AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Saatlıdan Saatlıya

  116

Şuşanı mən şuşalılar qədər çox sevirəm. Lap çox sevirəm. Sevgimin bir səbəbi dağların baş tacı olan köksü yaralı yurduma qovuşmaq həsrətidir. Həsrətlilər daha çox sevgi hisslərinə malik olur axı. Digər sevgim isə Şuşada qanı qanımdan, canı canımdan olan əqrabalarımın olmasıdır.

- Əqrabalarımmı?
- Bəli, qohumlarım!
Bu necə olur, Qazax hara, Şuşa hara, - deyəcək insanlar da olacaq, əminəm.
İndi dərdlərinizi bir az da özünüzdən aralı tutun ki, yazacaqlarımı oxuyarkən sizləri çox yormayım.

Hə, əziz dostum!
Dağlar gözəli Şuşa şəhərinin yaranmasından düz 268 il vaxt keçir. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı məşhur Pənahəli xan tərəfindən qoyulub. Şəhər ilk vaxtlarda xanın şərəfinə Pənahabad adlandırılsa da, sonradan Şuşa adı ilə tanındı. Adın etmiologiyası haqqında bir çox tarixi və əfsanəvi məlumatlar vardır. Tər-təmiz türk sözüdür. Birinci mənası buzlu ərazisi, buludlu havası olduğu üçün "Şüşə" və ya şiş qayalıqlardan ibarət olduğu üçün "Şişə" adlandırılmışdır. Həm də məntiqlidir.
İlk başlanğıcda şəhər yerləşimə səmtinə görə iki hissəyə - Yuxarı məhəllə və Aşağı məhəllə adı ilə iki inzibati əraziyə bölünür.
Yuхarı məhəllədə 8 - Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Hamamqabağı, Merdinli, Təzə məhəllə və Dəmirçilər məhəllələri, Aşağı məhəllədə isə 9 - Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Qurdlar məhəllələri vardır.
Aman Tanrım, məhəllə adlarına baxın bir. Hamısı tər-təmiz türk toponimləridir.
Hə...
Bu məhəllələrin digər 16-sı ilə işim olmayacaq, onların haqqında paylaşım etməyi tarixçi dostlarımdan istərdim. Hərçənd ki, Dəmirçilər məhəlləsi haqqında da dəqiq bilgilərim vardır.
Əsas söhbət açacağım məhəllə isə SAATLI məhəlləsi haqqındadır...

Bu yerdə dəyərli oxucunu yormadan Şuşadan kiçicik bir ekskurs edərək Qazax mahalının Qıraq Salahlı kəndinə gedirəm. Yəni doğulub, boya-başa çatdığım kəndə. Yazılı tarixi haqqında məlumatlar 600 il öncəyə gedib çıxan qıpçaq yurdu olan, minillik keçmişdən gələn qədim Sak (Salak) tayfalarına məxsus qollardan təməl olmuş kəndimiz binə olduğu gündən Kür çayının düz sahilində yerləşib. Odur ki, əsrlər boyu çörəyi, suyu Dəli Kürdən çıxan Salahlılar da təbiət etibarilə elə Kürə oxşayaraq kür olmuşlar. Həm də böyüklüyünə görə qədimdən Qıraq Salahlı kəndinə "Min öylü Salahlı" deyilirmiş. SAATLI, Keşəli, Şəmmədli, Sədəfli, Qazaxlı məhəllələrindən ibarət olan kənd türk dünyasına, bəşəriyyətə yüzlərlə dahi sənətkar, şair, yazıçı, hərbçi, həkim, din xadimi, müəllim, musiqişünas, alim, ziyalı bəxş etmişdir. Bu dahi şəxsiyyətlərdən biri də mahalda ad-san çıxarmış, "hər oxuyan Molla Pənah olmaz" zərb məsəlinin sahibi-ünvanı Molla Pənah Vaqif olmuşdur. 40-41 yaşlarınadək Salahlının Saatlı məhəlləsində yaşayan Molla Pənah təxminən 1757-ci ildə yüzlərlə həmkəndlisi ilə birgə Qarabağa, daha doğrusu Qarabağın mərkəzi şəhəri olan Şuşa şəhərinə köçür.
Təbii ki, bu köç nə səbəbsiz, nə də könüllü deyildi. Belə ki, XVIII yüzilin ortalarından başlayaraq Qazax mahalının və qonşu Borçalı ellərinin ərazisində feodal üsul-idarələrinə qarşı münaqişələr baş qaldırmışdır. Kür çayı kimi kürlük edən salahlılar da yerli feodallara qarşı mübarizələr aparmış, münaqişələrdə qanlı toqquşmalara kimi gedilmiş və son anda yerli əhalinin bir hissəsi bu qarşıdurmadan can qurtarmaq üçün Pənahəli xanın yeni saldırdığı, mədəniyyət və təfəkkür mərkəzinə, ticarət bölgəsinə çevrilmiş Şuşa şəhərinə köçməyə qərar vermişdir...

Hələlik dəyərli oxucunu yormadan ekskursu buradaca bitirib Şuşaya - SAATLI məhəlləsinə qayıdıram.

