AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Alimlər hazırladıqları koronavirus peyvəndini öz üzərlərində sınaqdan keçirdilər

  122

Qazaxıstanda koronavirusa qarşı peyvənd hazırlayan yeddi alim onu öz üzərlərində sınaqdan keçirib.

TASS xəbər verir ki, alimlər özlərini yaxşı hiss edir və işlərinə davam edirlər.

Sentyabr ayında Qazaxıstan Səhiyyə Nazirliyindən icazə alındıqdan sonra COVID-19 anticismi olmayan 18-50 yaş arası 44 könüllü üzərində klinik sınaqların ilk mərhələsinin başlaması gözlənir.

Peyvənd edildikdən sonra onlar 42 gün ərzində nəzarətdə qalacaqlar. Əlavə olaraq, klinik sınaqların ikinci mərhələsinin oktyabr ayının ortalarında başlanması planlaşdırılır və bu mərhələ 2020-ci ilin dekabr ayında tamamlanmalıdır.

Peyvəndlərin klinik sınaqlarının müsbət nəticəsi olsa, Qazaxıstan vaksinlər istehsal edəcək. (oxu.az)

Demokratikmusavat.com