AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Lukaşenko: "Belarusda xaos olmayacaq"

  122

Prezident seçkilərindən sonra Belarus xaos və vətəndaş müharibəsinə sürüklənməyəcək.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, bunu bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

A. Lukaşenko deyib ki, bütün variantlar nəzərdən keçirilir: "Ancaq sabah ölkənin xaosa, qarşıdurmaya, vətəndaş müharibəsinə sürüklənəcəyi barədə danışmağın əsası yoxdur".

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, "Düzünü Danış" Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Demokratikmusavat.com