AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Almaniya su qıtlığından əziyyət çəkir

  69

Azərbaycan son zamanlarda su təchizatı ilə bağlı müvəqqəti çətinliklərlə üzləşən yeganə ölkə deyil. Aşağı Saksoniyanın federal əyalətində içməli suyun çatışmaması əyalət orqanlarını sakinləri su istehlakını minimuma endirməyə çağırmağa məcbur edib. Burada su qıtlığı təxminən 40 min nəfəri əhatə edib. Dünənədək regionda sudan istifadə üçdə bir dəfəyədək azalıb.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, yerli yanğınsöndürmə stansiyalarının ərazisində texniki suyun təsərrüfat ehtiyacları üçün istifadəsi təşkil edilib.

Ekspertlər bunu region sakinlərinin son zamanlar sudan daha çox istifadə etmələri səbəbindən anbarlardakı su ehtiyatının kifayət etməməsi ilə izah edirlər. Təbii ki, suya tələbatın kəskin şəkildə artması havaların çox isti keçməsi və koronavirusa qarşı tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Belə ki, adətən yay aylarında digər bölgələrə istirahətə gedən saksoniyalılar bu il yay tətilini evdə keçirməyə məcbur olublar. Bu da öz növbəsində, su istehlakının artmasına və anbarlardakı su ehtiyatının azalmasına gətirib çıxarıb.

Demokratikmusavat.com

Xəbər Lenti