AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Köln” klubunun iki futbolçusu koronavirusa yoluxub

  127

Almaniyanın "Köln" klubunun iki futbolçusu koronavirusa yoluxub.

Demokratikmusavat.com apasport.az-a istinadən bildirir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, koronavirus testləri əsas komandanın iki üzvündə müsbət nəticə verib. Bundesliqa təmsilçisinin adları açıqlanmayan hər iki oyunçusu karantinə göndərilib.

Ehtiyat tədbiri olaraq klubun U-16-dan U-19-a qədər olan bütün komandalarının məşqlərini dayandırılıb. Çünki akademiyanın oyunçularından biri yoluxan futbolçularla təmasda olub.

Qeyd edək ki, Bundesliqada yeni mövsüm sentyabrın 18-19-da başlayacaq. "Köln" ilk turda "Hoffenhaym"la qarşılaşmalıdır.

Demokratikmusavat.com

Xəbər Lenti