Mərum atam İmrayıl müəllimin araşdırdığı tarixi bilgilərə söykənərək deyə bilərəm ki, Qıraq Salahlıdan köç edən əllidən çox ailənin böyük hissəsini kəndin Saatlı məhəlləsindən olan ailələr təşkil etmişdir. Bundan başqa, Qazağın digər kəndlərindən köç edən əhali də Şuşada Salahlıdan köç etmiş ailələrin qonşuluğunda məskunlaşırlar. Köç edən SAATLI məhəlləsinin ailələri içərisində Molla Pənah Vaqif də olduğu üçün şair bu yeni salınan məhəlləni "Kiçik Saatlı məhəlləsi" adlandırmışdır. Sonradan bu ad məna genişlənməsinə səbəb olaraq Şuşada salınmış yeni məhəlləyə - SAATLI MƏHƏLLƏSİnə çevrilir. Molla Pənah bu məhəllədə mədrəsə açmış və dərs demişdir. Digər məhəllələrdə olduğu kimi, qısa müddətdə Saatlı məhəlləsi üçün də hamam, məscid tikilmişdir.

Sonradan Molla Pənah Vaqif Şuşada ağlı, idrakı, elmi, savadı, qanacağı ilə ad-san çıxararaq Qarabağ xanının diqqətini cəlb etmiş və onu xanın sarayına dəvət edərək xanlığın Eşik ağası, yəni xarici siyasət vəziri təyin edirlər.

Sonralar, yəni XIX əsrin sonlarından başlayaraq Dəli Kürün yaz aylarında quduz it kimi qudurub daşmış ləpəli dalğaları sahildə yerləşən qədim Qıraq Salahlı kəndinin evlərini ağuşuna alaraq dəryalara qərq edirdi. Kənd düz üç dəfə Kürün hücumuna məruz qalmış və yerini yuxarılara doğru dəyişmişdir. Artıq 1930-cu illərdə Saatlı, Keşəli, Şəmmədli, Sədəfli, Qazaxlı məhəllələrinin ailələri dağılaraq Kür boyunca yeni salınan 3 kənddə - Yuxarı Salahlı, Orta Salahlı və Aşağı Salahlı kəndlərində məskunlaşdılar.

Lakin Qıraq Salahlının SAATLI məhəlləsindən Şuşaya köç etmiş ailələrin taleyi isə daha ağır oldu. Quduz erməni vəhşilərinin işğalı nəticəsində 1992-ci ilin 8 may tarixindən bəxtlərinə qaçqınlıq taleyi yazılmış şuşalı qardaş, bacılarımız kimi SAATLI məhəlləsinin sakinləri - qohumlarımız da öz yürd-yuvalarını tərk edərək 268 yaşlı Şuşanın 28 illik Şuşasız insanlarına çevriliblər...

Mən ona görə də Şuşanı şuşalılar qədər çox sevirəm. Çünki qanı qanımdan, canı canımdan olan əqrabalarım dağlar tacı Şuşadan didərgin düşüb.
Bəli, qohum-əqrabalarım...

İnanıram ki, ən yaxın zamanda Şuşanın 17 məhəlləsində əvvəlki həyat yenidən bərpa olacaq, mən də böyük şövqlə SAATLI məhəlləsinə gedərək Vaqif babamın ayaq basdığı torpağı yerdən götürüb gözümə sürtüb, vətən daşı qarşısında diz çöküb "Kəbəm" deyib səcdə edəcəm...

Yusif Alıyev (Avşar)
Demokratikmusavat.com

Xəbər Lenti

ÜST rəhbəri yeni təhlükəli xəstəliklərə qarşı mübarizəyə birgə hazırlaşmağa çağırıb

Babası iki yaşlı uşağı pəncərədən atmaqla HƏDƏLƏDİ - VİDEO

Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Günün qoroskopu: işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil

ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötdü

Bu gün 10 şagirddə koronavirus aşkarlanıb - Təhsil Nazirliyi - FOTO

Tramp BMT-nin Baş Assambleyasındakı çıxışında Çinə sərt mesajı olduğunu bildirir

Paşinyanın növbəti mifi - TƏHLİL

Pandemiya sınağı FOTOLARDA

"Qəbələ" türk məşqçi ilə yolları ayırdı

"20 yaşım olsaydı..." - İbrahimoviç

"Atletiko"nun daha bir futbolçusu koronavirusa yoluxdu

Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir - FOTO

Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq - Gürcü ekspert

Çempionlar Liqası, pley-off mərhələsinə hansı kanallardan baxaq? - TV afişa

Almaniya parlamentinə şübhəli paket daxil olub

İngiltərədə yeni məhdudiyyətlər tətbiq olundu - Koronavirusla bağlı

Neymar yapon futbolçunu təhqir edib

Elnur Məmmədli: “Qapalı zallar ona görə açılmır ki...”

