AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

KATİləşən siyasi sayıqlama: Bakıya cəza tələbi - GÜNÜN MÖVZUSU

  112

Çox qəribə və paradoksal dövr başlanıb. Koronavirus pandemiyası qlobal bəlaya çevrilməklə yanaşı, anlamsızlıq və irrasionalıq istənilən virusdan qorxulu hal almağa başlayıb.

Avropa Parlamentində üzvlərinin sayına görə ikinci ən böyük qrup olan "Sosial Demokratların Mütərəqqi Alyansı" (Progressive Alliance of Socialists and Democrats, S&D və ya PASD)  Azərbaycana qarşı cəzalar, yasaqlar, sanksiyalar tələb edir.

Avropa Sosialistlər Partiyasının siyasi fraksiyası olan bu struktur 2013-cü ildən bəri Qlobal Mütərəqqi Alyansın üzvüdür.

PASD Azərbaycana qarşı sanksiyalar istəyir və bu fraksiyanın sədr müavini olan evrodeputat Keti Piri Twitter-dəki akkauntunda yazıb: "Azərbaycanda insan haqları ilə bağlı çox ciddi vəziyyət olduğunu nəzərə alaraq Avropa Birliyini Azərbaycanın bu ölkədə siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı sərt repressiyalara görə məsul olan vəzifəli şəxslərinə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq".

PASD-ın açıqlamasında isə deyilir: "Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josef Borreldən AB miqyasında qəbul edilən insan haqları pozuntularına görə sanksiyalar tətbiq etmək təşəbbüsünü yubanmadan qaldırmağa, zorakılığa cavabdeh olan məmurlara sanksiya tətbiq etməyə çağırırıq".

Yəni Kati Pirinin yazdığına görə, Azərbaycan mütləq cəzalanmalıdır.

Onun açıqlamasını bəyənənlərin və şərh bölməsində fikirlərini yazanların arasında ermənilər az deyil. Nə yazıqlar ki, müxalifətçi, demokrat, siyasi fəal olduqlarını vurğulayan bir dəstə azərbaycanlı da ermənilərlə şərh-şərhə verərək Ketini virtual qaydada da olsa, ayaqüstü alqışlayıblar.

Marazmdır? Ola bilər.

Absurddur? İstisna deyil.

Kati Pirinin özü yetərincə "maraqlı" subyektdir. Macarıstanın Selldömölk şəhərində doğulmuş 41 yaşlı Pirinin ailəsi sonradan Hollandiyaya mühacirət edib.

Pedaqoq və beynəlxalq münasibətlər ekspreti diplomlu Keti Hollandiyada "Suda tərs üzən balıq" ləqəbi ilə məşhur olan siyasətçi Frans Timmermanın yetirməsidir.

F.Timmerman həddən artıq hiyləgər, çoxsimalı, mövqeyini sürətlə dəyişən, siyasi konyukturdan asılı olaraq ən yaxın tərəfdaşlarına asanlıqla xəyanət edən adam kimi tanınıb.

Məhz Timmermanın "dəstəyi" sayəsində Hollandiya Leyborist Partiyasının (Partij van de Arbeid, PvdA) mənsubu kimi 2006-2008-ci illərdə Avropa Parlamentində holland heyətinin "siyasi müşaviri" kimi fəaliyyət göstərmiş Piri sonradan PASD-a qatılıb.

2011-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistan üzrə məruzəçilər qrupuna da elə PASD-dan, Hollandiyadakı "Wiardi Beckman Stichting" siyasi tədqiqatlar mərkəzinin eksperti qismində keçib.

Və elə həmin il Hollandiya Çoxpartiyalı Demokratiya İnstiutunda (Nederlands Instituut voor Meerpartijendemocratie, NİM) Cənubi Qafqaz və Moldova üzrə proqram meneceri kimi işləməyə başlayıb.

2019-cu ildə PASD-ın sədri İratçe Qarsianın müavini seçilib.

Kati Pirinin necə siyasətçi, ekspert və s. olduğunu səciyyələndirmək üçün, sadəcə, iki fakta nəzər salaq.

2016-cı ilin iyun ayında, Türkiyədə silahlı dövlət çevrilişinə cəhddən sonra Piri Avropa İttifaqından Ankaraya qarşı ən sərt sanksiyaların tətbiq olunmasını istəmişdi.

