AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev

  114

Azərbaycanda pandemiya ilə mübarizə reallığını bir neçə aspektə bölmək olar və onlardan biri də söz yox ki, vətəndaşın sosial rifahına göstərilən dövlət dəstəyidir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dəstək kifayət qədər göstərilib, bu gün də göstərilməkdə davam edir.

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövcud COVID-19 pandemiyası dövründə tətbiq edilən karantin zamanı dövlətin həyata keçirdiyi genişmiqyaslı sosial tədbirlər, eyni zamanda məşğulluğa göstərilən davamlı dəstək barədə danışarkən deyib.

Onun sözlərinə görə, belə bir fəal sosial siyasətin ardıcıllıqla reallaşdırılması həm də bu nəticəyə gəlməyə zəmin yaradır ki, dövlətimizin başçısı cənab İlham Əliyev bu məsələni hələ pandemiya yeni yayılmağa başlayarkən diqqətə almışdı: "Baxın, hələ mart ayının 19-da Prezident İlham Əliyev cənabları tərəfindən Sərəncam imzalandı və həmin Sərəncamda tədbirlər planı təsdiqləndi. Bu planda məşğulluğa və sosial rifaha dəstək məqsədi ilə 4 istiqamət üzrə 12 tədbir nəzərə alındı. O cümlədən, ölkə rəhbəri tərəfindən aprel ayının 17-də verilən daha bir qərara əsasən, yeni dəstək məqsədi ilə əlavə 600 milyon vəsait bu istiqamətə yönləndirildi. Bütövlükdə isə ümumi tədbirlər planına ayrılmış vəsaitlər 3,5 milyard manatı əhatə edir. Bu, çox böyük və mühüm addımın sayəsində ölkə vətəndaşları digər ölkələrdəki insanlardan fərqli olaraq pandemiyanın ağırlıqlarını, sosial-maddi fəsadlarını öz üzərlərində hiss etmədilər. Görülən sosial dəstək tədbirləri nəticəsində 5 milyona yaxın Azərbaycan vətəndaşının sosial yaşam düzəni normal məcrada davam etdi və bu gün də davam etməkdədir. Əlbəttə, müəyyən problemlər, qismən çatışmayan cəhətlər ola bilər, amma dövlət bu amillərin də aradan qaldırılması üçün daim fəaliyyətdədir. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, onun siyasətinin təməlində insan kapitalı, vətəndaşların sosial-rifahı dayanır".

"Gəlin, müxtəlif kateqoriyalı vətəndaşlarımızın sosial tədbirlər planlarından necə yararlanmalarına nəzəri cəhətdən yanaşaq və praktiki nəticə hasil edək" - deyən "SƏS" qəzetinin baş redaktoru qeyd edib ki, həmin kateqoriyalar dövlət və özəl sektorlarında çalışan, pensiya və təqaüd alan, işsiz, aztəminatlı ailələrə aiddir və onların hər biri dövlətin qayğısından maksimum şəkildə yararlanıblar: "İnsanların əməkhaqqı gəlirləri qorundu və bu baxımdan hətta onların 80 %-ə qədəri karantin rejimində işə çıxmasalar belə, maaşları ödənildi. O cümlədən, özəl sektorlarda fəaliyyət göstərən 600 min nəfər vətəndaşın 320 mininə dövlət dəstəyi göstərildi, bu gün də həmin dəstək davam edir. 2 milyon vətəndaşımız isə öz pensiya və təqaüdlərini, müavinətlərini əldə edirlər və bu reallıq da danılmaz faktora çevrilib. Mən buraya 190 manat birdəfəlik ödəmə proqramını da əlavə etmək istərdim. Belə ki, təkcə aprel-may aylarında 600 min vətəndaş, iyul ayı üzrə isə 290 min vətəndaş birdəfəlik yardım paketindən yararlandı, bu isə onların sosial dolanışıq məqsədlərinin realizəsi üçün çox əhəmiyyətli, münbit addım idi. O cümlədən, istər ictimai işlərə cəlb olunma, istərsə də özünüməşğulluq proqramları çərçivəsində minlərlə insan əmək müqavilələri vasitəsi ilə işə cəlb edildi. 100 min insan gündəlik qida və ərzaq tələbatının ödənilməsi üçün yardımlarını aldı, o cümlədən, işsiz vətəndaşlar dövlət sığortası ilə təmin olundular. Bütün bunlar əslində nəhəng fəaliyyət proqramlarıdır və bu proqramların işlənib-hazırlanmasında dövlət başçımız cənab İlham Əliyev bilavasitə iştirak edib, müvafiq qurum və təşkilatlara göstərişlərini, tapşırıqlarını verib".

