AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanda əsgərlər ilk dəfə belə and içdilər - FOTO

  125

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Demokratikmusavat.com-a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Demokratikmusavat.com xəbər verir ki, əsgərlər koronavirus təhlükəsi səbəbi ilə ilk dəfə tibbi maska taxmaqla and içiblər. Müdafiə Naziliyi valideynlərin mərasimdə iştirakına imkan verməyib. 

Demokratikmusavat.com