Elə həmin ilin noyabrında o, Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi qismində Ankaraya yollanmaq istəyəndə Türkiyənin hakimiyyət mənsubları onunla görüşdən və danışıqlardan imtina etmişdilər.

Ötən ilin noyabrında isə o, Albaniya və Şimali Makedoniyanı "dəstəkləyərək" bu ölkələrə Avropa Şurasının vetosunu "tənqid etmişdi". Amma cəmi bir neçə gün sonra o, Albaniya ilə Şimali Makedoniyanı "yaramaz xarici siyasət"də, Çin, Türkiyə və Rusiya ilə "sıx, şübhəli əməkdaşlıq"da suçladı.

Və son olaraq o, Avropa Parlamentinin rəhbərliyini "siyasətçilərlə, media mənsubları və ekspertlərlə çox pis işləməkdə, onlara yetərincə pul ayırmamaq"da ittiham etmişdi.

Kati Pirinin belə paradoksal açıqlamaları onun Hollandiyada leyboristlərin seçiciləri arasında çılğın demaqoq, şüarçı adam kimi tanınmasına səbəb olub.

Avropa Parlamentindəki kuluarlarda isə Kati Pirinin çox çıxışları və bəyanatları qısa, konkret ifadə ilə səciyyələndirilir: "Debilizm".

Bu xanımın Azərbaycana qarşı mövqeyi bəllidir.

Azərbaycanda problemlərin olmadığını kimsə demir. Rüşvətxorluq da var, korrupsiya da, insan haqlarının bəzi hallarda pozulması da. Eynən Hollandiyada, Belçikada, Fransada, Polşada, İspaniyada, Almaniyada olduğu kimi.

Bəlkə Hollandiyada məhkəmə sistemində səhvlər və yanlışlıqlar yoxdur? Yoxsa Almaniyada küçələrdə sanksiyalaşdırılmamış nümayişlər, piketlər və ya yürüşlər zamanı polis aksiya iştirakçılarını döyümür, tutmur, saxlamır? Bəlkə Belçikada məmurun rüşvət alması nonsensdir?

Kati Parinin yaşadığı Hollandiyada elə bir həftə yoxdur ki, ölkə mediasında rüşvətxorluq, korrupsiya, insan haqlarının pozulması və s. ilə bağlı araşdırmalar, təhqiqatlar, xəbərlər yayılmasın.

Azərbaycandakı "siyasi məhbus"lara, "siyasi baxışlara görə repressiyalar"a gəldikdə isə...

Latın dilindəki "repressio", yəni "əzmək, yox etməyə çalışmaq" kəlməsindən yaranmış repressiya mövcud quruluşu hifz etmək üçün dövlət qurumlarının tətbiq etdikləri cəzalar, yasaqlar və s.-dir.

Kati Piri və onunla həmfikir olan bir sıra "ekspert-siyasətçi"lər buyururlar ki, Azərbaycanda "siyasi repressiya"lar var: onlar belə dedikdə, ölkədə iqtidarın müxalifətə təzyiqlərini və cəzalarını ehtiva edirlər.

Absurddur, çünki iqtidar heç zaman iqtidarsızı özünə rəqib sanmır və belə situasiya siyasətin ən təməl qanunları ilə kəskin ziddiyyət təşkil edərdi. Siyasi rəqabət çağdaş dünyada sərtləşib və əgər kimlərsə hələ də 1990-cı illərin küçə romantikası ilə yaşayırsa, "Azərbayanda koronavirusla bağlı vəziyyət nə qədər pis olarsa, bizə o qədər yaxşıdır" deyən Gültəkin Hacıyeva siqlətsizliyi və mənəviyyatsızlığı ilə davranırsa, bu, artıq siyasi yox, əxlaqi və mənəvi problemlərdir.

Azərbaycanda müxalifətin aqressivləşən, sərtləşən düşərgəsində təmsil olunanlar, xüsusilə də AXCP və "Milli Şura" fasiləsiz olaraq bəyan edirlər ki, onların ofisləri əllərindən alınıb, fəaliyyətlərinə imkan verilmir, üzvləri həbs olunur, aksiyalar keçirməyə qoymurlar və ilaxır.

Bu da sillogizmlər toplusudur.

Ölkədə qanunlar var: fərdin bəyənməsindən, rəğbətindən və ya qəzəbindən asılı olmayaraq o, qanuna əməl etməlidir. Qanundan bixəbərlik də kimsəni məsuliyyətdən azad etmir.

