AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"

  102

"Bavariya"nın sabiq futbolçusu Lotar Matteus komandanın Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşılaşacağı  matçla bağlı fikirlərini bildirib.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, o, görüş öncəsi Münhen klubunun hücumçusu Robert Levandovskini fərqləndirib: "Messi dünyanın ən yaxşı oyunçusu olan varisi Robert Levandovski ilə qarşılaşacaq. Robert nəinki ən yaxşı hücumçu, eyni zamanda dünyanın ən yaxşısıdır.

Düzdür, "Barselona"da da Messi kimi futbolçu var. Onun kimi bir oyunçu meydanda fərq yarada bilər. Ancaq Messinin olması "Barselona" üçün kifayət deyil. Buna görə də narahat deyiləm".

Qeyd edək ki, "Barselona" və "Bavariya" arasında Lissabondakı görüş avqustun 14-ü keçiriləcək.

Demokratikmusavat.com

Xəbər Lenti