AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

  115

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyekt- lərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etmək və güzəşt nəticəsində yaranan fərqin dövlət büdcəsində nəzərə alınması üçün zəruri məlumatların Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.

Demokratikmusavat.com

Xəbər Lenti

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

Bağça müəllimi intiqam almaq üçün 25 uşağı zəhərlədi - FOTO

Gürcüstanda abortlar qadağan oluna bilər

"Hər iki komanda eyni potensiala sahibdir" - "Legiya"nın baş məşqçisi

“Şalke”nin yeni baş məşqçisi müəyyənləşib

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrini Tbilisidə qəbul etməyə hazırdır

Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır

Oktyabrın 1-də manatın dollara qarşı məzənnəsi

Kuman Messiyə təşəkkür etdi

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir

Birinci kurs tələbələri üçün oktaybrın 1-dən ali məktəblərlə tanışlıq sessiyaları keçirilə bilər

Hazard zədələndi

İranda ötən sutkada 3,6 minə yaxın şəxs koronavirusa yoluxub

Bu yayın ən bahalı transferləri

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

Flikin istədiyi futbolçu “Atletiko”da

"Legiya"da itkilər var

Mingəçevir Dövlət Universitetinin təqaüdə ayrılmış müəllimi Gümayev Mirzə Həsən oğlu vəfat edib

Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası

AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi

Roma papası Pompeo ilə görüşdən imtina edib

Ruben Dias rəsmən "Mançester Siti"də

Baş Prokurorluq: Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb

Bakıda gənclər əhaliyə bayraq payladı - FOTO

Təhsil naziri: Valideynlərdə koronavirus aşkarlandığı halda, onlar öz uşaqlarını məktəbə göndərirlər

Emin Əmrullayev: Xüsusi təhsil siniflərində artıq əyani təhsilə qayıdılıb

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Azərbaycanda 420 məktəb öz fəalyyətini müvəqqəti məhdudlaşdırıb

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Ermənistan daha da cəsarətlənir