AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ata-bala koronavirusdan öldü - İkisi də həkim idi - FOTO

  77

Koronavirus testi pozitiv çıxan ata-bala bu virus səbəbindən ölüb.

Demokratikmusavat.com Nyu-York Post-a istinadla xəbər verir ki, dəhşətli olay ABŞ-ın Florida ştatında yaşanıb. Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan ata-bala bir neçə gün fərqlə bu virus səbəbindən ölüb.

89 yaşlı Dr. Jorge A. Vallejo və onun ortancıl oğlu, 57 yaşlı Dr. Carlos Francisco Vallejo koronavirusun qurbanı olub.

Miami Herald-ın məlumatına görə, onlar iyun ayında koronavirus səbəbindən ağır vəziyyətdə xəstəxanaya yatırılmışdılar.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə siyahıda birinci yerdədir. Bu ölkədə 5 milyon 300 mindən çox insanın koronavirus testinin nəticəsi müsbət çıxıb, 167 min insan Covid-19 səbəbi ilə dünyasını dəyişib.

Emin
Demokratikmusavat.com

Xəbər Lenti