AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq"

  121

ABŞ hakimiyyəti noyabr ayının sonuna qədər Əfqanıstandakı kontingentin sayını azaltmaq niyyətindədir.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ-ın müdafiə naziri Mark Esper deyib.

M.Esper bildirib: "Noyabr ayının sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi saxlamaq niyyətindəyik. Biz ABŞ Konqresinə bunun necə göründüyünü izah etməliyik. İnanırıq ki, bütün əsas vəzifələri icra edə, ilk növbədə isə ABŞ-ın Əfqanıstandan çıxan terrorçular tərəfindən təhdid edilməməsini təmin edə bilərik. Biz bunu daha aza sayda hərbçi ilə edə bilərik. Biz bu istiqamətdə irəliləmək niyyətindəyik".

Onun sözlərinə görə, Əfqanıstandakı sülh prosesi ideal deyil, lakin yavaş-yavaş irəliləyir.

Demokratikmusavat.com