AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı - Bir ailə...

  71

Yeni Zelandiyada 102 gün sonra yenidən koronavirusa yoluxma aşkarlanıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Baş nazir Yasinda Ardern bildirib.

Ölkənin ən qələbəlik şəhərlərindən biri olan Auklənddə yaşayan bir ailənin 4 üzvündə koronavirus aşkar edildiyini bildirən baş nazir həmin şəxslərin son zamanlarda xarici səyahətə çıxmadığını deyib.

Baş nazir şəhər miqyasında 3 günlük üçüncü dərəcəli fövqəladə vəziyyət elan edib. Bu da restoran və barların, ikinci dərəcəli mağazaların fəaliyyətinin dayandırılması deməkdir. Xalqa lazım olmadıqca küçəyə çıxmamaq və 10 nəfərdən artıq toplaşmamaq tapşırılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Yeni Zelandiyanı pandemiya ilə mübarizədə nümunə ölkələrdən biri adlandırır. (publika.az)

Demokratikmusavat.com

Xəbər Lenti