AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

ABŞ kəşfiyyatı: “Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir”

  123

Rusiya, Çin və İran ABŞ prezidentliyi uğrunda seçkilərin nəticələrinə təsir göstərərək siyasi prosesə müdaxilə etmək istəyirlər.

Demokratikmusavat.com musavat.com-a istinadən bildirir ki, bu bəyanat ABŞ Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbəri Uilyam Evanina tərəfindən "Seçkilərlə bağlı amerikan xalqına yönəlik təhdidlər haqqında yeni məlumatlar" adlı hesabatında səsləndirilib.

Cənab Evanina xarici ölkələrin səsvermənin nəticələrini dəyişmək üçün "gizli və açıq təsir vasitələrinin" hamısından istifadə etdiyini bildirib.

Əks-kəşfiyyat rəhbərinin sözlərinə görə, Rusiya Donald Trampın ikinci müddətə Ağ Evdə qalmasını arzulayır, Çin, əksinə, buna mane olmaq istəyir. İran isə bütövlükdə ABŞ-ın demokratik institutlarına və şəxsən prezidentin özünə inamı zədələmək üçün çalışır.

Direktor Evanina adı çəkilən ölkələrin bu məqsədlə ABŞ-ın seçki infrastrukturunu pozmaq, səsvermə prosesinə müdaxilə etmək, vacib informasiyaları ələ keçirmək və səsvermənin nəticələrinin etibarlılığını şübhə altına almağa cəhd göstərəcəklərini vurğulayıb.

"The New York Times" qəzeti əks-kəşfiyyatdakı qaynaqlarına istinadən bu məsələdə ən çox Rusiyanın rəsmi Vaşinqton üçün ciddi təhlükə yaratdığını xəbər edib. Sənəddə Kremlin özünə düşmən hesab etdiyi ABŞ siyasətçilərini, xüsusilə Co Bayden və onun komandasını hədəf götürdüyü qeyd olunub.

Demokratikmusavat.com

Xəbər Lenti