AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ermənistanın Bolqarlstandakı səfrliyinin yalanları ifşa olundu - FOTO

  117

Azərbaycanın Bolqarıstandakı səfirliyi işğalçı ölkənin Sofiyadakı səfirliyinin yanlış informasiyalara söykənən məlumatına ciddi arqumentlərlə cavab verib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Demokratikmusavat.com-a verilən xəbərə görə, Ermənistanın Bolqarıstandakı səfirliyi yaydığı məlumatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun tarixi-hüquqi aspektlərini təhrif edərək Bolqarıstan ictimaiyyətini yanlış məlumatlandırmağa təşəbbüs göstərib. İşğalçı dövlətin nümayəndəliyi məlumatında "tarixi" fərziyyələri, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı yalanları, mövzu xüsusunda beynəlxalq hüququn "tələbləri"ni və Ermənistan-Azərbaycan sərhədində törətdikləri təxribatla bağlı əsassız iddiaları sıralayıb.

Ermənistan səfirliyinin məkrli və böhtana söykənən təşəbbüsünə cavab olaraq Azərbaycanın Bolqarıstandakı Səfirliyi dərhal aidiyyəti bolqar KİV-ləri ilə əlaqə saxlayaraq Azərbaycan tərəfinin mövqeyinin işıqlandırılmasını tələb edib. Bu məqsədlə, aidiyyəti KİV-lərə rəsmi məktub ünvanlanıb, işğalçı dövlətin təmsilçisindən fərqli olaraq həm tarixi faktlara, həmdə hüquqi sənədlərə istinad olunmaqla, məlumatın məkrli niyyəti ifşa olunub. Səfirliyin mövqeyi Bolqarıstanın www.actualno.com, www.club.bg və www.novini247.com xəbər portallarının səhifələrində dərc olunub.

Azərbaycan səfirliyinin mövqeyində bildirilib ki, iyulun 12-də Ermənistanın silahlı birləşmələri iri çaplı silahlardan və artilleriyadan istifadə etməklə Azərbaycan ordusunun mövqelərinə hücum edib. Azərbaycanın sərhəd rayonlarındakı mülki əhalinin qəsdən hədəfə alınması nəticəsində mülki infrastruktura, o cümlədən yaşayış binalarına ciddi ziyan vurulub və sivil şəxslər arasında ölən və xəsarət alanlar olub. Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyətə, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoruna məlumat verib. Metsamor AES-lə bağlı şərhlər isə Ermənistan tərəfinin Azərbaycanın Mingəçevir su anbarını hərbi hədəf hesab etməsi barədə mediada yaydığı xəbərlərə cavab olaraq verilib. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri heç vaxt mülki şəxsi və ya infrastrukturu hədəfə almayıb və yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistanın silahlı hücumuna qarşılıq verib.

Qeyd olunub ki, Ermənistanın son təxribatı işğalçı dövlətin münaqişənin həllində maraqlı olmadığını sübut edib. Ermənistan silahlı qüvvələrinin Şahbuz və Culfa bölgəsində də təcavüzkar təşəbbüslərinə yer verilən mövqedə Tovuz bölgəsindəki provokasiyanın da "hərbi təhlili" diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin düşmən mövqelərinə UAZ avtomobili ilə hücum etdiyini iddia edir. Bu ağlasığmaz iddiadır ona görə ki, hücum etmək niyyəti olan Azərbaycan bunu bir UAZ avtomobili ilə deyil, məhz ordusunun arsenalındakı güclü və dağıdıcı vasitələrlə edə bilərdi.

"Böyük Ermənistan" ilə bağlı fərziyyələrə cavab olaraq vurğulanıb ki, e.ə. IX-VI əsrlərdə mövcud olmuş Urartu dövləti indiki Ermənistan kimi digər xalqlara qarşı soyqırımı və deportasiyalar nəticəsində formalaşdırılmış monoetnik bir dövlət olmayıb. Assur kralı I Salmannassarın kitabələrində "Uruadri ölkəsi"nin 8 ölkə və 51 şəhərdən, Tukulti-Ninurtanın dövrünə aid olan yazılarda isə 43 krallıqdan ibarət olduğu göstərilib. Yaxın tarixlə müqayisə etsək, 15 respublikadan ibarət olan SSRİ-ni nə qədər erməni dövləti hesab etmək olarsa, Urartu da o qədər erməni dövləti ola bilərdi. Ardınca diqqətə çatdırılıb ki, hayların-ermənilərin Balkanlardan Kiçik Asiyaya gəlişi e.ə. VIII əsrə təsadüf etdiyi halda e.ə. IX əsrdə yaranmış Urartu dövlətini onlar necə qura bilərdi?. Hayların Fraqiyadan Kiçik Asiyaya e.ə. VIII əsrdə gəldiyini məşhur erməni tədqiqatçısı Nikolay Adonç hələ 1912-ci ildə çap edilmiş kitabında yazıb.