“Qorxumdan oğlumu evə qoymurdum” - Mətanət

AFFA Rayseli cəzalandırdı, 5 klubu cərimələdi

Ombudsman 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına baş çəkib

Bakı metropolitenində sərnişin sayı azalıb

Belarus Rusiyaya uçuşları bərpa edir

"Qarabağ"la oyun ərzində 3-4 dəfə futbola nifrət etdim" - "Molde" rəsmisi

ABŞ-da son sutkada COVID-19-a 52 mindən çox yoluxma var

İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

Suaresdən İtaliya vətəndaşlığı almağa qanunsuz cəhd

“Toy müğənnisiyəm və bununla da fəxr edirəm” - VİDEO

İzləyicilər Sənubər İsgəndərlini tanımadılar - FOTO

Sahibkarlara müraciət edildi - İaşə sahələrində xidmətin təşkili ilə bağlı - FOTO

ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb

Vidal rəsmən "İnter"də

Bakıda vətəndaşı döyüb maşınını qaçırdılar

Dünya ictimaiyyəti işğal olunmuş Qarabağda erməni terrorunu dayandırmalıdır - Livanlı vəkil

"Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi"

“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı

Azərbaycana yük maşınında qanunsuz siqaret, dərman keçirmək istədilər

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək

"Ermənistan və Qarabağ çox təhlükəli siyasət yürüdür" - Vitali Balasanyan

DTX vətəndaşlara müraciət etdi - Ayıq-sayıq olun!

Roza Zərgərlidən açıq-saçıq FOTOSESSİYA

Dağlıq Qarabağda son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

Kavani "Atletiko"da?

Rusiyada qırıcı qəzaya düşdü

"Qarabağ"ın potensial rəqibində baş məşqçi dəyişikliyi

“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”

Şağan qəsəbəsində 212 saylı uşaq bağçasının yeni binası istifadəyə verilib Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Astarada turizm kompleksi istifadəyə verildi - FOTO

XİN-in sabiq idarə rəisi məhkəməyə gətirildi

Vüsalə Əlizadə: “Üzümə kiçik müdaxilələr etdim” - FOTO

Aygün Kazımovanın illər əvvəlki FOTOları

Ermənistan bütün bu təxribatların bir sonu olacağını anlamalıdır - Deputat

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

Deputat: "Təxribatlar Ermənistanın yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir"

6 ayda 241 cinayətin üstü açılıb

"Ailənizə hörmət edin, əsasən də kişi cinsindən olanlara"

"Bu mesaj İlham Əliyevin qlobal viziona sahib olan siyasi lider obrazının bütün cizgilərini ortaya qoyur"

Taksi sürücüləri hazırlıq keçəcəklər

Suriyada əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılması müzakirə olunub

Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim başlayıb - FOTO

Çingiz Mustafayevin mahnısı da plagiat çıxdı

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb

Ermənistanda 115 yeni yoluxma

"Son təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını aydın şəkildə göstərir"

Gürcüstanda son sutkada yoluxma ilə bağlı rekord göstərici

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər - FOTO

ASC: Qəbələdə suvarma ilə bağlı heç bir problem olmayacaq

“Atam azyaşlı qızı hamilə buraxdı, öləndə də getmədim yanına” - Nura Suri

Metroda polislərə hücum edənlərin işi məhkəməyə göndərildi

DİN "Pikap"avtomobillərin YPX postlarında saxlanılmasının səbəblərini açıqladı

"Qarabağa qayıdış uzaqda deyil..."

"Bəsdirin, sənət adamlarını xalq düşməni etmisiniz"

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

38 km yol yenidən qurulub - FOTO

Azərbaycan nefti yenidən ucuzlaşıb

Yevlaxda döyülərək şantaj edilən şəxs xəstəxanada ölüb - RƏSMİ

“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahibləri cərimələnəcəklər

Norveçin paytaxtında Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

BNA: Nasaz avtomobillər Bakı küçələrində tıxaclar yaradır - FOTO

XİN-in həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi

Xırdalanda su olmayacaq

Görünməz, natamam yol nişanları, silinmiş zolaqlar... - Qəza riskini artıran amillər

Argentinada rekord göstərici

Azərbaycanda koronavirusa görə bağlanan bazar açıldı

Dövlət vətəndaşlardan avtomobilləri nə vaxt yığa bilər?

Çempionlar Liqasında pley-offa start verilir

Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı

Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib

Neftin qiyməti artıb

Hindistan Baş naziri BMT-də islahatlar aparmağa çağırıb

Qazaxıstanda koronavirusa daha 67 nəfər yoluxub

ABŞ Nikolas Maduro və İran Müdafiə Nazirliyinə qarşı sanksiya tətbiq etdi

Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq

Doqquzuncu mərtəbədən yıxılan uşaq sağ qaldı

Suares “Barselona”nı tərk edir

"Mançester Siti"dən səfər qələbəsi

Bakıda ayıq sürücü qəza törədib - FOTO

Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb

Bakıda oğul atanı vəhşicəsinə döydü

Çin ABŞ-a məxsus şirkətlərin qara siyahısını hazırlayır

Braziliyada bir gündə 13,4 mindən çox insanda COVID-19 virusu aşkarlanıb

Bakıda gənc oğlanı avtomobil vurub

İbrahimoviç mövsümə dublla başladı