AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”

  112

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində dərc olunan "Monterey Herald" mətbu orqanında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun "Qonaq şərhi: Nifrət zəminində cinayətlərə yer yoxdur" adlı məqaləsi dərc edilib. Monterey və Lənkəran şəhərləri qardaşlaşmış şəhərlərdir.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, məqalədə 2020-ci ilin 21 iyul tarixində Los-Anceles şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun qarşısında keçirilən etiraz aksiyası zamanı azərbaycanlılara qarşı etnik zorakılığın törədilməsinin Kaliforniya ştatının müsbət imicinə xələl gətirməsindən bəhs olunur.

Kaliforniya ştatının asayişinə kölgə salan bu hadisə zamanı 3 minə yaxın erməninin azsaylı azərbaycanlı qrupa qarşı hücuma keçməsi, nəticədə yaralananların və xəstəxanaya yerləşdirilənlərin olması qeyd edilir. Yaralananlar arasında Los-Anceles polisinin nümayəndəsinin də olması bildirilir. Hazırda Los-Anceles polisinin hadisəylə bağlı nifrət zəminində cinayət araşdırmasına başlaması, Ermənistan və Azərbaycandakı ABŞ səfirliklərinin, Amerika Yəhudi Komitəsi də daxil olmaqla bir sıra aparıcı yəhudi təşkilatlarının bu zorakılığı pisləyən bəyanatlar verməsi qeyd olunur.

Səfir bu etiraz aksiyalarına Ermənistanın iyul ayında Azərbaycanla sərhəddə hücuma keçməsinin səbəb olduğunu bildirərək, təxribat nəticəsində 12 nəfərin həyatını itirdiyini, Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti olan enerji infrastruktur layihələrinə təhlükə yaranmasından bəhs edir. O bildirir ki, son qarşıdurma 30 ilə yaxındır ki, həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinin geniş Avrasiya regionunda sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu bir daha xatırladıb. Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə həyata keçirilən vasitəçilik səylərinə baxmayaraq, Azərbaycanın 20 faiz ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq, hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

Bir müddət Los-Ancelesdə Azərbaycanın ilk baş konsulu kimi xidmət göstərdiyini qeyd edən E.Süleymanov bu zorakılıq hadisəsini izləməyin xüsusilə ağrılı olduğunu və Kaliforniyanın müxtəliflik və qonaqpərvər ruhuna zidd olduğunu bildirir. O, bu ştatda yerləşən Monterey şəhərinin qardaşlaşmış Lənkəran şəhəri ilə sıx əməkdaşlığının olduğunu vurğulayır və Kaliforniyada çoxsaylı dostların hər zaman açıq düşüncəli olduğunu diqqətə çatdırır. Məhz bu səbəbdən etnik zorakılıq aksiyalarının baş verməsi və Los-Anceles polis departamentinin azərbaycanlı etirazçıları müdafiə edə bilməməsi gözlənilməz olub. Erməni amerikalıların bu nifrət zəminində cinayətlərə qarşı olduğuna ümid edən səfir onları da yəhudi amerikalı qruplara qoşularaq, azərbaycanlılara qarşı zorakılıq və təhdidləri pisləməyə çağırıb.

Kaliforniyada baş verən cinayətin Ermənistan və xaricdə yaşayan erməni icmasının uzunmüddətli ekstremist ideoloji təsirlər, siyasi zorakılıq və nasistlərlə əməkdaşlıq fonunda baş verdiyini qeyd edən səfir hələ 1980-ci illərdə türk diplomatlarının Los-Ancelesdə erməni terrorçuları tərəfindən qətlə yetirilməsini və Avropadakı bir sıra Azərbaycan səfirliklərinin hücuma məruz qalmasını xatırladır. Qonşularla mütəmadi münaqişələr və Azərbaycan torpaqlarını işğal altında saxlamaq bu ölkənin öz gələcəyini təhlükə altına qoyduğu kimi, erməni radikal siyasi qrupların fəaliyyəti də erməni əsilli amerikalılara ziyan vurur, Ermənistana isə nə sülh, nə də rifah vəd edir.

