AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Renat İngiltərə klubunun yenidən gündəmində

  96

"Vulverhempton"da çıxış edən millimizin üzvü Renat Dadaşov "Koventri Siti"nin yenidən gündəmindədir.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, bu barədə "Vavel" nəşri məlumat yayıb. Nəşri yazıb ki, İngiltərə Çempionşip təmsilçisi "Arsenal"ın gənc oyunçusu Ben Şifi transfer edə bilməsə, yenidən "Vulverhempton"dan Renat Dadaşov və Ouen Otasovini icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, Britaniya mətbuatı bundan əvvəl R.Dadaşovu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmamışdı.

Xatırladaq ki, R. Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Millimizin üzvü 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, mövsümün ikinci yarısında "Vulverhempton"un U-21 komandasında çıxış edib.

Demokratikmusavat.com