AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Zidan Edeqorla bağlı qərarını verdi

  101

"Real" "Real Sosyedad"da icarə əsasında çıxış edən futbolçusu Martin Edeqorla bağlı qərarını verib.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 21 yaşlı yarımmüdafiəçinin icarədən qayıtmasını tələb edib. Beləliklə, o, növbəti mövsümü Madrid klubunda keçirəcək.

Qeyd edək ki, Edeqor 2019/2020 mövsümündə icarə əsasında "Real Sosyedad"da oynayıb. Onun klubla icarə müqaviləsini daha il uzatmaq imkanı var idi.

Demokratikmusavat.com

Xəbər Lenti