AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Gürcüstanda 9 yeni yoluxma...

  123

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb. 

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1225 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 7068 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1000 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Demokratikmusavat.com