Qarabağ adının mənşəyinə və Azərbaycan SSR daxilində DQMV-nin yaradılmasına ciddi arqumentlərlə diqqət çəkən Səfirlik DQMV-nin Qarabağ adlı coğrafi ərazinin bir hissəsində yerləşdiyini və ölkənin bu bölgəsinin adının iki Azərbaycan sözündən birləşməsindən yarandığını vurğulayıb. Bildirilib ki, tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, bundan sonra da belə qalacaq bölgə ermənilərin iddiasından fərqli olaraq Azərbaycana verilməyib, əksinə Azərbaycanın tərkibində saxlanılıb. Azərbaycan SSR daxilində DQMV-nin yaradılması qərarı, ermənilərin yalandan bildirdiyi kimi İ.Stalinin şəxsi mövqeyi deyil, iki azərbaycanlıdan, bir neçə ermənidən və başqalarından ibarət kollektiv bir qurum - Bolşevik partiyasının Qafqaz Bürosu tərəfindən qəbul olunub. Dağlıq Qarabağın Azərbaycan SSR daxilində muxtar bölgə statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunub. Muxtariyyətin isə bölgə əhalisinin tələblərinə zəmanət verən əsaslı hüquqları olub.

Ardınca münaqişənin hüquqi aspektlərinə diqqət yetirilərək qeyd olunub ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, ittifaq respublikaları arasındakı sərhədlər, SSRİ tərəfindən təsdiqləndikdə, yalnız müvafiq respublikaların qarşılıqlı razılığı ilə dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan SSR və Ermənistan SSR konstitusiyalarına da daxil edilib. Dağlıq Qarabağın Azərbaycandan Ermənistana verilməsi ilə bağlı 20 fevral 1988-ci il tarixli müraciətə cavab olaraq, 17 iyun və 18 iyun 1988-ci il tarixində Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Soveti onu qanunsuz hesab edib və rədd edib. Eyni zamanda xatırladılıb ki, oxşar yanaşma Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan müstəqil dövlətlərə münasibətdə Avropa dövlətlərinin siyasətində də aydın görünüb. Bu baxımdan, 1991-ci il 10 dekabr tarixində Avropa Şurası tərəfindən Sovet İttifaqında parçalanma prosesi haqqında qəbul olunmuş bəyannamədə xatırladılıb. Helsinki Yekun Aktının müddəalarına hörmət edilməsinin vacibliyini vurğulayan həmin bəyannamənin müddəalarına görə Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sülh və razılaşma yolu ilə dəyişdirilə bilər.

Mövqenin sonunda Ermənistanın öz müqəddəratını təyin etmək ilə bağlı istismarına cavab olaraq qeyd olunur ki, öz müqəddəratını təyinetmə iddiaları beynəlxalq hüququn, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiq etməyi qadağan edən imperativ normaların (jus cogens) pozulması ilə müşayiət edildikdə qeyri-mümkündür. Qeyri-qanuni güc tətbiq etməklə ərazi əldə etmək mümkün olmadığından, dövlətlər qanunsuz əldə edilmiş ərazi üzərində səlahiyyətin tanınmasına da hüquqi etimad göstərməməyə borcludur. Bu mövqe Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən açıq şəkildə ifadə edilib və dövlətlərin praktikasında ardıcıl olaraq izlənilib. Xarakterikdir ki, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrdə də həmin tələb gözlənilərək nəinki "öz müqəddəratını təyinetmə hüququ" xatırlanmayıb, əksinə Azərbaycana qarşı gücün tətbiq olunması və ərazilərimizin işğalı pislənib.

Demokratikmusavat.com

Xəbər Lenti

ÜST rəhbəri yeni təhlükəli xəstəliklərə qarşı mübarizəyə birgə hazırlaşmağa çağırıb

Babası iki yaşlı uşağı pəncərədən atmaqla HƏDƏLƏDİ - VİDEO

Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Günün qoroskopu: işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil

ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötdü

Bu gün 10 şagirddə koronavirus aşkarlanıb - Təhsil Nazirliyi - FOTO

Tramp BMT-nin Baş Assambleyasındakı çıxışında Çinə sərt mesajı olduğunu bildirir

Paşinyanın növbəti mifi - TƏHLİL

Pandemiya sınağı FOTOLARDA

"Qəbələ" türk məşqçi ilə yolları ayırdı

"20 yaşım olsaydı..." - İbrahimoviç

"Atletiko"nun daha bir futbolçusu koronavirusa yoluxdu

Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir - FOTO

Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq - Gürcü ekspert

Çempionlar Liqası, pley-off mərhələsinə hansı kanallardan baxaq? - TV afişa

Almaniya parlamentinə şübhəli paket daxil olub

İngiltərədə yeni məhdudiyyətlər tətbiq olundu - Koronavirusla bağlı

Neymar yapon futbolçunu təhqir edib

Elnur Məmmədli: “Qapalı zallar ona görə açılmır ki...”

