DİM test tapşırıqlarının izahını yaydı

 

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

DİM-dən Demokratikmusavat.com-a verilən məlumata görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində>"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Mİlli.Az

0.13126683235168