"Bütün qeyd olunan statistik rəqəmlərlə yanaşı, Azərbaycan dövləti beynəlxalq proqramlarda aparıcılıq və əməkdaşlıq funksiyasını qoruyub, çoxsaylı layihələrdə iştirak edib" - deyən ekspert hesab edir ki, bu da Azərbaycan Prezidentinin dünyadakı nüfuzunun, fəaliyyətinin yüksək dəyərləndirilməsinin məntiqi nəticəsidir: "Ötən müddət ərzində Dünya Bankı və Azərbaycan hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan "Məşğulluğa Dəstək Layihəsi" üzrə kredit sazişi imzalandı və 2020-2025-ci illəri əhatə edən bu layihə 22 min işsiz şəxsin kiçik biznes qurmasına kifayət qədər geniş, münbit şərait yaradır. O cümlədən, cari ildə bu layihədən 2 min nəfər vətəndaşımızın yararlanacağı faktı da ortadadır.

Dövlətimiz əlil vətəndaşlarımızın da qayğısına qalmaqda davam edir və bu sahə istiqamətində Azərbaycan BMT-nin İnkişaf Proqramı üzrə mühüm layihələrin iştirakçısıdır. Belə ki, hazırda 500 əlil vətəndaş biznesini qurmaqla sosial-rifah şəraitini yaxşılaşdırmaq imkanını əldə edəcək. Mən deyərdim ki, dövlətin vətəndaşlara dəstəyi və qayğısı elə bir sahəni əhatə etməyib ki, insanlarımız həmin sahələrdən yararlanmasın. Hətta kommunal məsələlərdə belə vətəndaşlarımıza bütün mümkün dəstəklər göstərilməkdədir. Bunlar isə ilk öncə dövlət başçısı İlham Əliyevin xalqının Prezidenti olmasının, xalqının xidmətində dayanmasının və bütövlükdə olaraq Azərbaycan dövlətinin, hakimiyyətinin daim xalqının yanında olmasının bariz sübutudur. Bu siyasət davam edir və bundan sonra da davam edəcək, hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlətinin qayğısı ilə daim əhatələnəcək".

Demokratikmusavat.com

Xəbər Lenti

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

Bağça müəllimi intiqam almaq üçün 25 uşağı zəhərlədi - FOTO

Gürcüstanda abortlar qadağan oluna bilər

"Hər iki komanda eyni potensiala sahibdir" - "Legiya"nın baş məşqçisi

“Şalke”nin yeni baş məşqçisi müəyyənləşib

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrini Tbilisidə qəbul etməyə hazırdır

Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır

Oktyabrın 1-də manatın dollara qarşı məzənnəsi

Kuman Messiyə təşəkkür etdi

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

Birinci kurs tələbələri üçün oktaybrın 1-dən ali məktəblərlə tanışlıq sessiyaları keçirilə bilər

Hazard zədələndi

İranda ötən sutkada 3,6 minə yaxın şəxs koronavirusa yoluxub

Bu yayın ən bahalı transferləri

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

Flikin istədiyi futbolçu “Atletiko”da

"Legiya"da itkilər var

Mingəçevir Dövlət Universitetinin təqaüdə ayrılmış müəllimi Gümayev Mirzə Həsən oğlu vəfat edib

Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası

AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi

Roma papası Pompeo ilə görüşdən imtina edib

Ruben Dias rəsmən "Mançester Siti"də

Baş Prokurorluq: Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb

Bakıda gənclər əhaliyə bayraq payladı - FOTO

Təhsil naziri: Valideynlərdə koronavirus aşkarlandığı halda, onlar öz uşaqlarını məktəbə göndərirlər

Emin Əmrullayev: Xüsusi təhsil siniflərində artıq əyani təhsilə qayıdılıb

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Azərbaycanda 420 məktəb öz fəalyyətini müvəqqəti məhdudlaşdırıb