AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Putin qızının COVID-19-a qarşı peyvənd olunduğunu açıqlayıb

  100

Rusiya Prezidenti Vladimir Putin qızının yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunduğunu açıqlayıb.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, bu barədə o, hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.

Qızlarından birinin COVID-19-a qarşı peyvənd olduğunu qeyd edən V. Putin vurğulayıb ki, birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə olub, növbəti gün isə 37-dən bir az çox olub.

Qeyd edək ki, bu gün Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvənd qeydiyyatdan keçib. Koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçdiyini Rusiya Prezidenti elan edib.

Demokratikmusavat.com

Xəbər Lenti