AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Meksikada koronavirus böhranı nəticəsində 2,5 milyon məktəbli təhsili atmağa məcbur olub

  71

Meksikada koronavirus böhranı bu ölkənin təhsil sisteminə də təsir göstərib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, 2019/2020-ci tədris ilində koronavirus pandemiyası üzündən ibtidai məktəb şagirdlərinin təxminən 10 faizi (2,5 milyon) təhsili atıblar. Beləliklə, orta hesabla hər 10 şagirddən biri dərsə getmir.

Ölkədə 480.278 COVİD-19 koronavirusuna yoluxma və bu səbəbdən 52.298 ölüm halı qeydə alınıb. Nazirlikdən etiraf ediblər ki, pandemiya şəraitində şagirdlərin məktəblərə qaytarılmasına imkan yoxdur. Bununla əlaqədar, hökumət avqustun 24-dən etibarən dərs məşğələlərinin translyasiya edilməsi üçün özəl telekanallarla sazişlər bağlayıb. Bu təşəbbüs müəllimlər tərəfindən kəskin tənqidə məruz qalıb. Onların fikrincə, ölkənin ən yoxsul rayonlarında bu təşəbbüsün həyata keçirilməsi son dərəcə çətin olacaq.

Bütün səylər distant təlim strategiyasında cəmləşib. Lakin bu təşəbbüs gözlənilən nəticələri verməyib, çünki əksər regionlarda internetdən istifadə imkanı məhduddur və ya ümumiyyətlə belə imkan yoxdur.

Ali Təhsil nazirinin müavini Luçano Konkeyro Borkes deyib: "Heç kəsin geridə qalmaması üçün çox böyük səy göstərmək lazımdır. Təhsil almaqdan imtina edənlərin sayını azaltmağa çağırırlar. Biz əminik ki, rəqəmsal mədəniyyətə keçid yeni tipli əlaqələr, yeni tipli cəmiyyət qurmağa imkan verəcək".

Milli Şuranın 2018-ci il üçün sosial inkişaf siyasətinin qiymətləndirilməsi üzrə hesabatında göstərilir ki, Meksikadakı 226 mindən çox dövlət məktəbinin 2,2 faizində su təchizatı ümumiyyətlə yoxdur. Bundan əlavə, sanitar normalara riayət edilməsi üçün məktəblərin yalnız 66,4 faizində şərait var, məktəblərin yalnız 66,1 faizinə elektrik enerjisi verilir. İnternetdən istifadə imkanına gəldikdə isə, məktəblərin yalnız 22,7 faizinin belə imkanı var.

Demokratikmusavat.com

Xəbər Lenti