AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Levandovski 4-cü oldu

  128

"Bayern Münich"in futbolçusu Robert Levandovski Çempionlar Liqasının ən yaxşı bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.

Demokratikmusavat.com goal.az-a istinadən xəbər verir ki, son olaraq dünən ÇL-in 1/8 finalında "Çelsi"yə qarşı matçda dubla imza atan polşalı hücumçu bu turnirdə vurduğu qolların sayını 66-ya yüksəldib. Bununla da, o, Kərim Benzemanı (Real Madrid, 65 qol) geridə qoyaraq 4-ü pillədə yer alıb.

Siyahıda Kriştianu Ronaldu (Yuventus, 130 qol) başçılıq edir. Lionel Messi (Barselona, 115) 2-ci, Raul Qonzales (Real-ın sabiq oyunçusu, 71) 3-cüdür.

Qeyd edək ki, Levandovski eyni zamanda bu mövsüm vurduğu qolların sayını 13-ə yüksəldib. O, daha 4 qol vursa bir mövsümə ən çox qol vuran Kriştianu Ronalduya (17 qol) çatacaq.

Demokratikmusavat.com