AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Lukaşenko səs verdi

  123

Xəbər verdiyimiz kimi, bu gün Belarusda prezident seçkiləri keçirilir.

"Qafqazinfo" "TASS"a istinadən bildirir ki, ölkənin hazırkı lideri Aleksandr Lukaşenko da səsvermədə iştirak edib.

Ənənəvi olaraq, o, Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən məntəqədə səs verib.

Seçki məntəqəsində Lukaşenko Seçki Komissiyasının üzvlərini salamlayıb və səsvermə prosesinin necə keçdiyindən xəbərdar olub.

Qeyd edək ki, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, "Həqiqəti söylə" İctimai Hərəkatının həmsədri Andrey Dmitriyev, parlamentin aşağı palatasının sabiq deputatı Anna Kanopatskaya, evdar qadın Svetlana Tixanovskaya və  "Qramada" Belarus Sosial Demokrat partiyasının sədri Sergey Çereçen ali posta iddia edirlər. Lukaşenko altıncı dəfə namizədliyini irəli sürür.

Demokratikmusavat.com