AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

İstanbulda avtobus qəzaya uğradı: 5 ölü, 26 yaralı - VİDEO

  122

Türkiyənin İstanbul şəhərinin Şimali Mərmərə magistralında sərnişin avtobusu qəzaya uğrayıb.

"Anadolu" agentliyi xəbər verir ki, hadisə zamanı avtobus yerüstü keçidin divarına çırpılıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

Qəzanın dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. (virtualaz.org)

Demokratikmusavat.com