E.Süleymanov son aylarda ABŞ-da irqi ayrıseçkilik və bərabərliklə bağlı mövzuların ABŞ cəmiyyətinin diqqət mərkəzində olmasını, gərgin müzakirə və fikir ayrılığına səbəb olduğunu qeyd edərək, antisemitizm, islamafobiya və bütün bu kimi yanaşmaların insanlar üçün mənfi nəticələrə gətirib çıxardığını qeyd edir. Aydındır ki, nifrət zəminində olan cinayətlər yalnız konkret qurbanlara deyil, bütün cəmiyyətə təsir göstərir. Məhz buna görə də bütün kaliforniyalılar, o cümlədən azərbaycanlı və erməni icmaların bu məsələyə münasibət bildirməsi və öz seçilmiş nümayəndələrini nifrət zəminində cinayətləri rədd etmək və gələcəkdə bu kimi halların qarşısını almaq üçün ədalətli şəkildə cəzalandırılmasına çağırması vacibdir.

Məqalənin tam mətni ilə https://www.montereyherald.com/2020/08/12/guest-commentary-hate-crimes-have-no-place/ səhifəsindən tanış olmaq mümkündür.

Demokratikmusavat.com

Xəbər Lenti

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

Bağça müəllimi intiqam almaq üçün 25 uşağı zəhərlədi - FOTO

Gürcüstanda abortlar qadağan oluna bilər

"Hər iki komanda eyni potensiala sahibdir" - "Legiya"nın baş məşqçisi

“Şalke”nin yeni baş məşqçisi müəyyənləşib

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrini Tbilisidə qəbul etməyə hazırdır

Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır

Oktyabrın 1-də manatın dollara qarşı məzənnəsi

Kuman Messiyə təşəkkür etdi

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

Birinci kurs tələbələri üçün oktaybrın 1-dən ali məktəblərlə tanışlıq sessiyaları keçirilə bilər

Hazard zədələndi

İranda ötən sutkada 3,6 minə yaxın şəxs koronavirusa yoluxub

Bu yayın ən bahalı transferləri

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

Flikin istədiyi futbolçu “Atletiko”da

"Legiya"da itkilər var

Mingəçevir Dövlət Universitetinin təqaüdə ayrılmış müəllimi Gümayev Mirzə Həsən oğlu vəfat edib

Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası

AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi

Roma papası Pompeo ilə görüşdən imtina edib

Ruben Dias rəsmən "Mançester Siti"də

Baş Prokurorluq: Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb

Bakıda gənclər əhaliyə bayraq payladı - FOTO

Təhsil naziri: Valideynlərdə koronavirus aşkarlandığı halda, onlar öz uşaqlarını məktəbə göndərirlər

Emin Əmrullayev: Xüsusi təhsil siniflərində artıq əyani təhsilə qayıdılıb

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Azərbaycanda 420 məktəb öz fəalyyətini müvəqqəti məhdudlaşdırıb

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Ermənistan daha da cəsarətlənir

Hərbi xidmətə çağırılan vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə gəlirlər - Səfərbərlik Xidməti

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir

Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bəyanat

"Azərbaycan öz halal torpaqlarından imtina etməyəcək"

“Al Jazeera” cəbhə xəttindən daha bir reportaj yayımladı - VİDEO

İƏT Parlament İttifaqı Azərbaycanı dəstəklləyir

Arzu Nağıyev jurnalistlərə yaradılan şəraitə görə Milli Məclisin sədrinə təşəkkür edib

Aydın Quliyev: Prezident İlham Əliyevin izahları Ermənistanın yalan dayaqlara söykənən diplomatiyasına sarsıdıcı zərbə oldu

Jurnalisti canlı yayım zamanı güllələdilər

Vitse-spiker: "Ermənistanın əsas hədəfi mülki Azərbaycan əhalisidir"

Orxan Gəncəbay: "Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə tamamilə haqlıdır"

