edib. Nazir bildirib ki, Ermənistan hakimiyyəti verdiyi bəyanatlarla, atdığı təxtibatçı addımlarla son zamanlar bölgədə gərginliyin artmasında maraqlı olduğunu, bu halların da münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törətdiyini açıq şəkildə bildirib".

Verilişin qonaqları, Milli Məclisin deputatı Nəsib Məhəməliyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də Rusiya-Azərbaycan münasibətləri haqqında fikirlərini səsləndiriblər. Həmçinin, Azərbaycan XİN başçısının Rusiyaya rəsmi səfəri, orada verilən açıqlamalar ətrafında təhlillər aparıblar.

"Hədəf" verilişinə bütöv şəkildə "YouTube" kanalımızdan baxa bilərsiniz:

 

https://www.youtube.com/watch?v=RoENNY4iM_Q

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az

0.15476512908936