AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Rusiyanın Səhiyyə naziri COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət bildirdi

  82

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi ilə bağlı xarici həmkarlarının səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, M.Muraşko bu gün keçirdiyi brifinqdə xarici həmkarlarının tənqidi fikirlərini tamamilə əsassız adlandırıb.

Rusiyalı nazir bir çox ölkələrin tədqiqatlar üçün bu və ya digər məcburi rejimlər tətbiq etdiyini xatırladıb.

Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı qərarın arxasında müəyyən klinik biliklər və məlumatların dayandığını vurğulayan M. Muraşko peyvəndin yaradıldığı platformanın yaxşı öyrənildiyini və təhlükəsiz olduğunu da qeyd edib.

"Daha əvvəllər bu platformadan sintez və digər preparatların istehsalı zamanı istifadə olunub", - Səhiyyə naziri bildirib.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.

Demokratikmusavat.com

Xəbər Lenti