O cümlədən Azərbaycana düşmən kəsilmiş şəxslərlə "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə virtual məkanda şərhlər bölməsində həmfikir olmaq zehniyyətinin yaramazlığından da.

Kati Pirilər çox olub, var və şübhəsiz ki, olacaq.

Azərbaycan müstəqil ölkədir, müstəqil siyasət yürüdür və yolun kənarında ona nə isə ünvanlayanlara fikir verərsə, yolu uzanar.

Yol kənarında gözlərin alacalanaraq yol gedənə boğuq, qırıq səs ünvanlayanlara fikir verməyə dəyməz.

Mikroskopik də olsa, dəyəri olanlara dəyər verilər.

Puçun, sadəcə, səsi olur: qara dəlikdəki kimi...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Zakir Həsənov: "Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub"

"İnter" futbolçusunu icarəyə göndərdi

Milli Televiziya və Radio Şurası bəyanat yaydı

Avropa İttifaqı Şurasının rəhbəri Dağlıq Qarabağda atəşi dayandırmağa çağırdı

Politoloq: "Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması onun mənfur siyasətinin nümunəsidir"

Minsk qrupu Dağlıq Qarabağda əməliyyatları dayandırmağa çağırdı

Zaxarova: "Lavrov Dağlıq Qarabağda vəziyyətlə əlaqədar intensiv əlaqələr yaradır"

Ərdoğan İlham Əliyevə zəng etdi

İşğaldan azad edilən kəndlərin adı açıqlandı

"Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesinə son qoyub"

"Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik"

Səfir: "Ermənistanın bu aqressiyasının dayandırmağın vaxtı çatıb və bütün dünya bunu bilməlidir"

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

YAP cəbhə boyu erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı

Prezident İlham Əliyev: "Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir"

Hulusi Akar: "Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq"

Türkiyə parlamentinin sədri: "Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir"

"Cəbhədə gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"

QHT-lər ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etdi

Litva və Latviya XİN rəhbərlərindən Qarabağ döyüşlərinə REAKSİYA

Prezident İlham Əliyev: "Bizim işimiz haqq işidir, biz zəfər çalacağıq"

Prezident İlham Əliyev: "Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq"

Ombudsman bəyanat yaydı

Polkovnik-leytenant: "Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var"

Yaralanan vətəndaşlarımzın adları açıqladı

Prezident İlham Əliyev: "Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır"

“Gözləri çəp olan qadın gözəl, tatuajlı kişi qoçaq sayılırdı” - Mayyalılar haqqında bilinməyən maraqlı FAKTLAR

Mətbuat Şurası KİV-ə müraciət etdi

Müdafiə Nazirlyindən daha bir açıqlama: Əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Prezidenti: "Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur"

"Yetər 30 ildir gözlədik"

Rusiya XİN Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı

Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

“Türkiyə Azərbaycanın yanındadır!” - Ərdoğanın sözçüsü

Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI

Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı: Sürətli əks-hücum əməliyyatı davam edir

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi - FOTO

Gürcü ekspert: "Ermənistan hakimiyyəti qırmızı xətti keçib"

İkinci Dünya müharibəsinin "soyqırım simvolu" - Onun yazdıqları 70-dən çox dilə tərcümə edilib

İngiltərədə karantin rejimi əleyhinə etiraz aksiyası keçirilib, xəsarət alanlar var

Moldovada yoluxma rekord həddə çatıb

Meksikada 43 tələbənin itkin düşməsində günahlandırılan polis və hərbçilər həbs edildilər

Qazaxıstanda koronavirusa daha 64 nəfər yoluxub

Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib - Müdafiə Nazirliyi

Sumqayıtda yanğın olub, zəhərlənən var

ABŞ-ın Ayova ştatında atışma baş verib, ölən və yaralananlar var

Kolumbiyada atışma olub, ölənlər var

Müdafiə Nazirliyi: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Evə basqın etdlər, yaşlı qadın boğub öldürdülər, qızını yaraladılar

Evə basqın edib, yaşlı qadın boğub öldürdülər

Kanadada təyyarə qəzaya uğrayıb, ölənlər var

Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür

Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb

Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək

Silahlılar Konqonun ikinci böyük şəhəri üzərində nəzarət yaratmağa çalışıblar

Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutdu

"Toy və yas mərasimlərinə qoyulan qadağalar davam etməlidir"