“Qorxumdan oğlumu evə qoymurdum” - Mətanət

AFFA Rayseli cəzalandırdı, 5 klubu cərimələdi

Ombudsman 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına baş çəkib

Bakı metropolitenində sərnişin sayı azalıb

Belarus Rusiyaya uçuşları bərpa edir

"Qarabağ"la oyun ərzində 3-4 dəfə futbola nifrət etdim" - "Molde" rəsmisi

ABŞ-da son sutkada COVID-19-a 52 mindən çox yoluxma var

İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

Suaresdən İtaliya vətəndaşlığı almağa qanunsuz cəhd

“Toy müğənnisiyəm və bununla da fəxr edirəm” - VİDEO

İzləyicilər Sənubər İsgəndərlini tanımadılar - FOTO

Sahibkarlara müraciət edildi - İaşə sahələrində xidmətin təşkili ilə bağlı - FOTO

ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb

Vidal rəsmən "İnter"də

Bakıda vətəndaşı döyüb maşınını qaçırdılar

Dünya ictimaiyyəti işğal olunmuş Qarabağda erməni terrorunu dayandırmalıdır - Livanlı vəkil

"Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi"

“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı

Azərbaycana yük maşınında qanunsuz siqaret, dərman keçirmək istədilər

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək

"Ermənistan və Qarabağ çox təhlükəli siyasət yürüdür" - Vitali Balasanyan

DTX vətəndaşlara müraciət etdi - Ayıq-sayıq olun!

Roza Zərgərlidən açıq-saçıq FOTOSESSİYA

Dağlıq Qarabağda son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

Kavani "Atletiko"da?

Rusiyada qırıcı qəzaya düşdü

"Qarabağ"ın potensial rəqibində baş məşqçi dəyişikliyi

“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”

Şağan qəsəbəsində 212 saylı uşaq bağçasının yeni binası istifadəyə verilib Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Astarada turizm kompleksi istifadəyə verildi - FOTO

XİN-in sabiq idarə rəisi məhkəməyə gətirildi

Vüsalə Əlizadə: “Üzümə kiçik müdaxilələr etdim” - FOTO

Aygün Kazımovanın illər əvvəlki FOTOları

Ermənistan bütün bu təxribatların bir sonu olacağını anlamalıdır - Deputat

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

Deputat: "Təxribatlar Ermənistanın yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir"

6 ayda 241 cinayətin üstü açılıb

"Ailənizə hörmət edin, əsasən də kişi cinsindən olanlara"

"Bu mesaj İlham Əliyevin qlobal viziona sahib olan siyasi lider obrazının bütün cizgilərini ortaya qoyur"

Taksi sürücüləri hazırlıq keçəcəklər

Suriyada əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılması müzakirə olunub

Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim başlayıb - FOTO

Çingiz Mustafayevin mahnısı da plagiat çıxdı

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb

Ermənistanda 115 yeni yoluxma

"Son təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını aydın şəkildə göstərir"

Gürcüstanda son sutkada yoluxma ilə bağlı rekord göstərici

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər - FOTO

ASC: Qəbələdə suvarma ilə bağlı heç bir problem olmayacaq

“Atam azyaşlı qızı hamilə buraxdı, öləndə də getmədim yanına” - Nura Suri

Metroda polislərə hücum edənlərin işi məhkəməyə göndərildi

DİN "Pikap"avtomobillərin YPX postlarında saxlanılmasının səbəblərini açıqladı

"Qarabağa qayıdış uzaqda deyil..."

"Bəsdirin, sənət adamlarını xalq düşməni etmisiniz"

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

38 km yol yenidən qurulub - FOTO

Azərbaycan nefti yenidən ucuzlaşıb

Yevlaxda döyülərək şantaj edilən şəxs xəstəxanada ölüb - RƏSMİ

“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahibləri cərimələnəcəklər

Norveçin paytaxtında Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

BNA: Nasaz avtomobillər Bakı küçələrində tıxaclar yaradır - FOTO

XİN-in həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi

Xırdalanda su olmayacaq

Görünməz, natamam yol nişanları, silinmiş zolaqlar... - Qəza riskini artıran amillər

Argentinada rekord göstərici

Azərbaycanda koronavirusa görə bağlanan bazar açıldı

Dövlət vətəndaşlardan avtomobilləri nə vaxt yığa bilər?

Çempionlar Liqasında pley-offa start verilir

Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı

Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib

Neftin qiyməti artıb

Hindistan Baş naziri BMT-də islahatlar aparmağa çağırıb

Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub

ABŞ Nikolas Maduro və İran Müdafiə Nazirliyinə qarşı sanksiya tətbiq etdi

Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq

Doqquzuncu mərtəbədən yıxılan uşaq sağ qaldı

Suares “Barselona”nı tərk edir

"Mançester Siti"dən səfər qələbəsi

Bakıda ayıq sürücü qəza törədib - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb

Bakıda oğul atanı vəhşicəsinə döydü

Çin ABŞ-a məxsus şirkətlərin qara siyahısını hazırlayır

Braziliyada bir gündə 13,4 mindən çox insanda COVID-19 virusu aşkarlanıb

Bakıda gənc oğlanı avtomobil vurub

İbrahimoviç mövsümə dublla başladı