İstanbulu dolu vurdu - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər

Gürcü ekspert: "Bəzi kəndləri azad etməklə Azərbaycan ərazi bütövlüyünün bərpasına başladı"

Gürcü sərhədçiləri Dağlıq Qarabağa yardım göndərilməsinə imkan vermədilər

Jaləni erməni aparıcı kimi təqdim etdilər - FOTO

ABŞ-ın ATƏT-dəki səfiri: "Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqdir"

İranlı deputat: "Ermənistan işğal etdiyi Dağlıq Qarabağı tərk etməlidir"

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur - Ermənistanla bağlı qeyd-şərt qoyuldu

"Nar" qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

Səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının VİDEOgörüntüləri

Pont yunanları erməni terrorçularını dəstəklədilər

Tural Gəncəliyev: "Qarabağda yaşayan ermənilər Ordumuza, dövlətimizə sığınmalıdırlar" - VİDEO

Daha 7 şagirddə koronavirus aşkarlanıb

Hikmət Hacıyev: "BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən regionda sülhün bərqərar olması mümkünsüzdür"

“Anam qohumlarını təbrik edir, uşaq kimi sevinir”

Çavuşoğlu: "Sülh üçün Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır"

Erməniləri tərifləmək istəyirdi, biabır oldu - VİDEO

Spiker: "Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır"

Təhsil Nazirliyində vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılıb

Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VIDEO

Ermənilər qaçmaqla canını qurtarır, Qarabağ küçələri kimsəsizləşib

Paşinyan böyük qardaşının gözü önündə "döyüldü"

Slovakiya yenidən xüsusi vəziyyət rejiminə keçməyə hazırlaşır

Paşinyan özünü 12 dəqiqədə məhv etdi - FOTO

Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sistemində

Azərbaycan xalqı və siyasi partiyalar yekdilliklə Prezidentin yanındadır

Kontakt Home hərbi çağırışa gedən müştərlərin ödənişlərini dayandırdı

İsrailli yazıçı: "Döyüş əməliyyatları sırf Ermənistanın işğal etdiyi əzəli Azərbaycan ərazilərində aparılır"

UEFA-dan Ermənistandakı Avropa Liqası matçı ilə bağlı yeni qərar

Ermənilərin 7 mülki şəxsi yaraladığı yerdən FOTOlar

"Tottenhem" "Çelsi"ni mübarizədən kənarlaşdırdı

Dünyada koronavirusdan sağalanların sayı 25 milyonu keçdi - STATİSTİKA

Deputatlar bu gün 22 məsələni müzakirə edəcəklər

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib

Alkantara koronavirusa yoluxdu

"Tbilisi Bakını dəstəkləyir, bizdən inciməsin" - Ermənilər Gürcüstanı hədələdilər - FOTO

Gürcü ekspert: "Beynəlxalq ictimaiyyət Bakını tam dəstəkləyir"

Paytaxtda komendant saatı - FOTO

Yaponiyanın yeni Baş naziri oktyabr ayında ilk xarici səfərini edəcək

Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında işıqlandırılıb

12 milyard dollarlıq planın təsdiqlənməsini istəyir

"Disney" 28 min işçisini ixtisara salacaq

Messi "Barselona"dakı böhrana görə azarkeşlərindən üzr istəyib

Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirib

Ceyhun Bayramov Stef Blokla telefon danışığı aparıb

Bu il Türkiyəni 10 milyona yaxın turist ziyarət edib

Ekspertlər: COVID-19 vaksinindən ötrü 500 min köpəkbalığı öldürülə bilər

Ananın ÖLMÜŞ övladına etdiyi DƏHŞƏT SAÇDI - VİDEO

ÜST aşağı və orta gəlirli ölkələri 120 milyon sürətli test dəsti ilə təmin edəcək

Avtomobil sahibləri ehtiyatlı olun - Yeni fırıldaqçılıq növü geniş vüsət alıb - VİDEO

Koronavirus pandemiyası Avstriya iqtisadiyyatına İkinci Dünya müharibəsindən bəri ən ağır zərbəni vurub